Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

Çap

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi

 

Mündəricat

 

1.  QISA XÜLASƏ................................................................................................................... 4

2.  QLOBAL TRENDLƏR...................................................................................................... 7

3.  MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ................................................................................. 12

3.1.  Kommunal xidmətlər sektorunun mövcud vəziyyəti.............................................. 12

3.2.  Kommunal xidmətlər sektorunun GZİT təhlili......................................................... 19

4.  STRATEJİ BAXIŞ............................................................................................................ 20

4.1.  2020-ci ilədək strateji baxış........................................................................................ 20

4.2.  2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış................................................. 20

4.3.  2025-ci ildən sonrakı dövr üçün hədəf baxış........................................................... 21

5.  HƏDƏF İNDİKATORLARI............................................................................................. 24

6.  STRATEJİ MƏQSƏDLƏR.............................................................................................. 25

7.  STRATEJİ HƏDƏFLƏR................................................................................................. 26

7.1.  Strateji hədəf 1. Kommunal xidmətlər sektorunun tənzimlənməsində

dayanıqlılığın və effektivliyin təmin edilməsi.................................................................. 26

7.1.1.     Prioritet 1.1. Müstəqil tənzimləyici orqanın və məqsədli fondun yaradılması, effektiv xidmət və yığım mexanizmlərinin, kadr təminatının formalaşdırılması............................................................... 26

ELEKTRİK ENERJİSİ......................................................................................................... 29

7.2.  Strateji hədəf 2. Tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi.................................................................................................................... 29

7.2.1.     Prioritet 2.1. Milli istehsal portfelinin ehtiyat həcminin artırılması..................................... 29

7.2.2.     Prioritet 2.2. Milli istehsal portfelinin şaxələndirilməsi..................................................... 36

7.2.3.     Prioritet 2.3. İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi........................................................................................................................... 41

7.3.  Strateji hədəf 3. Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması................................................................ 44

7.3.1.     Prioritet 3.1. Elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə   45

7.3.2.     Prioritet 3.2. Elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və

paylanmasının keyfiyyətinin yüksəldilməsi............................................................................. 50

7.3.3.     Prioritet 3.3. İstehlakda səmərəliliyin yüksəldilməsi üçün optimal mexanizmlərdən

istifadə................................................................................................................................ 55

7.3.4.     Prioritet 3.4. Effektiv tənzimləmə və hərrac mexanizmlərinin yaradılması......................... 60

QAZ TƏCHİZATI.................................................................................................................. 62

7.4.  Strateji hədəf 4. Səmərəli və effektiv qazpaylama infrastrukturunun

yaradılması.......................................................................................................................... 62

7.4.1.     Prioritet 4.1. Təbii qazın paylanması ilə bağlı bütün növ itkilərin minimuma endirilməsi...... 62

SU TƏCHİZATI VƏ TULLANTI SULARI......................................................................... 69

7.5.  Strateji hədəf 5. Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması.......... 69

7.5.1.     Prioritet 5.1. İçməli və tullantı su infrastrukturunun tətbiqinin genişləndirilməsi.................. 69

7.6.  Strateji hədəf 6. Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi    74

7.6.1.     Prioritet 6.1. İtkilərin minimuma endirilməsi, sudan istifadə tariflərinin optimallaşdırılması və tələb olunan infrastruktur üçün investisiyalar cəlb etməklə su istehlakında səmərəliliyin yüksəldilməsi........... 74

İSTİLİK TƏCHİZATI............................................................................................................. 78

7.7.  Strateji hədəf 7. Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması      78

7.7.1.     Prioritet 7.1. Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi..................................................................................... 78

7.7.2.     Prioritet 7.2. Normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional tədbirlərin görülməsi və istilik tariflərinin optimallaşdırılması............................................................................................................... 82

7.7.3.     Prioritet 7.3. Mərkəzləşdirilmiş istilik təchizatı sistemində mövcud problemlərin

qiymətləndirilməsi və aradan qaldırılması, sistemin səmərəliliyinin təmin edilməsi..................... 84

8.  MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ..................................................................... 86

9.  İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ.......................................................... 87

10.  TƏDBİRLƏR PLANI..................................................................................................... 89

 

1.     QISA XÜLASƏ

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri təsdiq edilmiş və bundan irəli gələn məsələlərin həlli istiqamətində yerli və xarici mütəxəssislər cəlb olunmaqla, Azərbaycan Respublikasına uyğun strateji yol xəritələri işlənmişdir.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (bundan sonra – Strateji Yol Xəritəsi) 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir. Sənəddə sahə üzrə fəaliyyət səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üzrə təkliflər verilmişdir. Həmçinin, Strateji Yol Xəritəsi həyata keçiriləcək tədbirlər üzrə “dövlət–özəl tərəfdaşlığı” mexanizmlərinin hazırlanmasını da nəzərdə tutur.

Bununla belə, strateji hədəflərə nail olmaq məqsədilə həyata keçiriləcək hər bir layihə təsdiq olunmazdan öncə müəyyən olunmuş məsul qurumlar tərəfindən texniki-iqtisadi əsaslandırılmalar aparılmalı və aidiyyəti qurumlarla müzakirə olunmalıdır.

Kommunal xidmətlər sektoru üzrə Strateji Yol Xəritəsinin hazırlanması məqsədilə Azərbaycan Respublikasında sahə üzrə mövcud vəziyyət, habelə beynəlxalq təcrübəyə əsaslanaraq, təhlükəsiz və diversifikasiya olunmuş davamlı təchizat, dəyər zənciri boyu yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri, formalaşdırılmış tarif siyasəti və digər istiqamətlər üzrə statistik məlumatlar əsasında təhlillər aparılmış və ölkədə dayanıqlı inkişafın təmin olunması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübələrindən istifadə edilərək strateji məqsədlər müəyyənləşdirilmişdir.

Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması, səmərəli və effektiv qazpaylama infrastrukturunun, həmçinin yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması və suyun istehlakında səmərəliliyin təmin edilməsi, istilik təchizatı sistemində mövcud problemlərin aradan qaldırılması və sistemin səmərəliliyinin təmin edilməsi müəyyənləşdirilmişdir. Hər bir strateji hədəf üzrə prioritetlər müəyyən olunmuş, müvafiq təhlillər aparılmış, bu prioritetlər üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmiş və onların həyata keçirilməsi ilə əldə olunacaq nəticələr proqnozlaşdırılmışdır.

Strateji Yol Xəritəsi çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində kommunal sahədə fəaliyyət səmərəliliyinin və xidmət səviyyəsinin yüksəldilməsi, eyni zamanda, ölkənin enerji resurslarının ixrac potensialının artırılması, resurslardan qənaətlə istifadənin genişləndirilməsi, ətraf mühitə atılan zərərli maddələrin həcminin azaldılması ilə yanaşı, ölkənin əksər bölgələrində çoxsaylı yeni iş yerlərinin açılması imkanları yaranacaqdır.

Bu baxımdan, Azərbaycan Respublikasında sahə üzrə yüksək texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə dünyanın aparıcı ölkələrində müvəffəqiyyətlə sınaqdan çıxmış hüquqi, iqtisadi, təşkilati və texniki sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi zərurəti yaranır.

Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasında real ÜDM-in 832 milyon manat artacağı, eyni zamanda ümumilikdə

 

6645 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə etməklə, cəmi 8150 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər üzrə tələb olunan investisiya məbləği və gözlənilən nəticələr

Prioritetin adı

Real ÜDM-ə təsiri

(milyon manatla, 2020)

Məşğulluq (muzdlu işçilərin sayı, 2020)

İnvestisiya (milyon manatla)

2.1.

Milli istehsal portfelinin ehtiyat həcminin artırılması

215

5085

1950

2.2.

Milli istehsal portfelinin şaxələndirilməsi

70

270

1040

2.3.

İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi

115

3.1.

Elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə

75

1075

3.2.

Elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi

25

400

3.3.

İstehlakda səmərəliliyin yüksəldilməsi üçün optimal mexanizmlərdən istifadə

170

4.1.

Təbii qazın paylanmasi ilə bağlı bütün növ itkilərin minimuma endirilməsi

90

340

1515

5.1.

İçməli və tullantı su infrastrukturunun tətbiqinin genişləndirilməsi

40

1135

6.1.

İtkilərin minimuma endirilməsi, sudan istifadə tariflərinin

optimallaşdırılması və tələb olunan infrastruktur üçün investisiyalar cəlb etməklə su istehlakında səmərəliliyin yüksəldilməsi

20

845

 

7.1.

Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi

12

950

190

Qeyd 1. Bu cədvəldə yalnız 2020-ci ildə real ÜDM-də 10 milyon manatdan çox artıma və ya 100-dən çox iş yerinin açılmasına şərait yaradan prioritetlər göstərilmişdir. Digər prioritetlər nəzərdə tutulan nəticələrin əldə olunmasında dəstəkləyici rola malikdir.

Qeyd 2. Bu rəqəmlər prioritetlərin təsiri barədə müəyyən təsəvvür yaratmaq məqsədilə verilmişdir. Tədbirlərin icrası zamanı hər bir prioritet üzrə hərtərəfli texniki- iqtisadi əsaslandırmaların aparılması və rəqəmlərin dəqiqləşdirilməsi zəruridir.

 

2.     QLOBAL TRENDLƏR

Elektrik və istilik enerjisini, su və qaz təchizatını əhatə edən kommunal xidmətlər sektoru iqtisadi artımın və sosial rifahın təkanverici qüvvələrindən biridir. İstehlakçıların kommunal xidmətlərlə keyfiyyətli təminatı iqtisadiyyatın digər sektorlarının effektiv fəaliyyətinə birbaşa təsir göstərir. Son zamanlarda baş vermiş qlobal böhran digər sektorlarla müqayisədə kommunal xidmətlər sektorunun gəlirlərinə də ciddi şəkildə öz mənfi təsirini göstərmişdir (şəkil 1).

Şəkil 1. Qlobal böhranın sektorlara təsiri

1. Bu sahədə fəaliyyət göstərən müəssisələr daxil olmaqla

Mənbə: Datastream

Kommunal xidmətlər sektorundakı sözügedən maliyyə itkiləri bu sektorla bilavasitə əlaqəsi olan sahələrdə, habelə ev təsərrüfatlarının yüksəkkeyfiyyətli kommunal xidmətlərlə təminatında və xidmət şəbəkəsinin genişləndirilməsində çətinliklər yaratmışdır.

Elektrik enerjisi təchizatında tələbatın azalması nəticəsində yaranmış izafi həcmlər bu sektorda fəaliyyət göstərən müəssisələr tərəfindən əsas vəsaitlərin alınmasına sərf olunan investisiyaların geri qaytarılmasında çətinliklərin yaranmasına səbəb olmuşdur. Tənzimləmə sahəsindəki qeyri-müəyyənliklər də optimal enerji bazarlarının yaradılmasına öz təsirini göstərmişdir.

Bu baxımdan, böhrandansonrakı dövrün çətinliklərinin aradan qaldırılması məqsədilə elektrik enerjisi sektoru ilə bağlı dörd əsas istiqamət müşahidə edilir:

1.  Elektrik enerjisi sektorunda gəlirlərdə baş verən azalmalardan sonra daha çox gəlir əldə edilməsi məqsədilə investisiyalardan səmərəli istifadənin təmin olunması üçün xərclərin optimallaşdırılması vacib amilə çevrilmişdir. Bu istiqamətdə iqtisadi səmərəliliyin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə enerji bazarının liberallaşdırılması və sektorlar üzrə komponentlərin bir-birindən ayrılması xüsusi önəm kəsb edir. Belə ki, əksər ölkələr bu sektor üzrə dövlət inhisarçılığından elektrik enerjisi üzrə istehsaldan tutmuş pərakəndə satışa qədər ayrı-ayrı komponentləri

 

özündə ehtiva edən tamrəqabətli dəyər zəncirinə keçidi təmin etməyə nail olmuşlar. Hökumətlər sektor üzrə fəaliyyət səmərəliliyinin yüksəldilməsi, mülkiyyət növünün şaxələndirilməsi, investorların cəlb olunması, rəqabət mühitinin yaradılmasının intensivləşdirilməsi, səriştə və yeni texnologiyaların tətbiqi kimi fərqli  mexanizmlərdən istifadə etməklə, qarşıya qoyduqları məqsədlərə nail olmuşlar.

2.  İstehsal portfelinin şaxələndirilməsi, o cümlədən bərpa edilən enerji mənbələrinə keçidin və istehsal edilən elektrik enerjisi üzrə təchizatın təmin edilməsi müşahidə edilən istiqamətlərdən biridir. İstehsal aktivlərinin düzgün planlaşdırılmaması və elektrik enerjisinə olan tələbatda artımın nəzərə alınmaması ötən dövrdə əksər ölkələrdə enerji təhlükəsizliyi riskini artıraraq müəyyən çətinliklər yaratmışdır. Elektrik enerjisi istehsalı həcminin proqnozlaşdırılması zamanı ÜDM- dəki və ya əhalinin sayındakı potensial artım nəzərə alınır. Buna uyğun olaraq, hökumətlər elektrik enerjisi istehsalı portfellərinin şaxələndirilməsi və başqa ölkələrdən asılılıqlarının azaldılması məqsədilə milli elektrik enerjisi istehsalı planlarını işləyib həyata keçirirlər.

Ənənəvi istehsalın mərhələli şəkildə bərpa olunan və yeni təkrar emal növlərinə çevrilməsi elektrik enerjisi istehsalının şaxələndirilməsi planının tərkib hissəsidir. Bərpa olunan enerji mənbələrindən istifadə edilməsi mənfəətli fəaliyyətin təmin olunması ilə yanaşı, enerji asılılığının aradan qaldırılmasına, ekoloji mühitin qorunmasına və xammal üzrə xərclərin sabit qalmasına şərait yaradır. Buna görə də günəş, külək və su enerjisindən istifadənin genişləndirilməsi məqsədilə qoyulacaq investisiyaların həcminin 2016-cı ilədək ənənəvi enerji mənbələrinə yatırılmış kapital qoyuluşlarının həcmini üstələməsi gözlənilir. Günəş enerjisindən istifadə ənənəvi mənbələrlə müqayisədə enerji istehsalında xərclərin azalmasına səbəb olacaqdır. Günəş enerjisi istehsalına keçid texnologiyaların modernləşdirilməsinə zərurət yaratdığından ilkin mərhələdə yüksək xərclə başa gəlir. Əlavə olaraq, külək enerjisindən istifadə olunması hesabına 2025-ci ilədək olan dövrdə elektrik enerjisi xərclərinin 15-25 faiz1 azalacağı ehtimal olunur. Su elektrik stansiyalarının istismar müddətinin daha uzun, təminat və səmərəliliyin isə yüksək olması və digər elektrik stansiyaları ilə müqayisədə işəsalma vaxtının qısa olması hər meqavat-saat elektrik enerjisi üzrə istehsal xərclərini azaldır.

3.  Beynəlxalq təcrübədə istehsal portfelinin şaxələndirilməsinə və bərpa olunan enerji növlərinə tələb edilən investisiyalar dövlət maliyyələşdirmə modeli və ya müstəqil enerji istehsalçıları (MEİ) modeli əsasında maliyyələşdirilir. Elektrik stansiyalarının yaradılması irihəcmli kapital qoyuluşları tələb etdiyindən daha çox özəl sektorun iştirakı tələb olunur. Dövlətlər investisiya portfelinin şaxələndirilməsi yolu ilə tərəfdaşın üzərinə əlavə yükün düşməməsi üçün investisiya riskləri ilə gəlirlər arasında tarazlığı təmin edirlər.

4.  Ağıllı sayğac və şəbəkələrdən istifadə, habelə enerjinin saxlanması üçün texniki həllərin tətbiqi əsas qlobal istiqamətlərdən biri hesab olunur. Paylayıcı şirkətlər ağıllı şəbəkələr vasitəsilə öz investisiya qoyuluşlarını fəaliyyət səmərəliliyinin yüksəldilməsinə və tələbatın idarə edilməsinə yönəldirlər. Ağıllı şəbəkələrdən istifadə, elektrik enerjisinin paylanmasında informasiya mübadiləsinin biristiqamətli formadan ikiistiqamətliyə keçidini təmin edərək, sayğacların oxunması və istismarı xərclərini azaldır. Eyni zamanda, ağıllı şəbəkələrin tətbiqi avtomatlaşdırmaya və nasazlıqların aşkarlanmasına sərf olunan əməliyyat xərclərini aşağı salmaqla və kapital xərclərini optimallaşdırmaqla, ümumilikdə sektorun səmərəliliyinin artırılmasına təsir edir. Belə ki, qeyd olunan dəyişikliklərdən sonra elektrik enerjisi

1  Mənbə: “İEA Wind Group”, “Black and Veatch”, “Oxera”, “Bloomberg”

 

sektorunda yüksək gəlirin əldə edilməsi mümkündür. Gələcəkdə əsas və yardımçı xidmətlərin göstəriləcəyi, ev təsərrüfatlarında günəş enerjisindən istifadə edən enerji istehsalçılarının sayının artacağı və ən yüksək yüklənmə dərəcələrinin idarə olunmasında təkmilləşdirmələrin olacağı gözlənilir.

Təbii qaz təchizatında da elektrik enerjisi sektorunda olan meyillər müşahidə edilir. Müxtəlif ölkələr tərəfindən əsas istiqamət hesab olunan fəaliyyət səmərəliliyinin yüksəldilməsinin tətbiqi zamanı fərqli metodologiyalardan istifadə imkanları araşdırılır. Habelə, müxtəlif səviyyələrdə paylama və pərakəndə satışın bir-birindən ayrılması və təbii qazın paylanmasında, xüsusən regional səviyyədə liberallaşdırma müşahidə olunur. Xüsusən də, yüksək inkişaf etmiş qaz infrastrukturu olan bazarlarda əsas aktivlərin təbii inhisarda saxlanılmaqla, xidmətlərdən ayrılması rəqabət intensivliyini gücləndirir.

Həmçinin, kommunal xidmətlər sektorunda keyfiyyətin artırılması və xidmət şəbəkəsinin genişləndirilməsi sosial məqsədlər daşıyır. Bu baxımdan, bəzi ölkələr qazpaylama sektorunun bələdiyyələrə qaytarılması kimi əks proseslərdən də istifadə edirlər. Xüsusən də, Avropa ölkələrində bələdiyyələr bankların təklif etdiyi əlverişli maliyyələşdirmə şərtlərindən faydalanmaqla yerli qazpaylama şirkətlərindən payların alınmasında yaxından iştirak edir və bu yolla şəhərlərdə kommunal xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirirlər.

Hazırda həcmi 600 milyard ABŞ dollarından çox olan qlobal su bazarında 3-5 faiz həcmində illik artım müşahidə olunur. Məlumdur ki, su ehtiyatları tükənməkdədir (2030-cu ilədək ehtiyacların 40 faizinin mövcud əlçatan resurslarla təmin olunmayacağı gözlənilir). Belə ki, Çin və Hindistan iqtisadiyyatının illik 4 faizdən çox artımı, Vyetnam kimi ölkələrdə ÜDM-in növbəti beş il ərzində gözlənilən artımı, 2040- cı ilədək dünya əhalisinin gözlənilən artımı (təxminən 9 milyard nəfər olacağı gözlənilir) su istehlakına tələbin artmasına səbəb olacaqdır.2 Bu baxımdan, bir çox ölkələrdə artıq su mənbələrinin mühafizə olunması istiqamətində tədbirlərin görülməsinə başlanılmışdır. Həmçinin, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr çirklənmə və təkrar istifadə qaydalarının sərtləşdirilməsi və su ilə bağlı yaranan risklər üzrə korporativ məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirirlər. Su qıtlığı probleminin uzunmüddətli perspektivdə, xüsusilə Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya, Şərqi Asiya və Şimali Amerikanın qərb sahillərində özünü kəskin büruzə verəcəyi gözlənilir (şəkil 2).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2  Mənbə: “Global Water Intelligence”, “Ekonomist” jurnalının analitika şöbəsi

 


Şəkil 2. Qlobal su probleminin mövcud olduğu ərazilər

  1. 1. 2000-ci ilə olan baza qiymətləri ilə

Mənbə: IFPRI

Buna görə də su ehtiyatlarından effektiv və tarazlaşdırılmış şəkildə istifadə edilməsi, fəaliyyət səmərəliliyinin yüksəldilməsi və su təchizatı təhlükəsizliyinin təmin edilməsi dövlətlər üçün prioritet məsələ hesab olunur. Lakin dünyanın qlobal su qıtlığı problemi ilə üzləşməsinə baxmayaraq, belə çətinliklər yerli xarakter daşıyır. Ölkələr öz hidroloji və iqtisadi xüsusiyyətlərinə görə su qıtlığı problemlərinin idarə edilməsində spesifik çətinliklərlə üzləşirlər.

Su qıtlığı ilə bağlı problemlərin idarəolunması sahəsində şor suyun şirinləşdirilməsi, tarif idarəetməsi və sənaye üçün xüsusi su sərfiyyatının azaldılması mexanizmlərinin tətbiqi kimi beynəlxalq təcrübələr mövcuddur. Artıq şor suyun şirinləşdirilməsi mexanizmi Yaxın Şərqdə alternativ su mənbəyi modelinə çevrilmişdir. Belə ki, dünya üzrə 2016–2020-cı illər ərzində şirinləşdirilməsi proqnozlaşdırılan 70 milyon m3 su həcminin təxminən 25 milyon m3-i (~36 faiz) Yaxın Şərq regionunun payına düşür.3 Lakin şor suyun şirinləşdirilməsi xərctutumlu olduğu üçün bu mexanizmdən məhdud səviyyədə istifadə edilir.

Digər bir mexanizm kimi, dünyanın bir sıra ölkələrində səmərəlilik məqsədləri üçün həcmə əsaslanan tarif strukturlarından istifadə edilir. Bu metodla hökumət hər abonentə düşən istehlak səviyyəsini azaldır.

Sonuncu mexanizm isə bəzi dünya ölkələrində sektorlar tərəfindən səmərəliliyin yüksəldilməsi və sudan izafi istifadənin minimuma endirilməsi üçün qənaət planlarının həyata keçirilməsidir (məsələn, tikinti işlərində və müntəzəm istifadə olunan maşın və avadanlıqlarda müasir və qənaətcil texnologiyalardan istifadə).

 

3  Mənbə: “Global Water Intelligence”

 

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, mənzillərin isidilməsi və soyudulması, isti su xidməti ilə təminat, işıqlandırma, yemək hazırlanması məqsədilə binalarda enerjiyə tələbat dünya üzrə ümumi enerji tələbatının təxminən 40 faizini təşkil edir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatlarına əsasən, binaların istilik enerjisi ilə təmin edilməsi üçün daha müasir sistemlərə keçid dünyada 2050-ci ilədək bu sahə üzrə enerji istehlakının həcmini 2 dəfə azalda bilər. Dünyanın bir sıra şəhərlərində yerli resurslardan (külək, günəş, məişət tullantısı və s.) istifadə etməklə, müasir rayon (məhəllə) istilik sistemləri vasitəsilə istehlakçıları ucuz və keyfiyyətli istilik xidməti ilə təmin etmək mümkündür. Həmçinin, bu metodla atmosferə atılan tullantı həcminin miqdarı da minimuma endirilir. Məsələn, ABŞ-ın Minnesota ştatında istilik sistemində bələdiyyə ərazisi üzrə ağac tullantılarından istifadə edilməklə, illik təqribən 275 ton kömürə və ya 12 milyon ABŞ dollarına qənaət edilir. Bundan başqa, bir sıra şəhərlərdə bələdiyyələr istilik sistemlərinin bir hissəsinin özəlləşdirilməsi hesabına əldə edilən vəsaitlə şəhərdə digər infrastruktur sahələrinin inkişafını təmin edirlər (məsələn, Kanadanın Toronto şəhərində istilik sisteminin 43 faizinin özəlləşdirilməsi hesabına 89 milyon ABŞ dolları gəlir əldə edilmişdir).

Dünya təcrübəsində digər yanaşma isə istifadə olunan yanacaq mənbələrinin effektivliyinin artırılması hesab olunur (məsələn, Helsinkidə istilik elektrik stansiyaları ilkin enerjinin 93 faizini istilik və elektrik enerjisinə çevirməklə, çox yüksək faydalı iş əmsalı ilə işləyirlər).

 

3.     MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

3.1. Kommunal xidmətlər sektorunun mövcud vəziyyəti

Elektrik enerjisi sektoru üzrə

Azərbaycan iqtisadiyyatında kommunal xidmətlər sektoru – elektrik və istilik enerjisi, su və qaz mühüm əhəmiyyətə malikdir. Mövcud infrastrukturun təkmilləşdirilməsi və istehlakçıların fasiləsiz elektrik və istilik enerjisi, su və qazla təmin edilməsi məqsədilə ölkədə genişmiqyaslı islahatlar aparılmış, ötən illər ərzində iri investisiya layihələri həyata keçirilmişdir. Bunun nəticəsi olaraq, istehlakçılar elektrik enerjisi ilə tam təchiz olunmuş, təbii qaz, su və istilik təchizatı sahəsində isə investisiya qoyuluşu hesabına nəzərəçarpacaq irəliləyişlər əldə edilmişdir.

Elektrik enerjisinin istehlakı daxili bazarda, o cümlədən sənayedə xüsusi çəkiyə malikdir. Eyni zamanda, elektrik enerjisi ixracı ölkənin xarici ticarət dövriyyəsində müəyyən paya sahibdir. İstehlakçıların elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədilə hazırda bir sıra enerji mənbələrindən (əsasən, təbii qaz olmaqla, su, günəş, külək, biokütlə və s.) istifadə edilir.

Hazırda respublikanın elektrik enerjisinə olan tələbatı “Azərenerji” ASC-nin tabeliyində fəaliyyət göstərən elektrik stansiyaları hesabına təmin edilir. Bu stansiyaların 13-ü istilik elektrik stansiyası olmaqla, ümumi qoyuluş gücü 5132 MVt, 16-sı isə su elektrik stansiyası olmaqla, ümumi qoyuluş gücü təqribən 1101,20 MVt- dır (cədvəl 1).

Cədvəl 1. Azərbaycanda istilik və su elektrik stansiyalarının qoyuluş


gücü

Mənbə: “Azərenerji” ASC

 

Həmçinin, ölkədə mövcud olan təbii resurslardan səmərəli istifadə etmək məqsədilə digər şirkətlər tərəfindən su, külək, günəş, məişət tullantılarının utilizasiyası hesabına çalışan bir sıra  kiçik  elektrik  stansiyaları  qurulmuşdur (cədvəl 2).

Cədvəl 2. Digər elektrik stansiyaları

Elektrik stansiyası

Qoyuluş gücü (MVt)

1

BP şirkəti və onun layihə tərəfdaşları

556,1

2

Yeni Yaşma KES

50,0

3

Neft daşları ES

48,0

4

Balaxanı BMTEZ

37,0

5

Gəncə gil–torpaq zavodu ES

25,0

6

İmişli şəkər zavodu

24,0

7

Naxçıvan MR GES

20,0

8

"Azərkimya" DŞ ES

12,5

9

Hökməli KES

8,0

10

Muğan KSES

4,05

11

Sitalçay KES

3,6

12

Qobustan (HES) KES

2,7

13

Şəki KSES

1,88

14

Yeni Yaşma KES

1,7

15

Qobustan (HES) GES

1,2

16

Qobustan (HES) BİO

0,7

17

Samux (layihə 2,8 MVt) GES

2,8

18

Sumqayıt (layihə 2,8 MVt) GES

2,2

19

Suraxanı (layihə 2,8 MVt) GES

1,6

20

Qaradağ (layihə 4 MVt) GES

1,2

21

Pirallahı (layihə 2,8 MVt) GES

1,1

22

Səngəçal (layihə 9 MVt) GES

0,0

Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyi

İstehsal olunmuş elektrik enerjisinin ötürülməsi 500 kV-luq, 330 kV-luq, 220 kV-luq, 110 kV-luq, paylanması isə 110 kV-luq və daha aşağı gərginlikli elektrik verilişi xətləri hesabına həyata keçirilir. Cari dövrədək ümumi uzunluğu 30 min km- dən artıq elektrik verilişi xətləri, ümumi gücü 2000 MVt-a yaxın 500-dən artıq yeni transformator istifadəyə verilmişdir.4

Son illərdə enerji sisteminə qoyulmuş investisiyalar hesabına elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlmiş, itkilərin səviyyəsi aşağı düşmüş, yığım faizi isə artmışdır. Eyni zamanda, bu tendensiya

 

 

4  Mənbə: “Azərenerji” ASC

 

paylamada da öz əksini tapmışdır. Belə ki, itkilərin 2010-cu ildəki təqribən 16,6 faizdən 2014-cü ildə 10,7 faizə qədər azaldılmasına nail olunmuşdur.5

Ölkədə istehsal olunan elektrik enerjisinin böyük bir hissəsinin – təqribən 94 faizinin istilik elektrik stansiyaları hesabına formalaşdığını nəzərə alaraq, qeyd etmək olar ki, ilkin enerji resursu olan təbii qazdan qənaətli və səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir (diaqram 1).


Diaqram 1. Azərbaycan Respublikasında elektrik enerjisi generasiyasının bölgüsü (2014-cü il üzrə)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Qaz təchizatı sektoru üzrə

2004-cü ildən başlayaraq digər sahələrlə yanaşı, qaz təsərrüfatının da inkişafında yeni dönəm başlanmışdır. Аzərbаycаn Rеspublikаsı Prezidentinin 2004- cü il 11 fevral tarixli 24 nömrəli və 2005-ci il 14 fevral tarixli 635 nömrəli fərmanları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər)” və “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində iqtisadiyyatın və əhalinin təbii qazla təmin edilməsi, qaz təsərrüfatının yenidən qurulması tədbirləri daha da sürətləndirilmişdir. Bu tədbirlər, əsasən, ölkənin mövcud olan qaz nəqletmə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsindən, zəruri hallarda onun ayrı-ayrı hissələrinin yenidən qurulması, təbii qaz təminatı imkanlarının yaxşılaşdırılması və sistemin istismara yararlı halda saxlanılmasına yönəldilmiş texnoloji və texniki tədbirlərdən, hasil edilən və təhvil verilən təbii qazın artan həcminə uyğun magistral və şəbəkə qaz kəmərlərinin tikintisi və onların üzərində zəruri avadanlıqların quraşdırılmasından, təbii qazla təmin edilməyən yaşayış məntəqələrinin qazlaşdırılması işlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin məlumatına əsasən, 2004–2008-ci illərdə 1926 km uzunluğunda yeni qaz xətləri çəkilmiş, 314 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Həmin dövrdə İmişli, Lerik, Yardımlı, Füzuli, Ağcabədi və Ağdam rayonlarının təbii qaz təminatı bərpa

 

5  Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

olunmuşdur. 14 il blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının təbii qaz təminatının bərpası üçün 2005-ci ildə qısa müddətdə 40,3 km uzunluğunda 530 mm diametrli “Culfa-Naxçıvan” magistral qaz kəməri, 12 MVt gücündə Astara qaz- kompressor stansiyası, İran–Azərbaycan sərhədində Astara və Culfada müasir avtomatlaşdırılmış dövlətlərarası qazölçmə stansiyaları, Naxçıvan Muxtar Respublikasında yeni daşıyıcı qaz kəmərləri inşa edilmişdir. Görülən işlər nəticəsində 2005-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuşdur. “Şimal” ES, Abşeron yarımadasında yerləşən istehlakçıların təbii qaz təminatı üçün Qaradağda 21 MVt gücündə kompressor stansiyası və 87,1 km uzunluğunda 1020/720 mm diametrli magistral qaz kəməri inşa olunaraq istifadəyə verilmişdir. 2008-ci ilin sonuna respublikada təbii qazdan istifadə edən əhali qrupu abunəçilərinin sayı 697 minə çatdırılmışdır. 2003-cü ilin sonuna sayğaclaşma səviyyəsi 5 faiz olduğu halda, 2008-ci ilin sonuna bu göstərici 99,2 faizə çatdırılmışdır.

Görülən işlərin məntiqi davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 366 nömrəli “Neft və qaz sənayesində idarəetmə mexanizmlərin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə qaz təsərrüfatında islahatlara start verilmiş və həmin dövrdən başlayaraq ciddi struktur islahatları aparılmışdır. İslahatlar hazırda da davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 dekabr tarixli 207 nömrəli “Əhalinin təbii qazdan istifadəyə görə yaranmış borclarının silinməsi tədbirləri barədə” Fərmanına əsasən, əhali abonentlərinin 2009-cu il 1 oktyabr tarixinə olan debitor borclarının silinməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli, 2009-cu il 14 avqust tarixli 80 nömrəli, 2011-ci il 4 may tarixli 1490 nömrəli, 2014-cü il 17 yanvar tarixli 232 nömrəli və 2014-cü il 27 fevral tarixli 118 nömrəli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”, “Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2009–2013-cü illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”, “2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı”, “Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2014–2018-ci illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı” və “2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qazlaşma və qaz təchizatının yaxşılaşdırılması işləri sürətlə davam etdirilmişdir. 2009–2016-cı illər ərzində 1309 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Yaşayış məntəqələrinin qazlaşdırılması və respublikanın təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə 46082 km uzunluğunda yeni qaz xətləri çəkilmiş, təbii qaz təchizatının yaxşılaşdırılması üçün 8827 km uzunluğunda qaz xətti əsaslı təmir olunmuşdur. 2009-cu il 1 yanvar tarixinə qazdan istifadə edən əhali abunəçilərinin sayı 697000 təşkil etdiyi halda, 2016-cı il 1 oktyabr tarixinə bu göstərici 1929716-ya çatdırılmışdır. İstifadə olunan təbii qazın dəqiq uçotunun aparılması və dəyərinin ödəniş səviyyəsinin artırılması üçün sayğaclaşma səviyyəsi 100 faizə çatdırılmışdır. Ölkə üzrə ümumi qazlaşma səviyyəsi 2016-cı il 1 oktyabr tarixinə 87,8 faiz təşkil etmiş və bu göstəricinin 2016-cı ilin sonuna 90 faizə çatdırılması planlaşdırılmışdır. Qazlaşma proqramının icrası davam etməkdədir. Bu proqramın icrası nəticəsində 5 şəhərdə (Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan və Şirvan) və 6 rayonda (Abşeron, Biləsuvar, Hacıqabul, Füzuli, Balakən və Qazax) məntəqə üzrə qazlaşma səviyyəsi

100 faizə çatdırılmışdır. Regionların təbii qaz təchizatının yaxşılaşdırılması istiqamətində aparılan işlər nəticəsində 3 rayon mərkəzinin (Neftçala, Hacıqabul, Şаbrаn) qaz təchizatı şəbəkəsi tam şəkildə yenidən qurulmuşdur. 2016-cı ilin yanvar ayının  1-dən  isə  “ASAN  xidmət”  mərkəzlərində  “Azəriqaz”  İB  tərəfindən müvafiq

 

xidmətlər təşkil olunmuşdur. İstifadə olunmuş təbii qazın dəyərinin ödənilməsində müasir texnologiyalar, Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi, ölçü vasitələri, ödəniş terminalları tətbiq olunmuşdur.6

Su təchizatı və tullantı suları sektoru üzrə

“Azərsu” ASC respublika ərazisində əhalinin içməli su ilə təmin edilməsi məqsədilə yeraltı və yerüstü su mənbələrinin ehtiyatlarından istifadə edir. Cəmiyyətin məlumatına əsasən, Bakı şəhəri və Abşeron yarımadası 5 mənbədən (Şollar su kəməri, ikinci Bakı su kəməri, Ceyranbatan sutəmizləyici qurğular kompleksi (Ceyranbatan STQK), Kür sutəmizləyici qurğular kompleksi (Kür STQK) və Oğuz– Qəbələ–Bakı magistral su kəməri) götürülən su ilə təchiz edilir. Bunların ikisi (Şollar su kəməri, ikinci Bakı su kəməri) Xaçmaz rayonunun, biri isə (Oğuz–Qəbələ–Bakı magistral su kəməri) Oğuz rayonunun yeraltı su mənbələridir. Eyni zamanda, yerüstü su ehtiyatları olan və Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından (Kür su kəmərləri) da istifadə olunur.

Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin genişləndirilməsi və inkişafı mövcud su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi zərurəti yaratmışdır. Belə ki, mövcud su təchizatı şəbəkə və qurğularının gücünün tükənməsi, onların mənəvi və fiziki köhnəlməsi istehlakçılara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir etməklə yanaşı, bu qurğuların istismarını iqtisadi cəhətdən səmərəsiz edir və su təchizatının fasiləsiz rejimlə həyata  keçirilməsi zamanı su itkilərinin artmasına səbəb olur.

Hazırda yenidən qurulması ciddi kapital qoyuluşu tələb edən Bakı şəhərinin kanalizasiya sisteminin inşasına 1924-cü ildən başlanılmış və 1980–1983-cü illərdə “Bakının Böyük Kanalizasiyası” layihəsi çərçivəsində həyata keçirilmişdir. Bu layihəyə əsasən inşa olunmuş “Sahil”, “Sənaye zonası”, “Şəhərkənarı” daşıyıcı kollektorları, “Zığ” kanalizasiya nasos stansiyası kimi qurğular Bakı şəhərinin mərkəz hissəsində məskunlaşmış əhalinin tələbatına uyğun formalaşan tullantı sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuşdur.

“Bakının Böyük Kanalizasiyası” layihəsi çərçivəsində inşa olunmuş əsasən dəmir–beton boru və elementlərdən ibarət kollektorlar vasitəsilə şəhərin mərkəz hissəsində məskunlaşmış və sayı 2 dəfə artmış əhali ilə bərabər, Xırdalan şəhəri, Biləcəri və Binəqədi qəsəbələrində məskunlaşmış əhalinin, həmçinin sənaye müəssisələrinin də tullantı suları nəql edilir ki, bu da kollektorların ifrat dərəcədə yüklənməsinə, qəzaların sayının artmasına səbəb olur.

Bununla yanaşı, qrunt və səth suları sistemlərinin rentabelli olmaması uzun illər bu şəbəkələrin inkişafı və genişləndirilməsi işini ləngitmişdir. Həmçinin, araşdırmalar atmosfer çöküntüləri zamanı şəhərlərin ərazisində su yığılması, qruntun erroziyası və torpaq sürüşməsi kimi halların, bu növ təbii proseslər nəticəsində müxtəlif təyinatlı tikililərə və infrastruktura dəyə biləcək ziyanın qarşısının alınması məqsədi ilə səth sularının idarəolunması sistemlərinin yaradılmasının dünyanın bütün ölkələrində aktual olduğunu göstərir.

Eyni zamanda, ötən dövr ərzində Аzərbаycаn Rеspublikаsı Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində istehlakçıların su və kanalizasiya xidmətləri ilə təmin edilməsi, su və kanalizasiya təsərrüfatının yenidən qurulması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004–2015-ci illər ərzində 8590 km

 

6  Bu abzasda verilmiş statistik göstəricilər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin məlumatlarına əsaslanır.

 

uzunluğunda içməli su xətti və 3870 km uzunluğunda kanalizasiya xətti çəkilmiş, 253 su anbarı tikilmiş və ya yenidən qurulmuş, 73 su nasos stansiyası tikilmiş və digər zəruri tədbirlər görülmüşdür. Görülən işlər nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə 2015-ci ildə respublika üzrə 26 faizdən 65 faizədək yüksəlmişdir.7

İstilik təchizatı sektoru üzrə

“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 saylı Sərəncamına əsasən “Azəristiliktəchizat” ASC yaradılmışdır. Cəmiyyət tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə, Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil və səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin edir.

"Azəristiliktəchizat" ASC-nin yarandığı dövrdən istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulmasına qoyulmuş dövlət investisiyaları nəticəsində Bakı şəhərində və respublikanın regionlarında 166 yeni istilik mənbəyi yaradılmış, 108 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxanaya çevrilmiş, 271 qazlaşdırma layihəsi icra edilmiş, 1828 yaşayış binasının, 350-dən artıq təhsil və səhiyyə müəssisəsinin istilik sistemləri yenidən qurularaq istilik təchizatı bərpa edilmişdir.8

Yeni tikilmiş və modernləşdirilmiş qazanxanalarda Avropa ölkələrində istehsal edilmiş enerjiyə qənaət və ekoloji tələblərə tam cavab verən müasir qazanxana və istilik şəbəkəsi avadanlıqları quraşdırılmışdır. Bu qazanxanalar etibarlılıq və təhlükəsizlik tələblərinə görə sələflərindən kifayət qədər üstündür və tam avtomatlaşdırılmışdır.

Həyata keçirilən tədbirlər istilik təchizatının keyfiyyət parametrlərinin yüksəldilməsinə və texniki-iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan vermişdir. 2011-ci illə müqayisədə istilik enerjisinin istehsalı 1,9 dəfə artaraq 1235,0 min Qkal təşkil etmiş, istilik itkiləri 4,5 faiz azalmış, 1 Qkal istilik enerjisinin istehsalına sərf edilən qazın xüsusi sərfiyyatı 5,9 m3/Qkal azalmışdır ki, bununla da şərti olaraq 7,4 milyon m3 təbii qaza qənaət edilməsi mümkün olmuşdur.9

Cəmiyyətin mütəxəssisləri tərəfindən "Modul" tipli daşınan istilik qazanxanasının, Daşınabilən Kaskad Tipli İstilik Qazanxanasının (DKTİQ) və “Kombi” tipli istilik sistemlərinin tətbiqi ilə bağlı texniki əsaslandırma hazırlanmış, mövcud qanunvericiliyə uyğun olaraq bütün razılaşdırmalardan keçirilməklə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş uyğunluq sertifikatı əsasında həyata keçirilməyə başlamışdır. Bu qazanxanalar orta və kiçik həcmli yaşayış binalarının, təhsil və səhiyyə obyektlərinin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.

2016-cı il 1 iyul tarixinə Cəmiyyətin strukturu mərkəzi idarəetmə aparatı, 12 xidmət təsərrüfatı, 2 məhdud məsuliyyətli cəmiyyət, Bakı şəhəri üzrə 22 istilik sistemi istismar sahəsi, 51 vahid regional istilik sistemi istismar sahəsi, gücü 807 Qkal/saat

7  Mənbə: “Azərsu” ASC

8  Mənbə: “Azəristiliktəchizat” ASC

9  Mənbə: “Azəristiliktəchizat” ASC

 

olan 5 rayon istilik qazanxanası, gücü 1501,2 Qkal/saat olan 530 məhəllədaxili istilik qazanxanası, 94 istilik məntəqəsi, 870 km-ə yaxın istismar edilən magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyalarından ibarətdir.

 

3.2.  Kommunal xidmətlər sektorunun GZİT təhlili

Kommunal xidmətlər sektorunun qısa, orta və uzunmüddətli perspektivdə inkişafının təmin olunması, xidmət səviyyəsinin beynəlxalq keyfiyyət normalarına uyğunlaşdırılması, təchizat sisteminin gücləndirilməsi, idarəetmə sistemlərinin formalaşdırılması, təminatda səmərəliliyin artırılması və s. məqsədlərlə strateji planlaşdırma metodu olan GZİT təhlili ümumiləşdirilmiş şəkildə formalaşdırılmışdır.

Təhlilin əsas məqsədi daxili və xarici mühitin təsirlərini müəyyən etməkdən və onları dörd istiqamət (daxili faktorlar üzrə – güclü və zəif tərəflər, xarici faktorlar üzrə

–  imkanlar və təhlükələr) üzrə sistemləşdirməkdən ibarətdir. Belə strateji planlaşdırma metodu sektorun cari dövr üçün ilkin qiymətləndirilməsi və inkişaf müstəvisindəki mövqeyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

 

Güclü tərəflər

Zəif tərəflər

●     təbii resursların mövcudluğu;

●     ilkin resurslardan istifadədə qənaətli metodlardan istifadənin genişlənməsi;

●     işçi xərclərinin nisbətən az olması;

●     yerli bazarın qismən formalaşması;

●     təcrübəli kadr potensialının mövcudluğu.

●        istehlakçı qruplarının səmərəsiz bölgüsü;

●        tariflər sisteminin və mövcud standartların təkmilləşdirilməsi zərurətinin olması;

●        stimullaşdırıcı mexanizmlərin azlığı;

●        uçot sistemində boşluqların olması;

●        müasir texnologiyalardan qismən istifadə edilməsi;

●        məhsuldarlığın aşağı olması;

●        gələcək borc öhdəliklərinin olması.

İmkanlar

Təhlükələr

●        tələbatın daim artması və yerli istehsal müəssisələrinin açılması;

●        yeni bazarların formalaşdırılması;

●        xarici bazarlara inteqrasiya vasitəsilə müasir texnologiyaların mənimsənilməsi;

●        investisiyaların cəlb olunması;

●        büdcə daxilolmalarının səviyyəsinin artması.

●        xarici biznes risklərinin olması;

●        texnoloji problemlərin yaranması;

●        maliyyə bazarında faizlərin yüksək olması;

●        resursların dəyərinin artması;

●        beynəlxalq ekoloji tələblərin artması;

●        dünya iqtisadi böhranının tələbata mənfi təsir etməsi;

●        enerji daşıyıcılarının qiymətlərinin artması.

 

4.     STRATEJİ BAXIŞ

2025-ci il və ondan sonrakı dövr üçün kommunal xidmətlər sektoruna daxil olan elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı istiqamətləri üzrə istehlakçıların tələblərini keyfiyyətli, səmərəli və günün tələblərinə uyğun şəkildə qarşılamaq məqsədilə bir sıra kompleks islahatların aparılması tələb olunur. Qeyd olunan dövrdə dayanıqlı inkişafın təmin edilməsi, sahə üzrə infrastrukturun genişlənməsi və rentabelliliyin təmin edilməsi üçün diversifikasiya olunmuş istehsalın və paylanma şəbəkəsinin formalaşması və səmərəli idarəetmə sisteminin qurulması vacibdir. Sahə üzrə kompleks islahatlar qısa, orta və uzunmüddətli dövrlərdə pilləli şəkildə həyata keçirilməlidir.

4.1.  2020-ci ilədək strateji baxış

2020-ci ilədək strateji baxış kommunal xidmətlər sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, tənzimləyici orqanların funksional səmərəliliyinin artırılmasına, xidmət müəssisələrinin fəaliyyət səmərəliliyinin və xidmət keyfiyyətinin yüksəldilməsinə, investisiya mühitinin münbitləşdirilməsinə, beynəlxalq norma və standartların tətbiqinə, kadr bazasının gücləndirilməsinə, tariflərin optimallaşdırılmasına və stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanmasına nail olmaqdır.

4.2.  2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış kommunal xidmətlər sahəsində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin formalaşdırılmasına, müasir texnologiyalardan və ixtisaslaşdırılmış kadr potensialından istifadəyə, investisiya imkanları hesabına generasiyanın və hər bir sektor üzrə paylanmada diversifikasiyanın təmin olunmasına nail olmaqdır.

Uzunmüddətli baxışın şərhi

Azərbaycan Respublikasında 2025-ci ilədək kommunal xidmətlər sahəsi ilə bağlı uzunmüddətli hədəflər sayəsində bir sıra nailiyyətlər əldə ediləcək və elektrik enerjisi istehsalı sahəsində mühüm yenidənqurma işləri həyata keçiriləcəkdir. Ölkədə topdansatış bazarı və özəl sektor subyektlərinin iştirak etdiyi investisiya mühitinin yaradılması, əsasən, bərpa olunan enerjidən istifadənin təmin edilməsi və mikroelektrik enerjisi hasilatının tətbiq edilməsi yolu ilə elektrik enerjisi sektorunda səmərəliliyə nail olmaq məqsədi müəyyən edilmişdir. Həmçinin, səmərəli və keyfiyyətli xidmət səviyyələri təmin edilməklə, daha geniş coğrafi ərazini əhatə edən təbii qaz və su paylama sistemlərinin tətbiqi genişləndiriləcəkdir.

Enerji sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün elektrik enerjisinin istehsalından pərakəndə satışa qədər dəyər zəncirinin bütün həlqələrinin (istehsal, nəqletmə, paylanma və satış) idarəçilik nöqteyi-nəzərindən bir-birindən ayrılması prioritet məsələ kimi nəzərdən keçiriləcəkdir. Bu sahədə əməliyyatların aparılması üçün səmərəli tələb-təklif bazarının yaradılması təmin edildikdən sonra elektrik enerjisi sektorunun topdansatış bazarı xarici investisiyalar üçün cəlbedici olacaqdır. Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə yeni elektrik stansiyalarına investisiya qoyuluşlarının stimullaşdırılması (məsələn, “Tik-idarə et-təhvil ver” modeli, stimullaşdırıcı tarif və ya hərrac mexanizmləri vasitəsilə) nəticəsində dövlətdən minimum həcmdə kapital qoyuluşu tələb ediləcəkdir.

Yeni istehsal güclərinə investisiya qoyuluşlarından əlavə, təbii qazla işləyən müəyyən istilik və su elektrik stansiyalarına investisiya qoyuluşları nəticəsində özəl

 

sektorun mövcud elektrik enerjisi istehsalında iştirakı genişləndiriləcəkdir. Azərbaycan Respublikasında ölçü, yer, istismar müddəti və səmərəlilikdən asılı olaraq, istehsal aktivlərindən bəziləri strateji aktivlər kimi saxlanacaqdır (məsələn, böyük istehsal həcminə görə 2400 MVt gücə malik olan “Azərbaycan” İstilik Elektrik Stansiyası). Bu strateji aktivlərdən əlavə, optimal mənfəət-zərər strukturuna malik təbii qazla işləyən istilik və su elektrik stansiyalarının özəlləşdirilməsinə diqqət yetirilərək ümumi istehsal portfelinin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulur.

Elektrik enerjisi sektoruna qoyulan birbaşa xarici investisiyalar və özəl sektorun iştirakı 2025-ci ildən sonrakı dövr üçün qarşıya məqsəd kimi qoyulan bərpa olunan enerji ekosisteminin (əsasən külək və günəş fotoelementlərindən ibarət) yaradılmasında mühüm rol oynayacaqdır. Azərbaycan Respublikasında artıq tənzimləmə sahəsində tələb olunan dəyişikliklərin edilməsi və ortamüddətli perspektivdə vəsaitlərin ayrılması yolu ilə cəlbedici investisiya mühitinin yaradılması istiqamətində müəyyən tədbirlər həyata keçirilməkdədir. Bununla da, ölkədə yanacaq növlü enerji mənbələrindən daha az asılı olan bərpa olunan elektrik enerjisi istehsalı gücünün artırılması istiqamətində müəyyən təşəbbüslərin göstərilməsi planlaşdırılır.

Azərbaycan Respublikasında son istehlakçılar özünü təminetmə məqsədilə mikroelektrik enerjisi istehsalına bu dövrdə başlayacaqdır. Tikililərin damında, xüsusən də kənd yerlərində quraşdırılan fotoelektrik enerji qurğularından alınan elektrik enerjisi müstəqil mikroelektrik istehsalı qurğularında istehsal edilən elektrik enerjisi ilə müqayisədə ucuz başa gəldiyinə görə daha geniş tətbiq olunacaqdır. Bu, əsasən, sellüloz məmulatların istehsalı və ya dağ-mədən sənayesi kimi xüsusi istehsal sahələrində fərqli enerji növlərindən (elektrik və buxar enerjisi) istifadə edən sənaye sahələri üçün daha səmərəli olacaqdır.

Modernləşdirmə layihəsindən sonra təbii qazın paylanması sahəsində Bakı şəhəri üzrə mövcud kommersiya və texniki itkilərin səviyyəsi azalacaqdır. Əhalinin təbii qaz təchizatının səviyyəsi mütəmadi olaraq yüksəldiyinə görə Azərbaycan Respublikasında həmin dövrə kimi sayğaclardan istifadə səviyyəsinin artırılması planlaşdırılır.

Azərbaycan Respublikasında içməli və tullantı suları, istilik və qaz paylama sistemləri üçün infrastrukturun yaxşılaşdırılması sahəsinə investisiya qoyuluşlarının 2025-ci ilədək davam etdirilməsi planlaşdırılır. Həmçinin, yeni yaranan ev təsərrüfatları və kommersiya təşkilatları da daxil olmaqla, bütün son istehlakçıların sayğaclardan istifadəsinin (xüsusilə qeyri-əhali qrupu üzrə sayğacın sifarişçi hesabına quraşdırıldığını nəzərə alaraq, mümkün qədər qısa müddətdə tam başa çatdırılmasının) təmin olunması və səmərəliliyin yüksəldilməsi üçün köhnə infrastrukturun təkmilləşdirilməsi istiqamətində tədbirlər görüləcəkdir. Bütün bu səylər 2025-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan sektorlar üzrə fəaliyyət səmərəliliyi məqsədlərinə xidmət edir.

4.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış elektrik enerjisi, su və kanalizasiya, istilik və təbii qaz təchizatı sektorlarında fəaliyyət səmərəliliyinin və xidmət səviyyəsinin tam yüksəldilməsinə nail olmaqdır.

Hədəf baxışın şərhi

Azərbaycan Respublikasında elektrik enerjisi sektorunda istehsaldan son istehlaka qədər tam dəyər zənciri boyu səmərəsiz fəaliyyətlər müəyyənləşdirilməklə, onların aradan qaldırılmasına səy göstəriləcəkdir. Bu məqsədlərə nail olmaq üçün ölkədə elektrik enerjisinin istehsalı, verilişi, paylanması və pərakəndə satışı

 

xidmətlərinin 2025-ci ildən sonrakı dövrdə idarəçilik nöqteyi-nəzərindən bir-birindən ayrılmasını nəzərdə tutan tam müstəqil mühitin yaradılması ilə bağlı tədbirlər görüləcəkdir. Bu istiqamətlərin hər birinin optimallaşdırılması üçün göstəriləcək səylər ölkədə dəyər zəncirindən maksimum faydalanmaq imkanı yaradacaqdır. Bu səylər sektora daha çox birbaşa xarici investisiyaların cəlb edilməsi və sektoru təşkil edən dörd komponentin hər birində “nou-hau”ların tətbiqi məqsədləri ilə üst-üstə düşür.

2025-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikasında elektrik enerjisi sektorunun cəlbediciliyinin artırılması, dəyər zənciri boyu səmərəliliyin, ekoloji dayanıqlılığın, rasional rəqabətin və səmərəli tariflərin təmin olunması üçün tədbirlər görüləcəkdir. Görüləcək tədbirlər hesabına ev təsərrüfatlarının, kommersiya və sənaye istehlakçılarının elektrik enerjisinə keyfiyyətli və fasiləsiz çıxışı təmin ediləcəkdir.

Ölkədə elektrik enerjisi ehtiyatlarını artırmaq üçün təbii qaz, su və bərpa olunan enerji mənbələrindən (məsələn, günəş və külək) enerji istehsalına investisiya qoyuluşları ediləcəkdir. Təbii qazla işləyən elektrik stansiyalarının istehsal portfelində əsas paya malik olmasına baxmayaraq, onların ümumi portfeldəki payı 2025-ci ildən sonrakı dövrdə azalacaqdır. Bu nöqteyi-nəzərdən, orta və  uzunmüddətli perspektivdə bərpa olunan enerji növləri üzrə daha dayanıqlı enerji istehsalı strategiyası hədəflənəcəkdir. Azərbaycan Respublikasında istehsal gücünün bir hissəsinin 2025-ci ildən sonrakı dövrdə bərpa olunan enerji mənbələri hesabına təchiz edilməsi planlaşdırılır və bu stansiyaların tikintisini intensivləşdirmək məqsədi güdülür. Bu məqsədə nail olmaq üçün külək və günəş enerjisinə investisiya qoyuluşlarından əlavə, geotermal və biokütlə kimi digər bərpa olunan enerji mənbələrindəki potensial imkanlar da dəyərləndiriləcəkdir. Sektorun liberallaşdırılması bu məqsədə nail olmaqda vacib mexanizm rolunu oynayacaqdır. Belə ki, “Tik-idarə et-təhvil ver” modeli, stimullaşdırıcı tarif və hərraclar kimi mexanizmlər vasitəsilə bərpa olunan enerji mənbələrindən istifadə elektrik stansiyalarının işində özəl sektorun iştirakını birbaşa stimullaşdıracaqdır.

Azərbaycan Respublikasında sənaye sahələri və əhalinin müəyyən təbəqələri üçün kiçik istehsal gücünə malik elektrik panellərinin tətbiqinin (binaların damında quraşdırılan günəş enerjisi panelləri ilə yanaşı, təbii qazla işləyən istilik və elektrik enerjisi stansiyalarının və kiçikölçülü külək turbinlərinin tətbiqi) genişləndirilməsi planlaşdırılır. Xüsusən də, Bakıdan kənarda, elektrik enerjisi infrastrukturunun daha da təkmilləşdirilməsi potensialının olduğu regionlarda damda quraşdırılan günəş enerjisi panellərinin tətbiqi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq imkanları mövcuddur. Günəş enerjisi panellərinin quraşdırılmasının asanlığını və tətbiqi üzrə quraşdırma xərclərinin aşağı olmasını nəzərə alaraq, onların geniş istifadəsi nəzərdə  tutulur. Eyni zamanda, təbii qazla işləyən sənaye müəssisələrində istehsalın ümumi səmərəliliyinin yüksəldilməsi üçün elektrik enerjisindən istifadə ediləcəkdir.

2025-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikasının milli portfelində elektrik enerjisi istehsalının səmərəliliyinin ən yüksək səviyyəyə çatdırılması hədəflənir. Bu məqsəd iki komponentdən ibarətdir:

-   mövcud olan bütün təbii qaz və su əsaslı elektrik enerjisi istehsalı qurğularının tam modernləşdirilməsi;

-   ən yüksək səmərəlilik göstəricilərinə malik yeni istehsal qurğularının (təbii qaz, su, külək və günəş enerjisinin istifadəsi ilə elektrik enerjisi istehsal edən qurğuların) tətbiqi.

Azərbaycan   Respublikasında   elektrik    verilişi   və    paylanması   prosesinin uzunmüddətli perspektivi ilə bağlı iki mühüm məqsəd qarşıya qoyulmuşdur:

 

  1. 2025-ci ildən sonrakı dövr üçün elektrik verilişi və paylanmasında mövcud olan kommersiya və texniki itkiləri Avropa ölkələrinin müqayisəli göstəriciləri səviyyəsinə çatdırmaq;
  2. qabaqcıl ölkələrin təcrübələrindən istifadə edərək, elektrik enerjisi sektorunda mövcud çatışmazlıqları aradan qaldırmaq.

Bu məqsədlərə nail olmaq üçün infrastruktur tamamilə modernləşdiriləcək, köhnə və nasaz avadanlıq və qurğular ən müasir avadanlıq və qurğularla əvəz ediləcəkdir (məsələn, ümumi şəbəkədə yüksəkgərginlikli yeraltı kabellərin payının artırılması). Daha sonra elektrik enerjisinin verilişi və paylanması xətlərinin uzaqməsafəli izlənilməsi və nəzarəti üçün rabitə kanalları vasitəsilə şifrələnmiş siqnallarla işləyən nəzarət və məlumatalma sistemi (SCADA sistemi) tam tətbiq ediləcəkdir. SCADA sistemi mümkün müdaxilə və ya itkiləri tam müşahidə etməyə imkan yaradaraq, şəbəkənin ümumi keyfiyyət və səmərəliliyini yaxşılaşdıracaqdır.

Eyni zamanda, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdirilir:

-   sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaq – hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaqdır (məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği);

-     elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaq – 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir. Azərbaycan Respublikasında bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir.

Qaz təchizatında isə Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur. Qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcəkdir. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaqdır.

İçməli və tullantı suları sahəsində infrastrukturun və keyfiyyətli xidmətlərin əhatə dairəsinin ölkə miqyasında genişləndirilməsinə nail olmaq məqsədi müəyyən edilmişdir. Su sərfiyyatının səmərəli izlənilməsi və qiymətinin hesablanması üçün şəbəkəyə qoşulmuş bütün ev təsərrüfatlarında və kommersiya təşkilatlarında rəqəmsal sayğaclardan istifadəyə keçid təmin ediləcəkdir.

 

5.     HƏDƏF İNDİKATORLARI

Kommunal xidmətlər sektoru üzrə nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində:

●           2020-ci ildə real ÜDM 832 milyon manat artacaq;

●           kommunal xidmətlər sektorunda bütün dəyər zəncirində 6645 yeni iş yeri yaradılacaqdır.

Bu, 2020-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikasında iqtisadi dayaqların və kommunal xidmət sektorunun gücləndirilməsinə imkan verəcəkdir.

Elektrik enerjisi istehsalı və təchizatı üzrə:

●           ümumilikdə istehsal gücünün 1000 MVt artırılması ilə yanaşı, külək enerjisi üzrə 350 MVt, günəş enerjisi üzrə 50 MVt və bioenerji üzrə 20 MVt olmaqla, şaxələndirilməsi (artıq planlaşdırılmış 900 MVt-dan əlavə);

●           kombinə edilmiş dövriyyəyə malik seçilmiş qaz turbin stansiyaları üçün xalis yanacaq səmərəliliyi səviyyəsinin 50 faizədək artırılması;

●           elektrik enerjisinin itki səviyyəsinin Bakıda 8,5 faizdən 7 faizədək, regionlarda isə 12 faizdən 8 faizədək azaldılması;

●           Gürcüstanın elektrik enerjisi idxalının 50 faizinin, Türkiyənin isə 20 faizinin təmin edilməsi;

●           səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

Təbii qaz təchizatı üzrə:

●           bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8 faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa, bunun eyni səviyyədə qalacağı ehtimal edilir);

●           səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

Su və kanalizasiya xidmətləri üzrə:

●           kommersiya itkilərinin nisbətinin 20 faizdən ən azı 14 faizədək azaldılması (“Azərsu” ASC-nin 670 milyon m3 illik su təchizatından);

●           paylanmada olan itkilərin 31 faizdən 25 faizədək azaldılması;

●           sayğacı olmayan qeydiyyatlı istifadəçilərin payının 26 faizdən 5 faizədək azaldılması (ev təsərrüfatlarının cəmi sayı 2 milyon 20 min);

●           tullantı sularının toplaması səviyyəsinin 46 faizdən 65 faizədək artırılması (“Azərsu” ASC tərəfindən əhali üçün 314 milyon m3 su təchizatından).

İstilik təchizatı üzrə:

●           2015-ci illə müqayisədə səmərəlilik nəzərə alınmaqla, istilik enerjisi istehsalının həcminin 427 min Qkal10 artırılaraq 1767 min Qkal səviyyəsinə çatdırılması;

●           istilik təchizatının əhatə dairəsinin genişləndirilməsi ilə, 2017–2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayının 50,4 faiz artırılaraq, 5689-a çatdırılması;

●           istilik təsərrüfatlarının gəlirlərinin, ümumilikdə, 5,1 milyon manat artması;

●           550-ə yaxın yaşayış binasında texniki cəhətdən nasaz olan istilik təchizatı sisteminin əsaslı şəkildə təmir edilməsi ilə istilik təchizatının yaxşılaşdırılması.

10 Mənbə: “Azəristiliktəchizat” ASC

 

6.     STRATEJİ MƏQSƏDLƏR

Strateji hədəf kimi qəbul edilmiş tənzimləyici orqanın yaradılması və kommunal xidmətlər sektorunun istiqamətləri üzrə səmərəliliyin təmin olunmasına nail olmaq üçün qısamüddətli (2016–2020-ci illər) və ortamüddətli (2020–2025-ci illər) perspektivdə qanunvericiliyin və normativ hüquqi sənədlərin təkmilləşdirilməsi, bu sahələr üzrə xidmət göstərən müəssisələrin fəaliyyət səmərəliliyinin yüksəldilməsi, beynəlxalq standartları və yerli şəraiti nəzərə alaraq yeni standartların işlənib hazırlanması, investorların cəlb edilməsi üçün investisiya mühitinin yaxşılaşdırılması strateji məqsədlər kimi müəyyənləşdirilmişdir.

 

7.     STRATEJİ HƏDƏFLƏR

7.1.      Strateji hədəf 1. Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin  edilməsi

7.1.1.  Prioritet 1.1. Müstəqil tənzimləyici orqanın və məqsədli fondun yaradılması, effektiv xidmət və yığım mexanizmlərinin, kadr təminatının formalaşdırılması

Əsaslandırma

Müstəqil tənzimləyici orqanın yaradılması bir sıra ölkələrdə kommunal xidmətlər sektorunun liberallaşdırılması və investorların cəlb edilməsi, habelə sahə üzrə çevik qərarların qəbul olunması istiqamətində atılan mühüm addımlardan biri hesab olunur. Həmçinin, dövlət büdcəsinin yükünün azaldılmasına və sektor üzrə tələb olunan investisiya qoyuluşlarının vaxtlı-vaxtında icrasına nail olmaq üçün məqsədli fondun yaradılması kommunal xidmətlər sektorunun inkişafına müsbət təsir göstərə bilər.

Kommunal xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi istehlakçı məmnunluğunun təmin olunmasına və xidmət haqlarının yığılmasında istehlakçı məsuliyyətinin artmasına səbəb olacaqdır. Habelə, xidmət haqlarının yığılması və istehlakçı məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi bu sektorlar üzrə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinə müsbət təsir edəcəkdir.

Bunlarla yanaşı, sahə üzrə ixtisaslı kadr potensialının formalaşdırılması və onların bilik və bacarıqlarından istifadə olunması bu sektorda fəaliyyət səmərəliliyinin və xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir.

Görüləcək tədbirlər

Tədbir 1.1.1. Kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqanın yaradılmasının nəzərdən keçirilməsi

Kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən  istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcəkdir. Bu zaman aşağıdakı 3 mühüm amil nəzərə alınacaqdır:

●  müstəqil     tənzimləyici    orqanın     təşkilati-hüquqi    forması     və     fəaliyyət istiqamətləri;

●  aidiyyəti orqanlara münasibətdə vəzifə və səlahiyyətlərin dəqiq müəyyən edilməsi;

●  kadr təminatının formalaşdırılması.

Sektor üzrə istehsalçı, təchizatçı və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müvafiq sahələrin fəaliyyətinin təhlili və sektor üzrə səmərəliliyin təmin olunması, texniki tələblərə əməl edilməsi, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi üçün satınalma müqavilələri əsasında stimullaşdırıcı mexanizmlərin hazırlanması istiqamətində bir sıra strateji vəzifələrin həmin orqana həvalə olunması nəzərdən keçiriləcəkdir.

 

Həmçinin, kommunal xidmətlər sektorunda, xüsusilə elektrik enerjisinin verilişi ilə istehsalının bir-birindən ayrılması, satış üçün topdansatış bazarlarının yaradılması, alternativ və bərpa olunan enerji mənbələri üzrə təqdim olunmuş layihələr əsasında tariflərin müəyyənləşdirilməsi, mövcud tariflərin (külək və kiçik su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi tariflərinin) təkmilləşdirilməsi, digər mənbələr üzrə tariflərin formalaşdırılması, seçmə qaydada özəlləşdirmə üçün istehsal aktivlərinin prioritetləşdirilməsi (bəzi istehsal aktivlərinin səmərəliliyini yüksəltmək üçün özəl müəssisələrə diqqət yetirilməsi), paylama ilə pərakəndə  satışın bir-birindən ayrılması və pərakəndə satış sektorunun liberallaşdırılması məsələləri nəzərdən keçiriləcək və müvafiq islahatlar aparılacaqdır.

Bu sahədə uzunmüddətli qiymət zəmanətlərinin və rəqabətli tender təkliflərinin müəyyənləşdirilməsi müqavilələrin bağlanmasına, investorların cəlb edilməsinə və uzunmüddətli dövrdə tələbatın ödənilməsinə imkan verə bilər.

Tədbir 1.1.2. Kommunal xidmətlər sektorunda məqsədli fondun yaradılmasının nəzərdən keçirilməsi

Kommunal xidmətlər üzrə infrastrukturun təkmilləşdirilməsi və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi məqsədilə bu xidmətlər üzrə tariflərdə, əlavə olaraq, müəyyən həcmdə vəsaitin nəzərdə tutulması və həmin vəsaitin məqsədli fondda toplanması məsələsi nəzərdən keçiriləcəkdir.

Tədbir 1.1.3. Kommunal xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi

Əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi məqsədilə yaradılmış “ASAN kommunal” mərkəzlərinin fəaliyyəti genişləndiriləcəkdir.

Tədbir 1.1.4. Kommunal xidmət haqları üzrə yığımın təkmilləşdirilməsi

Kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su və kanalizasiya), xüsusilə öncədən ödəniş olunmayan və fərdi qaydada xidmətin dayandırılması mümkün olmayan xidmət növləri (mərkəzi istilik, yaşayış sahəsinin saxlanılması haqqı, məişət tullantılarının yığılması) üzrə yığım alətlərinin müəyyənləşdirilməsi nəzərdən keçiriləcəkdir. Habelə, yığımların toplanmasında Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyənləşdirilmiş idarəetmə formalarına uyğun olaraq idarəedicilərin (mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin və s.) fəaliyyətindən istifadənin genişləndirilməsi imkanları təhlil edilərək müvafiq təkliflər irəli sürüləcəkdir.

Tədbir 1.1.5. Kommunal xidmətlər sektorunda kadr potensialının təkmilləşdirilməsi

Kadr potensialının gücləndirilməsi ilə əlaqədar təhsil müəssisələrində və elmi tədqiqat mərkəzlərində müvafiq ixtisasların və ixtisasartırma kurslarının yaradılması, habelə dərslik və metodik vasitələrin hazırlanması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcəkdir.

Tədbir 1.1.6. Kommunal xidmətlər sektorunda təkmil normativ hüquqi bazanın yaradılması

Beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, kommunal xidmətlər sektorunda səmərəli və effektiv fəaliyyətin hüquqi əsaslarını, təchizatçı və istehlakçıların hüquq və vəzifələrini dəqiq müəyyən edən, sahənin

 

operativ və davamlı idarə edilməsinə imkan yaradan mexanizmləri nəzərdə tutan və sahəyə sistemli yanaşmanı təmin edən vahid normativ hüquqi sənədin (məsələn, kommunal xidmətlər sektorunun tənzimlənməsi haqqında qanun və s.) hazırlanması nəzərdən keçiriləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Tənzimləyici orqanın və məqsədli fondun yaradılması, yığım səviyyəsinin yüksəldilməsi və kadr potensialının artırılması kommunal xidmətlər sektorunun inkişafı, dövlət büdcəsinin yükünün azaldılması və sektor üzrə liberallaşdırmanın həyata keçirilməsi üçün mühüm amillərdir. Bu prioritet üzrə həyata keçirilən tədbirlər nəticəsində ÜDM-ə və məşğulluğa birbaşa təsir gözlənilmir.

Tələb edilən investisiya

Bu prioriteti həyata keçirmək üçün əlavə investisiya qoyuluşu tələb olunmur.

Gözlənilən risklər

Bu prioritetin həyata keçirilməsi ilə bağlı hər hansı risk gözlənilmir.

 

ELEKTRİK ENERJİSİ

Azərbaycan Respublikasının elektrik enerjisi ixracı imkanları genişdir və ötən 15 ildə ölkənin istehsal həcmi tədricən artmışdır. Ölkədə elektrik enerjisinin təxminən 94 faizi11 təbii qazla işləyən, qalan hissəsi isə su və digər elektrik stansiyalarında istehsal edilir. Elektrik enerjisi istehsalı ilə məşğul olan əsas şirkətlər “Azərenerji” ASC və Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin müvafiq qurumlarıdır.

7.2.  Strateji hədəf 2. Tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi

Azərbaycan Respublikasında uzun illərdən bəri kifayət qədər elektrik enerjisi istehsalı üçün potensialın olması istehsal və xidmət sahələrini, eləcə də əhalini etibarlı və sərfəli qiymətə elektrik enerjisi ilə təchiz etməyə imkan yaratmışdır. Artan tələbat və mövcud stansiyaların planlı şəkildə istismardan çıxarılması nəzərə alınaraq, təbii qazdan başqa digər enerji (su, külək, günəş, bioenerji və s.) mənbələrinin mövcudluğu elektrik enerjisi təchizatının daha da şaxələndirilməsinə və təchizatın fasiləsizliyinin təmin edilməsinə imkan verir. Aşağıdakı prioritetlər ölkənin elektrik enerjisi sektoru üçün növbəti illər ərzində hərtərəfli, strateji və dayanıqlı yanaşmanı əks etdirir.

 

7.2.1.   Prioritet 2.1. Milli istehsal portfelinin ehtiyat həcminin artırılması

Əsaslandırma

2015-ci ildə elektrik stansiyalarının istehsal gücü təxminən 6748 MVt, ehtiyat gücü isə təxminən 34 faiz olmuşdur12 (diaqram 2). Növbəti 5-10 il ərzində kifayət qədər elektrik enerjisi təchizatını həyata keçirmək üçün planlaşdırılan investisiyalarla yanaşı, istehsal həcmini 1000 MVt artırmaq məqsədilə investisiya qoyuluşları ediləcəkdir. Bu investisiyalar hesabına mövcud istehsal gücünün 2015–2020-ci illər arasında 19 faiz artması gözlənilir ki, bu da təhlükəsiz ehtiyat gücünü təmin edəcək səviyyədir13 (istehlakda davamlı sabit artımın olacağı təqdirdə).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

11 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

12 Mənbə: “Azərenerji” ASC

13 Mənbə: “Azərenerji” ASC

 

Diaqram 2. 1000 MVt istehsal gücünün yaradılması üçün yeni investisiyanın cəlb edilməsi

Mənbə: “Azərenerji” ASC

Son illərdə ölkənin iqtisadi inkişaf səviyyəsi və elektrik enerjisinin istehlak həcmi elektrik enerjisi istehsalı həcmindəki artımı geridə qoymuşdur. 2010–2014-cü illər ərzində ölkənin ÜDM-i illik 9,2 faiz artımla 75,2 milyard ABŞ dolları (diaqram 3) təşkil etmişdir. Bu müddət ərzində elektrik enerjisi istehlakı ildə 7,8 faiz artsa da, istehsalın ilkin layihə həcmində artım 2,8 faizlə aşağı tempdə olmuşdur. Digər inkişaf etməkdə olan ölkələrdə isə elektrik enerjisinin istehlakındakı artım səviyyəsi, əsas etibarilə, ÜDM-in artımını daha çox üstələyərək, istehsal həcmindəki artıma uyğun gəlir.

 

Diaqram 3. Elektrik enerjisi istehlakının ÜDM-ə paralel olaraq artımı

1.    Cari qiymətlərin ABŞ dolları ilə ifadəsində

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, «Azərenerji» ASC, Dünya

 

Bankı

 

 

Hazırda Azərbaycan Respublikasında ölkə üzrə elektrik enerjisinin ümumi

 

istehsal həcminin ehtiyat gücü digər ölkələrə müqayisədə kifayət qədər çoxdur. Mövcud həcm ildə 1 faiz14 olmaqla artmışdır və bu artım tempinin 2020-ci ilədək,  yəni ölkədə elektrik enerjisinin istehsal gücü ümumilikdə 5122 MVt-a15 çatana qədər davam edəcəyi gözlənilir (diaqram 4). Bununla belə, 2009-cu ildən bəri pik vaxtlarda yüklənmə səviyyəsinin yüksək templə artması hesabına növbəti illərdə elektrik enerjisinin istehlakının da böyük həcmdə artacağı gözlənilir. Bunun nəticəsi olaraq, 2009-cu ildə 46 faiz olan ehtiyat gücü həcminin 2015-ci ildə 34 faizədək azaldığını nəzərə alsaq, ehtiyat gücün 2020-ci ilədək 14 faiz səviyyəsinə qədər azalması proqnozlaşdırılır. Bu da beynəlxalq miqyasda qəbul edilmiş 25 faizlik təhlükəsizlik səviyyəsindən aşağıdır.

 

 

 

 

 

 

 

 

 

14 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

15 Mənbə: “Azərenerji” ASC

 

Diaqram 4. Azərbaycan Respublikasında potensial ehtiyat həcminin 2020-ci ilə qədər təhlükəsizlik səviyyəsindən aşağı düşməsi ehtimalı

1.    Səciyyəvi yük faktorları ilə artan ilkin güc kimi müəyyən edilmiş mövcud potensial

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi , “Azərenerji” ASC

İstehsal həcmi və pik vaxtlarda elektrik enerjisindən istifadə göstəriciləri investisiya qıtlığına görə eyni səviyyədə qərarlaşmışdır. 2014-cü ildə 2011-ci illə müqayisədə elektrik enerjisi istehsalında (elektrik enerjisinin istehsalı, verilişi və paylanması) illik dövlət investisiyalarının həcmi 42 faiz azalmışdır (diaqram 5). Elektrik enerjisi istehsalının ciddi kapital qoyuluşu tələb etməsinə baxmayaraq, enerji istehsalına investisiya qoyuluşlarının həcmi bu müddət ərzində azalaraq ümumi investisiyaların 5,6 faizini təşkil etmişdir. İnvestisiya qoyuluşu, xüsusən də, son iki il ərzində azalmışdır.

 

Diaqram 5. Elektrik enerjisi sektoru üzrə dövlət kapital qoyuluşunun

həcmi

1.    Hər il üzrə manatın ABŞ dollarına nisbətdə orta mübadilə məzənnəsi nəzərə alınmaqla

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, “Azərenerji” ASC, Polşa və Almaniyanın energetika agentlikləri

Respublikada istehsal gücünün həcmi 2014-cü ildə 7348 MVt olmuş, 2015-ci ildə “Şirvan” elektrik stansiyasının qismən bağlanması nəticəsində bu göstərici 600 MVt azalmışdır (diaqram 6).

Diaqram 6. Yeni investisiya qoyuluşu planları

  1. 1. “Azərenerji” ASC-nin cari artım planı
  2. 2. Yalnız 2 blok ehtiyatda saxlanılır (hər biri 150MVt gücündə)

Mənbə: “Azərenerji” ASC

 

Mövcud stansiyaların və infrastrukturun köhnəlməsi yenidənqurmaya və yeni stansiyaların tikintisinə ehtiyacı artırır. Təbii qazla işləyən stansiyanın orta istismar müddəti 25 il olsa da, 2014-cü il ərzində Azərbaycan Respublikasının elektrik enerjisi üzrə istehsal həcminin 56 faizi 30 ildən artıq müddətdə istismar olunan stansiyalarda əldə edilmişdir (diaqram 7). İstehsal gücünün 14 faizi isə istismar müddəti 10-30 il olan stansiyalarda istehsal edilmişdir. Bu isə həmin qurğulardan bəziləri üçün növbəti illərdə investisiya qoyuluşunu zəruri edir. Yenidənqurma və modernləşdirmə işləri bu stansiyaların istismar müddətini uzada bilər. Belə ki, 2400 MVt gücündə olan və ya öz istehsal gücünün təqribən üçdə birindən istifadə edən “Azərbaycan” İstilik Elektrik Stansiyası son vaxtlar modernləşdirilmişdir. Buna baxmayaraq, növbəti beş il ərzində əlavə modernləşdirmə işlərinin aparılmasına tələbatın yaranacağı ehtimal edilir.

Diaqram 7. Stansiyaların və infrastrukturun köhnəlməsi

Mənbə: “Azərenerji” ASC

Görüləcək tədbirlər

Tədbir 2.1.1. Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması

“Azərenerji” ASC və Azərbaycan Respublikasının Energetika Nazirliyi aidiyyəti orqanlarla əməkdaşlıq etməklə, 2020-ci il və ondan sonrakı dövr üçün elektrik enerjisinə olan ehtiyacı dəqiq müəyyənləşdirmək məqsədilə ölkə daxilində elektrik enerjisinin istehlak həcmi üzrə ətraflı araşdırma aparacaqdır.

Tədbir 2.1.2. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması

“Azərenerji” ASC və Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

 

aşağıda   göstərilən   məqsədlər   üçün   araşdırmalar  aparacaq  və    texniki-iqtisadi əsaslandırmalar hazırlayacaqlar:

-   prioritetin 2-ci mərhələsi üzrə həyata keçiriləcək tədbirlər çərçivəsində müxtəlif enerji mənbələri, o cümlədən bərpa olunan enerji və təbii qaz üzrə prioritetlərin müəyyən edilməsi;

-   mövcud təbii resurslar, elektrik enerjisindən proqnozlaşdırılmış istifadə imkanları və gələcəkdə elektrik enerjisinin ixracı məqsədləri nəzərə alınaraq, tikilməli olan elektrik stansiyalarının sayının, istehsal gücünün və növlərinin, eləcə də tələb olunan investisiya həcminin müəyyən edilməsi;

-   elektrik enerjisinə ən çox tələbatın olduğu mənbələrə yüksək səviyyədə xidmət edəcək və mövcud elektrik enerjisi infrastrukturuna daha çox uyğun gələn (bərpa olunan enerji mənbələrinin potensial xəritəsi nəzərə alınmaqla) ərazilərin müəyyən edilməsi.

Tədbir 2.1.3. İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi

Aidiyyəti tərəflər investisiya qoyuluşları üzrə maliyyələşdirmə formasına dair qərar verəcəklər. Buraya, əsasən, elektrik stansiyalarının dövlət təşkilatları və ya özəl investorlar tərəfindən tikilməsinin və istismar edilməsinin məqsədəuyğunluğuna dair qərarların verilməsi, habelə bu işlərin dövlət təşkilatları tərəfindən həyata keçiriləcəyi təqdirdə, dövlət büdcəsində maliyyə vəsaitlərinin həcmini müəyyənləşdirmək üçün aidiyyəti tənzimləmə orqanları ilə müzakirələrin aparılması daxildir. Yeni elektrik stansiyalarının dövlət tərəfindən tikilməsinə və istismarına dair qərar verildikdə, bu layihələrə investisiya qoyuluşu üçün təchizatçının seçim meyarları nəzərə alınmaqla, tenderlər elan ediləcəkdir. Əgər özəl investisiyaların lehinə qərar verilərsə, aidiyyəti orqanlar digər tənzimləmə orqanları ilə məsləhətləşmələr apardıqdan sonra, ölkənin strateji təhlükəsizlik məsələsini nəzərə alaraq, hansı sahənin özəl investorlara açıq olmasını müəyyən etmək məqsədilə ətraflı təhlillər aparacaqlar. Özəl investorları Azərbaycan Respublikasında elektrik enerjisi sektoruna investisiya qoymağa təşviq etməyə zərurət yaranarsa, mövcud qanunvericiliyə və normativ hüquqi aktlara dəyişikliklər edilməsi nəzərdən keçiriləcəkdir (məsələn, “Tik-idarə et-təhvil ver” modeli, stimullaşdırıcı tariflər, hərraclar və s.). Nəhayət, elektrik stansiyalarının tikintisinə görə məsul olan investor və ya təchizatçı barədə qərar veriləcək və onun adı açıqlanacaqdır.

Tədbir 2.1.4. Əlavə istehsal güclərinin yaradılması

Mütəxəssislərin hesablamalarına əsasən, növbəti 5-10 il ərzində təhlükəsiz enerji təchizatını təmin etmək məqsədilə əlavə 1000 MVt istehsal gücünün yaradılması üçün investisiya qoyulmasına zərurət yaranacaqdır. Tələb-təklif arasında tarazlıq yaradılması məqsədilə Azərbaycan Respublikasında müxtəlif bazar alətləri vasitəsilə istehlakı azaldacaq taktikalardan istifadə ediləcəkdir. İstehsala qoyulan investisiyanın növü prioritetlərdən asılı olacaqdır. Yeni stansiyaların tikintisi dövlət şirkəti tərəfindən həyata keçirildiyi halda, elektrik stansiyalarının tikintisinə başlanıldıqdan sonra tikinti prosesinə nəzarət etmək üçün əsas icra göstəriciləri müəyyən ediləcək və tikintinin gedişatı davamlı şəkildə izləniləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin həyata keçirilməsi nəticəsində istehsal gücü artırılaraq, 2020-ci ildə real ÜDM-in 130 milyon manat birbaşa və 85 milyon manat dolayı olmaqla, ümumilikdə 215 milyon manat artacağı, 5085 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

 

Əsas icra göstəriciləri:

●       istehsal gücünün 1000 MVt artırılması üçün əlavə investisiya qoyuluşunun həyata keçirilməsi (hazırda planlaşdırılan 900 MVt-dan əlavə olaraq16);

●       investisiya     qoyuluşlarının     yaradılacaq      yeni     istehsal     gücləri     üzrə şaxələndirilməsi (məsələn, təbii qaz, külək, su və günəş enerjisi).

Tələb edilən investisiya

Bu prioritet üzrə istehsal gücünün 1900 MVt artırılması çərçivəsində (hazırda planlaşdırılan 900 MVt istehsal gücü də daxil olmaqla) 1500 MVt istehsal gücünün yaradılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi ilə bağlı (yalnız istilik və  su elektrik stansiyalarının tikintisi nəzərə alınmaqla) 1 milyard 950 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır. Bu vəsait dövlət və özəl mənbələr hesabına maliyyələşən investisiyaları əhatə edir.

Gözlənilən risklər

●        istehlak həcmində hər hansı əsaslı dəyişikliyin baş verməsi;

●        dünya iqtisadiyyatında baş verən böhran nəticəsində tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyə çatışmazlığı.

7.2.2.  Prioritet 2.2. Milli istehsal portfelinin şaxələndirilməsi

Əsaslandırma

Bərpa olunan enerji mənbələrindən istifadə elektrik enerjisi təchizatının təhlükəsizliyinə, ümumi istehsal xərclərinin azaldılmasına, təbii resurslara qənaət edilməsinə, əlavə iş yerlərinin yaradılmasına və ətraf mühitin qorunmasına müsbət təsir edir. Hazırda bərpa olunan enerji növləri arasında daha çox su, külək və günəş enerjisi texnologiyalarından istifadə edilir (diaqram 8). Bərpa olunan enerjidən istifadə səviyyəsi ölkədə mövcud potensialla müqayisədə aşağı səviyyədədir (iri SES-lər nəzərə alınmazsa). Bu səbəbdən istehsalı şaxələndirmək üçün Azərbaycan Respublikasında yüksək potensiala malik bərpa olunan enerji mənbələrindən, xüsusən də külək və günəş enerjisi imkanlarından geniş istifadə olunmalıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16 Mənbə: “Azərenerji” ASC

 

Diaqram 8. Bərpa olunan enerji mənbələri hesabına yaradılmış generasiya güclərinin resurslar üzrə bölgüsü (2014-cü il üzrə)

Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının elektrik enerjisi istehsalı portfelində iki növ mənbə üstünlük təşkil edir. Hazırda ümumi elektrik enerjisi istehsalının 94 faizi təbii qazdan istifadə hesabına təmin edilir (enerji istehsalının qalan 6 faizi isə su və digər elektrik stansiyaları hesabına təmin edilir).17 Eyni zamanda, ölkə üzrə elektrik enerjisi təchizatının 55 faizini təbii qazla işləyən üç ən böyük elektrik stansiyası təmin edir.18 Bu vacib stansiyalardan biri təmir işlərinə görə istismardan çıxarılarsa, istehsalın bu səviyyədə mərkəzləşdirilməsi səbəbindən elektrik enerjisi təchizatında risk yarana bilər. Bu baxımdan, portfelin daha çox şaxələndirilməsi təchizat təhlükəsizliyi riskini minimuma endirəcəkdir.

Bundan əlavə, aşağı xərclə başa gələn mənbələrdən, o cümlədən bərpa olunan enerji növlərindən istifadə etməklə, elektrik enerjisinin istehsalına çəkilən orta xərc məbləği azaldıla bilər. Təbii qaz yanacağının qiymətinin hər MVt-saat üzrə 30- 40 ABŞ dolları arasında dəyişməsi onu ən ucuz istehsal variantlarından biri etsə də, bu, külək və günəş enerjisinin qiymətləri ilə müqayisə ediləcək səviyyədədir. Mütəmadi texnoloji tərəqqi külək və günəş enerjisinin istehsal xərclərini daim azaldır. Məsələn, 2016-cı ilin aprel ayında günəşdən alınan elektrik enerjisinin hərrac qiyməti dünyanın müxtəlif yerlərində hər MVt-saat üçün 29,9 ABŞ dolları  olmuşdur.19 Hazırda ölkədə elektrik enerjisi istehsalının iki əsas mənbə vasitəsilə həyata keçirildiyini nəzərə aldıqda, külək və günəş enerjisi hesabına şaxələndirmənin genişləndirilməsi orta xərc səviyyəsini aşağı sala bilər.

Bərpa olunan enerji növlərindən istifadə imkanlarının genişləndirilməsi həmçinin ekosistemə öz müsbət təsirini göstərir. Təbii qaz və su mənbələri ilə müqayisədə külək və günəş enerjisi hesabına elektrik enerjisinin istehsalı zamanı

17 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

18 Mənbə: “Azərenerji” ASC

19 Mənbə: Beynəlxalq Enerji Agentliyi (IEA)

 

ətraf mühitə atılan tullantı (CO2 – karbon-dioksid) səviyyəsinin aşağı olması ölkənin enerji portfelinin ekoloji baxımdan üstünlüyünü artırır (diaqram 9).

Diaqram 9. Bərpa olunan enerji mənbələrinin enerji portfelinin dayanıqlılığına təsiri

Mənbə: Beynəlxalq Enerji Agentliyi

Azərbaycan Respublikasının bərpa olunan enerji növləri üzrə potensialı çox böyükdür. Hazırda külək enerjisi ölkənin ümumi qoyuluş gücündə 66 MVt-lıq paya malikdir ki, bu da 15000 MVt potensial həcmin cəmi 0,4 faizi deməkdir.20 Abşeron yarımadası, Xəzər sahili boyu quru ərazilər, həmçinin Xəzər akvatoriyası, Naxçıvan Muxtar Respublikası və bir sıra digər ərazilər külək enerjisinə investisiya qoymaq üçün cəlbedici sahələr hesab olunur. Mühüm tələbat mərkəzinə çox yaxın yerləşdiyinə görə Bakı şəhəri quruda külək enerjisi istehsalına investisiya qoyuluşları baxımından əlverişli coğrafi mövqeyə malikdir.

Günəş enerjisi sahəsində qoyuluş gücü təqribən 30 MVt təşkil edir ki, bu da 8000 MVt potensial həcmin 0,4 faizi deməkdir.21 Hazırda Bakı və onun ətraf qəsəbələrində, habelə ölkənin bir sıra rayonlarında günəş elektrik stansiyalarının inşası davam etdirilir. Bakıda il ərzində günəşli saatların sayı 2000-2800 arasında dəyişir ki, bu da günəş enerjisi istehsalı üçün qənaətbəxş səviyyə hesab edilir. Hər kvadrat kilometrinə, orta hesabla, 1400-1800 kVts günəş enerjisi düşən Kür-Araz

20 Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

21 Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan

 

ovalığı, Abşeron yarımadası, eləcə də Naxçıvan Muxtar Respublikası günəş enerjisi istehsalına əlavə investisiya qoyuluşları üçün əlverişli məkanlardır22 (şəkil 3).

Bundan başqa, Azərbaycanda bioenerji sahəsində qoyuluş gücü 46 MVt təşkil edir ki, bu da 900 MVt iqtisadi səmərəli potensial həcmin 5,1 faizi deməkdir.

Ölkə ərazisində kənd təsərrüfatı sahəsinin, xüsusən pambıqçılıq və taxılçılıq təsərrüfatlarının inkişafı biokütlədən istifadə etməklə enerji istehsalına investisiya qoyuluşu üçün əlverişli şərait yaradır. Belə ki, respublikamızda cari il ərzində 52 min hektar ərazidən tədarük ediləcək 100 min ton pambığın gələn il 250-300 min tona çatdırılması, yeni taxıl əkin sahələrinin dövriyyəyə buraxılması bioenerji istehsalı üçün xammalın həcminin dəfələrlə artmasına səbəb olacaqdır.

2017-ci ildə pambıq istehsalının 300 min tona çatdırılması üçün hazırlıq işləri artıq başlamışdır ki, bu da təkcə pambıqçılıq sahəsində 700 min tona yaxın enerji istehsalına yararlı xammalın əmələ gələcəyini göstərir. Hazırda 24 rayonda pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün görülən işlər Samux, Ağcabədi, Oğuz və s. kimi bir çox rayonlarımızda bioenerji potensialının və ondan istifadə imkanlarının geniş olduğunu deməyə imkan verir.

Araşdırmalar göstərir ki, bütün sənaye sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsi biokütlədən ibarətdir. Bu, elektrik enerjisi istehsalında istifadə oluna bilən bioqaz, həmçinin maye və bərk biokütlə istehsal etmək üçün səmərəlidir.


Şəkil 3. Azərbaycan Respublikasında günəş və külək enerjisinə investisiya qoyuluşları üzrə perspektiv ərazilər

Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Bu məkanların əksəriyyətində təbii qazla işləyən elektrik stansiyalarının mövcudluğu fasiləsiz külək və günəş enerjisi istehsalına imkan verir ki, bu da həmin mənbələr hesabına davamlı elektrik enerjisi təchizatına təminat yaratmaqla, bir və ya bir neçə mənbədən tam asılı olmaq ehtimalını aradan qaldırır.

22 Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan

 

Görüləcək tədbirlər

Tədbir 2.2.1. Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi

Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi indiyədək aparılmış mövcud araşdırmalar əsasında və ya zərurət yaranarsa, ekspertlər dəvət etməklə aparılacaq yeni araşdırmalar əsasında ölkənin alternativ və bərpa olunan enerji potensialını qiymətləndirərək investisiya potensialının ən böyük olduğu regionları müəyyən edəcəkdir. Daha sonra bərpa olunan enerji qurğularının ən uyğun formalarının və yerlərinin seçilməsinə dair qərar vermək məqsədilə maliyyə və mənfəət-zərər təhlilləri apararaq, şəbəkəyə birləşməsi üçün ilkin şərtlərin siyahısını tərtib edəcəkdir (məsələn, elektrik enerjisinin keyfiyyəti, transformator məntəqəsi və yarımstansiyasında yol verilən maksimum bərpa olunan enerji payı). Nəhayət, ən böyük istehsal gücünə və ən böyük tələbata malik olan ərazilərin yaxınlığında investisiya qoyuluşlarını prioritetləşdirməklə, bu işlərin görülməsi üçün vaxt qrafikini və planı müəyyən edəcəkdir. Bundan əlavə, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin müvafiq göstəricilərini nəzərə alaraq, vaxt qrafikinə daxil edilməsini təmin edəcəkdir.

Tədbir 2.2.2. İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi

Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə investisiya qoyuluşu tələb edəcək stansiyaların istismar və maliyyələşmə formasına dair qərar verəcəkdir. Buraya, xüsusən də, stansiyaların dövlət təşkilatları və ya özəl investorlar tərəfindən tikilməsinin və istismar edilməsinin məqsədəuyğunluğuna dair qərarın verilməsi daxildir.

Tədbir 2.2.3. Görülən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması

Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkənin alternativ enerji potensialından istifadə və karbonsuz elektrik enerjisi istehsalı ilə bağlı ictimaiyyətin məlumatlandırılması planını işləyib hazırlayacaqdır.

Gözlənilən nəticə və nəticə indikatorları

Milli istehsal portfelində bərpa olunan enerji istehsalı üzrə prioriteti həyata keçirməklə, 2020-ci ildə real ÜDM-in 50 milyon manat birbaşa və 20 milyon manat dolayı olmaqla, ümumilikdə 70 milyon manat məbləğində artması və 270 yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

●       enerji portfelinin şaxələndirilməsi məqsədilə 350 MVt külək, 50 MVt günəş enerjisinin və 20 MVt bioenerjinin əldə edilməsinə investisiya qoyuluşunun həyata keçirilməsi;

●       bu istiqamətdə görülmüş tədbirlər nəticəsində qənaət edilmiş təbii qazın (təbii qaz qurğularından) Trans-Adriatik qaz kəməri və Trans-Anadolu qaz kəməri (TAP/TANAP) vasitəsilə Avropaya ixrac olunması.

 

Tələb edilən investisiya

Bu prioritet üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 milyard 40 milyon manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Gözlənilən risklər

●        iqlim şəraitinin kəskin dəyişməsi;

●        tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyələşmə problemləri.

7.2.3.       Prioritet 2.3. İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi

Əsaslandırma

Hazırda Azərbaycan Respublikasında istehsal edilən elektrik enerjisi, əsasən, Gürcüstana və Türkiyəyə ixrac edilir. Yunanıstan və İraq kimi bir neçə ölkə xalis elektrik enerjisi idxalçılarıdır. Həmçinin, İran və Rusiyanın elektrik enerjisi üzrə faktiki ixracatçı ölkələr olmasına baxmayaraq, onların Azərbaycan Respublikasına coğrafi baxımdan yaxın regionlarında infrastrukturun məhdud olması səbəbindən həmin ölkələrə də elektrik enerjisinin ixracı üçün əlavə imkanlar vardır. Regiondakı digər ölkələrə elektrik enerjisi ixracı artırılmaqla, qısamüddətli perspektivdə istifadə edilməmiş potensial gəlir mənbəyindən yararlanmaq imkanı nəzərdən keçiriləcəkdir.

Bu məqsədlə, ilkin olaraq elektrik enerjisi ixracındakı artımı əhatə edə biləcək mövcud ötürücü xətlərin və infrastrukturun vəziyyəti yoxlanılmalıdır. Hazırda Azərbaycan Respublikasında qonşu ölkələrə elektrik enerjisini nəql edən beş yüksəkgərginlikli elektrik verilişi xətti mövcuddur (şəkil 4).

 

Şəkil 4. Elektrik enerjisi ixracı üçün elektrik qovşaqları

Qeyd: İran barədə təhlillər yalnız ictimaiyyətə açıq olan və Azərbaycan hökumətinin sahib olduğu məlumatlara əsaslanmışdır.

Mənbə: «Azərenerji» ASC, Teias

Elektrik enerjisi istehsalında təbii qazdan istifadənin xüsusi çəkisi digər enerji mənbələrinə nisbətdə çox olduğuna görə Azərbaycan Respublikası öz qonşuları ilə müqayisədə elektrik enerjisini nisbətən ucuz istehsal etmək imkanına malikdir (şəkil 5). Qiymətdəki bu üstünlük elektrik enerjisinin ixracında Gürcüstanı və Türkiyəni  əsas istehlakçılara çevirmişdir. Habelə, ölkədə elektrik enerjisi istehsalı istehlak həcmini üstələdiyinə görə topdansatış qiymətlərinin yüksək olduğu ölkələrə ixracın artırılması imkanları vardır. Bundan başqa, Azərbaycan Respublikası öz coğrafi mövqeyindən istifadə etməklə, qonşu ölkələr arasında elektrik enerjisi mübadiləsi üçün tranzit ölkə kimi də çıxış edə bilər.

 

Şəkil 5. Azərbaycan Respublikasının bir sıra digər ölkələrlə müqayisədə rəqabətli qiymət üstünlüyü

1. 2016-cı il 1 dekabr tarixinədək qüvvədə olan qiymətlərə əsasən

Mənbə: Erranet, Eurostat

Görüləcək tədbirlər

Tədbir 2.3.1. İxrac imkanlarının araşdırılması

Müvafiq dövlət qurumu elektrik enerjisi istehsalının maya dəyərini, yerli bazarda təbii qaza olan tələbi, ixrac bazarlarında elektrik enerjisinin, təbii qazın qiymətlərini və ixrac xərclərini nəzərə alaraq, elektrik enerjisi və təbii qazın ixracı arasında müqayisəli təhlil həyata keçirəcəkdir. Elektrik enerjisinin ixracı iqtisadi cəhətdən səmərəli olduğu halda, bu istiqamətdə digər işlərin görülməsinə başlanacaqdır.

“Azərenerji” ASC regionun elektrik enerjisinə olan ehtiyacları barədə qonşu ölkələrlə (İran, Rusiya, Türkiyə və Gürcüstan) ilkin müzakirələr aparacaq və təbii qazın birbaşa ixracının effektivliyini qiymətləndirməklə, elektrik enerjisi ixracının artırılması imkanlarını araşdıracaqdır. Eyni zamanda, “Azərenerji” ASC mövcud elektrik verilişi xətlərindən istifadə etməklə, Gürcüstan, Yunanıstan, İran, İraq, Rusiya və Türkiyə ilə elektrik enerjisi ticarəti imkanlarını qiymətləndirəcəkdir.

Tədbir 2.3.2. İxrac potensialının reallaşdırılması üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması

“Azərenerji” ASC Azərbaycan Respublikasının elektrik enerjisi ixracı potensialını reallaşdırmaq üçün müxtəlif layihələri texniki-iqtisadi əsaslandırmalar aparmaqla həyata keçirəcəkdir. Şirkət, ilk öncə, ixraca imkan verəcək mövcud istehsal gücünü öyrənmək məqsədilə elektrik enerjisinin istehsalına və istifadəsinə dair gələcək investisiya proqnozlarından istifadə edəcəkdir. İkincisi, elektrik enerjisinin istehsal xərclərini, nəqliyyat və gömrük rüsumlarını, istehsal həcmi üçün tələb olunan investisiya mənbəyini və region ölkələrinin elektrik enerjisinə olan

 

təlabatını nəzərə alaraq, müxtəlif ölkələrə (həm birbaşa qonşu ölkələr, həm də Yunanıstan və ya İraq kimi mövcud bazarlardan kənar ölkələr) elektrik enerjisi ixracı üzrə mənfəət-zərər təhlili aparacaqdır. Üçüncüsü, daha yüksək ixrac həcmini dəstəkləyən müxtəlif ölkələrdə olan şəbəkələrin qarşılıqlı uyğunluğuna və elektrik enerjisinin veriliş xətlərinin ötürmə gücünə xüsusi diqqət yetirməklə, infrastrukturun uyğunluğunu müəyyən etmək üçün araşdırmalar aparacaqdır. Nəhayət, ötürmə gücü üçün tələb olunan hər hansı əlavə investisiya qoyuluşunun da mənfəət-zərər təhlilinə daxil olunmasını təmin edəcəkdir.

Tədbir 2.3.3. İxracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupun yaradılması

“Azərenerji” ASC yeni potensial satış imkanlarının aşkarlanmasına, potensial sifarişçilərlə qiymətin razılaşdırılmasına, müəyyənləşdiriləcək stimulların elektrik enerjisinin ixrac hədəfləri ilə uzlaşdırılması üçün əsas icra göstəriciləri sisteminin yaradılmasına və bu göstəricilərin ixrac üzrə mənfəət-zərər təhlilində düzgün əks olunmasının təmin edilməsinə cavabdeh olan işçi qrup təşkil edəcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin həyata keçirilməsinin nəticəsi olaraq, istehsal gücünün  artırılması ilə 2020-ci ildə real ÜDM-in 70 milyon manat birbaşa və 45 milyon manat dolayı olmaqla, ümumilikdə 115 milyon manat məbləğində artması proqnozlaşdırılır. Məşğulluqda artım əvvəlki prioritetlərdə nəzərə alındığı üçün bu prioritet üzrə əlavə  iş yerlərinin açılmasına birbaşa təsir gözlənilmir.

Əsas icra göstəricisi:

●       Gürcüstanın elektrik enerjisi idxalının 50 faizinin, Türkiyənin isə 20 faizinin təmin edilməsi.

Tələb edilən investisiya

Bu prioritet üzrə investisiya tələbi əvvəlki prioritetlərdə nəzərə alındığına və əlavə həcmi nəql etmək üçün mövcud elektrik verilişi imkanı kifayət etdiyinə görə əlavə investisiya qoyuluşunun tələb olunmayacağı proqnozlaşdırılır.

Gözlənilən risklər

●       iqtisadiyyatın diversifikasiyası və inkişafı nəticəsində elektrik enerjisinə daxili tələbatın kəskin şəkildə artması;

●       elektrik enerjisi ixracı proqnozlaşdırılan ölkələrə daha aşağı qiymətə elektrik enerjisi idxalı üçün təkliflərin olması;

●       rəqabətqabiliyyətli elektrik enerjisi ixracı üçün istehsalda xammal çatışmazlığı.

 

7.3.   Strateji hədəf 3. Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması

Azərbaycan Respublikasında bütün istehlakçı qrupları (sənaye, kommersiya və əhali) üçün fasiləsiz və uyğun qiymətə elektrik enerjisi təchizatında istehsal həcminin nəzərə alınması məsələnin yalnız bir tərəfidir. Bu baxımdan, investisiya qoyuluşu imkanları, səmərəlilik və məsuliyyətli istifadə faktorları da nəzərə alınmalıdır. Elektrik enerjisi üzrə nəqletmə və paylama sistemində müəyyən səviyyədə qeyri-səmərəlilik mövcud olduğundan Azərbaycan Respublikasında bu sahədə baş verən enerji itkilərinin azaldılmasına yönəldilmiş tədbirlər görüləcək,

 

habelə mövcud elektrik stansiyaları modernləşdirilərək müasir tələblərə cavab verəcək səviyyəyə gətiriləcəkdir. Sahə üzrə səmərəliliyin təmin edilməsi, o cümlədən qiymətlərin xərcləri əks etdirməsi və təsərrüfat müəssisələrinin səmərəlilik göstəriciləri nəzərə alınmaqla, göstərilən xidmət üzrə tariflərə düzəlişlər nəzərdən keçiriləcəkdir.

7.3.1.     Prioritet   3.1.   Elektrik   stansiyalarının  səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə

Əsaslandırma

Azərbaycan Respublikasında elektrik stansiyalarının səmərəliliyinin artırılmasına zərurət vardır.

Elektrik enerjisi istehsalı obyektlərinin səmərəliliyini müəyyən etmək üçün üç əsas amildən – yanacağın səmərəlilik əmsalı (hər kVts elektrik enerjisini istehsal etmək üçün tələb olunan enerjinin miqdarı), aralıq istehlak, eləcə də istismar və texniki xidmət xərcləri göstəricilərindən istifadə ediləcəkdir.

Yanacağın səmərəlilik əmsalı ölkənin mövcud elektrik stansiyaları barədə, eləcə də onların sənaye üzrə müəyyən olunmuş standartlarla müqayisəsi baxımından ümumi təsəvvür yaradır və mövcud səmərəlilik göstəricisinin yaxşılaşdırılması imkanlarını müəyyənləşdirməyə kömək edir. Eyni zamanda, yanacağın səmərəlilik əmsalı elektrik stansiyasının istehsal proqramlarını qiymətləndirməyə imkan verməklə yanaşı, ölkənin elektrik enerjisi istehsalı portfeli üzrə orta yanacaq xərclərinin azaldılması üçün prioritetləri müəyyən edir. Məsələn, 2015-ci ildə “Şirvan” elektrik stansiyasında istehsal edilən elektrik enerjisinin hər MVt-saatının qiyməti 29,5 manat olduğu halda, bu göstərici “Şimal” elektrik stansiyasında 13,8 manat təşkil etmişdir (diaqram 10). Digər yanacaq mənbələrinin göstəricilərində təkmilləşdirmə potensialının olub-olmadığını araşdırmaq üçün bu əmsaldan istifadə edilə bilər.

 

Diaqram 10. Elektrik stansiyalarının xalis yanacaq səmərəliliyi

1.     Mövcud potensial səciyyəvi yük amilləri əsasında əmələ gələn istehsal gücünü müəyyən edir.

Mənbə: “Azərenerji” ASC

Daxili istehlak (elektrik stansiyalarında elektrik enerjisi istehsalı zamanı istifadə edilən enerjinin miqdarı) elektrik enerjisi istehsalı zamanı yaranan itkinin başlıca səbəblərindən biri hesab olunur. Təhlillər göstərir ki, Azərbaycan Respublikasının elektrik stansiyalarında istehlak edilən enerjinin miqdarı cəmi enerji istehsalının artım tempi ilə müqayisədə daha yüksək sürətlə artmaqda davam edir. 2009-cu ildən 2014-cü ilədək olan dövr ərzində ümumi enerji istehsalı 31 faiz artdığı halda, stansiyalarda daxili istehlak 90,4 faiz artmışdır (diaqram 11). Bunun nəticəsi olaraq, daxili istehlak 2014-cü ildə istehsal edilmiş ümumi elektrik enerjisi miqdarının 16,2 faizini təşkil etmişdir ki, bu da 2009-cu illə müqayisədə 4,9 faiz artım deməkdir.

 

Diaqram 11. Elektrik stansiyalarında elektrik enerjisindən daxili istifadə

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikasında təbii qazla işləyən elektrik stansiyalarında daxili istehlak normaları standart göstəricilərlə müqayisədə yüksəkdir (cədvəl 3). Ölkədə daxili istehlak göstəricisinin səviyyəsi bütün elektrik stansiyaları üzrə orta hesabla 3,6 faiz23 təşkil edir ki, bu da ümumi qəbul edilmiş 2 faizlik hədəf göstəricidən yüksəkdir. Hətta “Şirvan” İES və “Bakı” İEM-də həmin göstərici nəzərəçarpacaq dərəcədə yüksəkdir. Müqayisə üçün qeyd etmək olar ki, su elektrik stansiyalarında istehlak səviyyəsi istehsal gücünün 1 faizindən azdır.24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

23 Mənbə: “Azərenerji” ASC

24 Mənbə: “Azərenerji” ASC

 

Cədvəl 3. İstilik və su elektrik stansiyalarında daxili sərfiyyat səviyyəsi

Mənbə: “Azərenerji” ASC

Bundan əlavə, hər MVt-saata düşən istismar, texniki xidmət və əməkhaqqı xərcləri hər bir elektrik stansiyası üzrə əsaslı şəkildə fərqlənir (diaqram 12). Elektrik stansiyalarının növü, ölçüsü və istismar müddəti həmin stansiyaların saxlanılması üçün tələb olunan bütün xərclərə, eləcə də istismar və texniki xidmət xərclərinə təsir edən amillər sırasındadır. Bu xərclərin məcmusu elektrik stansiyalarının ümumi məhsuldarlığına və investisiya qoyuluşlarına təsir edir. Azərbaycan Respublikasında elektrik stansiyaları arasında bu xərclər üzrə müşahidə edilən fərq bu sahədə əhəmiyyətli dərəcədə inkişaf potensialının olduğunu göstərir.

 

Diaqram 12. Hər meqavat-saat elektrik enerjisinin istehsalına çəkilən xərclərin müxtəlif stansiyalar üzrə müqayisəsi

Mənbə: “Azərenerji” ASC

Görüləcək tədbirlər

Tədbir 3.1.1. Elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi

“Azərenerji” ASC ekspertlər cəlb etməklə və standart göstəricilərin müqayisəsini aparmaqla, texniki-iqtisadi əsaslandırmalara və təhlillərə əsasən, səmərəliliyinin artırılması zəruri olan elektrik stansiyalarını, habelə bu stansiyalarda səmərəliliyin yaxşılaşdırılması üzrə münasib mexanizmləri müəyyənləşdirəcəkdir. Eyni zamanda, Cəmiyyət səmərəliliyi yüksək olan yeni stansiyalarla təchizatın təhlükəsizliyini təmin etməklə yanaşı, ən səmərəsiz işləyən stansiyaların istismarının dayandırılmasını nəzərdən keçirəcəkdir. Səmərəliliyin artırılması ilə bağlı yerinə yetiriləcək işlərin ölkənin elektrik enerjisi istehsalına göstərə biləcəyi mənfi təsirləri minimuma endirmək məqsədilə elektrik stansiyalarının istismara başlanma vaxtının mərhələli qrafikinə uyğun olaraq, təkmilləşdirmə işləri üçün ən münasib vaxt müddətləri təyin ediləcəkdir.

Tədbir 3.1.2. Elektrik stansiyalarının özəlləşdirilmə imkanlarının nəzərdən keçirilməsi

“Azərenerji” ASC, Azərbaycan Respublikasının Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Özəlləşdirməyə üstünlük verildiyi təqdirdə, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılaraq, strateji baxımdan özəlləşdirmə predmeti olmayan mühüm aktivlər müəyyən ediləcəkdir.

 

Tədbir 3.1.3. İnvestor seçmək üçün tenderlərin elan edilməsi

“Azərenerji” ASC və Azərbaycan Respublikasının Energetika Nazirliyi təchizatçı və ya investor seçmək üçün şəffaf meyarlar əsasında modernləşdirməyə dair tender elan edəcəklər. Onlar, həmçinin, müvafiq əsas icra göstəricilərini müəyyən edib idarəetmənin monitorinqini aparacaqlar (özəl sektor iştirakçıları üçün icraəsaslı tənzimləmənin həyata keçirilməsi). Daha sonra tender əsasında seçilmiş təchizatçı və ya özəl tərəfdaşla birgə modernləşdirmə işlərinə başlayacaq və işlərin gedişinə nəzarət etmək üçün işin icrasının idarə edilməsi mexanizmlərindən istifadə edəcəklər.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin həyata keçirilməsi nəticəsində mövcud portfeldəki təbii qazla işləyən elektrik stansiyalarının səmərəliliyinin artması ilə, 2020-ci ildə real ÜDM-in 70 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 75 milyon manat artacağı proqnozlaşdırılır. Bu prioritetin məşğulluğa birbaşa təsiri gözlənilmir.

Əsas icra göstəriciləri:

●        kombinə edilmiş dövrəyə malik, seçilmiş qaz turbin stansiyaları üçün xalis yanacaq səmərəliliyinin (istehsal edilmiş elektrik enerjisinin sərf edilən yanacağın miqdarına nisbəti) 50 faizədək artırılması (hazırda seçilmiş tipik qaz turbin stansiyaları üçün bu göstərici 47 faizdir);

●        1 MVt-lıq təbii qaz stansiyasının modernləşdirilməsinə maksimum 300 min ABŞ dolları məbləğində investisiya qoyuluşu;

●        səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

Tələb edilən investisiya

Hazırda mövcud olan stansiyaların modernləşdirilməsi üçün bu prioritet üzrə bilavasitə təqribən 1 milyard 75 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. 3.2-ci prioritetin 3.2.9-cu tədbirində göstərilmiş təhlilin nəticələrinə əsasən, bu prioritetə ayrılmış investisiyaların bir hissəsi 3.2-ci prioritetə yönəldilə bilər.

Gözlənilən risklər

Tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyə çatışmazlığı əsas risk yaradan amildir.

7.3.2.     Prioritet 3.2. Elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi

Əsaslandırma

2014-cü ildə istehsal edilmiş elektrik enerjisi üzrə cəmi 13,6 faiz itki olmuşdur ki, bunun da 80 faizə yaxını paylanma, digər qismi isə nəqletmə prosesində baş vermişdir.25 Elektrik enerjisi verilişinin keyfiyyət və səmərəliliyini yaxşılaşdırmaq məqsədilə ən səmərəsiz xətlərdən başlayaraq bu xətləri yenidən çəkməyi nəzərdə tutan baş planın hazırlanması zəruridir.

 

25 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Azərbaycan Respublikasında mövcud olan elektrik verilişi xətlərinin yarıdan çoxu 45 il bundan əvvəl quraşdırılmışdır (diaqram 13). Elektrik verilişi və paylama infrastrukturunun köhnə olması elektrik enerjisinin istehsal stansiyasından son istehlakçılara çatdırılması zamanı səmərəliliyin azalmasına səbəb olur.

Diaqram 13. Elektrik enerjisi üzrə mövcud paylama xətlərinin istismar

dövrü

Mənbə: “Azərişıq” ASC

Ümumi infrastruktur şəbəkəsinin köhnəlməsinə baxmayaraq, elektrik enerjisinin ötürülməsi və paylanması zamanı itkilərin azaldılmasında müəyyən nailiyyətlər əldə edilmişdir. Belə ki, 2010–2014-cü illərdə bu itkilərin istehsal edilmiş cəmi elektrik enerjisi miqdarında payı 20,4 faizdən 13,6 faizədək azalmışdır  (diaqram 14).

 

Diaqram 14. Elektrik enerjisinin ötürülməsi və paylanması üzrə itkilər

(faizlə)

Qeyd: Kommersiya və texniki itkilər daxil olmaqla

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Dünya Bankı

“Azərişıq” ASC tərəfindən həyata keçirilən proqramların ilk mərhələsinə aid işlərin icrası nəticəsində paylayıcı elektrik şəbəkələrdə texniki itkilərin səviyyəsi 2016-cı ilin yanvar-sentyabr aylarının nəticəsinə əsasən 9,9 faizə qədər azaldılmışdır.26

Bununla belə, respublika üzrə istismar müddətini başa vurmuş 110 kV-luq və 35 kV-luq yarımstansiyaların, elektrik verilişi xətlərinin, o cümlədən 110 kV-luq və 35- 20 kV-luq hava və kabel xətlərinin, ən səmərəsiz olanlarından başlamaqla, yenidən tikilməsinə və qurulmasına ehtiyac vardır.27 Buna görə də, istehsal olunan elektrik enerjisinin müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, istehlakçılara itkisiz çatdırılması və səmərəli şəkildə paylanması məqsədilə “Ağıllı şəbəkə”lərin (Smart Grid) yaradılması nəzərdə tutulur.

Kənd təsərrüfatı sahəsində, habelə Bakı Metropoliteninin yeni stansiyalarının, Bakı şəhərinin Füzuli meydanı ətrafındakı ərazinin və yeni yaşayış komplekslərinin, “Ağ Şəhər” layihəsinin və respublika üzrə sosial təyinatlı binaların tikintisi nəticəsində elektrik enerjisinə yaranacaq tələbatın (ümumi gücü təxminən 3590 MVt) qarşılanması məqsədilə elektrik şəbəkələrində işlərin aparılması da zəruri hesab olunur.28

26 Mənbə: “Azərişıq” ASC 27 Mənbə: “Azərişıq” ASC 28 Mənbə: “Azərişıq” ASC

 

Ötürücü və paylayıcı şəbəkələr üzrə vahid məlumat bankının yaradılması, bu məlumat bankı əsasında təsərrüfat üzrə maddi-texniki balansın təhlil olunması, müxtəlif növ sorğuların aparılması, perspektiv planın tərtib olunması, illik plan- qrafiklərin tutulması, yeni çəkilən və ya yenidən qurulacaq xətlərdə iqlim xəritəsinə uyğun avadanlıqların seçilməsi məqsədilə “Azərişıq” ASC elektron xəritə üzərində Şəbəkənin Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (ŞAİS) yaradılmasını nəzərdən keçirəcəkdir.

Qeyd olunan tədbirlərin icrası istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatına, şəbəkədəki elektrik enerjisi itkilərinin azaldılmasına, şəbəkələrin effektiv istismarına və idarə olunmasına gətirib çıxaracaqdır. Bu məqsədlə, “Azərişıq” ASC ortamüddətli dövrdə paylayıcı elektrik şəbəkələrin mərhələli şəkildə reabilitasiya və yenidənqurulma işlərinin davam etdirilməsi üçün maliyyələşdirmə mənbələrini müəyyənləşdirməklə, tədbirlərin icrasını başa çatdıracaqdır.

Görüləcək tədbirlər

Tədbir 3.2.1. Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi

“Azərenerji” ASC və “Azərişıq” ASC regionlar üzrə səmərəlilik və keyfiyyət səviyyələrinin müqayisəli təhlili, itkilərə ən çox səbəb olan hissələrin aşkarlanması, elektrik verilişi və paylama şəbəkələri üzrə araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi, habelə bu istiqamətlərdə icra mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə ilkin mərhələdə ekspertlərdən və aidiyyəti tənzimləyici orqanların nümayəndələrindən ibarət işçi qrup yaradaraq, səmərəliliyin artırılması imkanlarını müəyyən etmək üçün müvafiq addımlar atacaqlar.

Tədbir 3.2.2. Modernləşdirmə işləri üçün baş planın hazırlanması

“Azərenerji” ASC və “Azərişıq” ASC özlərinin mövcud yenidənqurma və genişləndirmə planlarından istifadə edərək (məsələn, Yaşma-Dərbənd 330 kV, Şimal-Zabrat 220 kV, müxtəlif 110 kV istehsal gücünə malik stansiyaların və yarımstansiyaların yenidən qurulması və ya inşa edilməsi), eləcə də yenidən qurulmasına zərurət olan sahələr üzrə işlərin hansı dövrdə icra olunmasına dair dəqiq müəyyən edilmiş intervalları nəzərə alaraq, modernləşdirmə işləri üçün baş plan hazırlayacaqlar. Daha sonra dövlət-özəl tərəfdaşlığı modelinə əsaslanmaqla, ən çox itkilərin baş verdiyi sahələri prioritetləşdirməklə, aydın icra göstəricilərini və hədəfləri müəyyən etməklə, bu modernləşdirmə işləri üzrə məsul tərəfləri təyin edəcəklər. Sonda tender elan edərək modernləşdirmə işlərinə başlayacaq və bu işlərin baş plana uyğun getməsinə davamlı şəkildə nəzarət edəcəklər.

Tədbir 3.2.3. Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi

“Azərenerji” ASC və “Azərişıq” ASC istehlakçılar, xüsusən də yük dəyişkənliklərinin baş verdiyi sənaye qurğularına malik polad və alüminium istehsalçıları üçün elektrik enerjisi verilişinin keyfiyyətini izləyən ƏİG-lər tətbiq edəcəklər (zəruri hallarda həm elektrik verilişi, həm də paylama xətləri üçün). Həmçinin bu ƏİG-lər vasitəsilə itkinin idarə edilməsini izləyəcək və izləmə sistemini tətbiq edəcəklər.

Tədbir 3.2.4. İtkilərin azaldılması üçün sayğacların quraşdırılması

“Azərişıq” ASC kommersiya itkilərini minimuma endirmək üçün sayğacların quraşdırılması işlərini genişləndirəcəkdir. Zərurət yaranarsa, şirkət daha çox itkinin

 

baş verdiyi sahələrin müəyyənləşdirilməsi, sayğaclardan əldə edilən məlumatların dəqiqləşdirilməsi üçün monitorinqlər təşkil edəcəkdir.

Tədbir 3.2.5. Elektrik enerjisinə yaranacaq tələbatın qarşılanması məqsədilə elektrik şəbəkələrində işlərin aparılması

Respublika ərazisində aparılan tikinti-quraşdırma işləri və kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində elektrik enerjisinə yaranacaq tələbatın (ümumi gücü təxminən 3590 MVt) qarşılanması məqsədilə “Azərişıq” ASC tərəfindən elektrik şəbəkələrində zəruri genişləndirmə və bərpa tədbirləri davam etdiriləcəkdir.

Tədbir 3.2.6. Elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi

Mövcud olan elektrik enerjisi yüklərinin bir mənbədən digər mənbəyə ötürülməsində            gərginlik  səviyyəsi  minimum   220    kV     olan  dairəvi sxemlərin, paylanmada isə 110 kV-luq şəbəkənin Bakı şəhərində tətbiqi nəzərdən keçiriləcəkdir. Elektrik enerjisinin veriliş xətlərinə əlavə investisiya qoyuluşları tələb olunduğu təqdirdə, çatışmazlığın ən çox müşahidə edildiyi sahələrin müəyyən edilməsi, çatışmazlıqlar olan sahələri prioritetləşdirməklə modernləşdirmə işlərinin aparılması və əhatəli baş planın işlənib hazırlanması məqsədilə “Azərenerji” ASC və “Azərişıq” ASC  tərəfindən   təhlillər               aparılacaqdır.    Çatışmazlıqların         olduğu   sahələr            ölkə sərhədindən kənarda (məsələn, Gürcüstanda) yerləşərsə, həmin sahələrdə yerinə yetiriləcək işlərə və bu sahənin maliyyələşdirilməsi mənbələrinə dair, aidiyyəti qurumlarla razılaşdırılmaqla, qərar qəbul olunacaqdır. “Azərenerji” ASC və “Azərişıq”

ASC şəffaf meyarlar əsasında tender elan etməklə, podratçını seçib modernləşdirmə işlərinə başlayacaqlar.

“Azərişıq” ASC respublika üzrə istismar müddətini başa vurmuş yarımstansiyaların və elektrik verilişi xətlərinin ən səmərəsiz olanlarından başlamaqla, yenidən tikilməsi və qurulması istiqamətində işləri davam etdirəcəkdir.

Tədbir 3.2.7. Ötürücü və paylayıcı şəbəkə üzrə məlumat bankının yaradılması

Şəbəkələr üzrə fəaliyyət səmərəliliyinin yüksəldilməsi istiqamətində “Azərişıq” ASC elektron xəritə üzərində Şəbəkənin Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılmasını nəzərdən keçirəcəkdir.

Tədbir 3.2.8. İtkilər barədə ictimaiyyətin məlumatlandırılması

“Azərenerji” ASC və “Azərişıq” ASC itkilərin minimuma endirilməsi işlərinin hədəf və nəticələrini ictimaiyyətə açıqlayacaqlar. Onlar həmçinin ictimai açıqlamaların forma və məzmununa dair qərar verəcəklər.

Tədbir 3.2.9. İtkilərin azaldılması layihələrinin prioritetləşdirilməsi

Müvafiq qurumların büdcə imkanlarının məhdud olması elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üzrə layihələrin həyata keçirilməsində seçim məhdudiyyətləri yarada bilər. Bu halda elektrik enerjisi itkilərinin azaldılması üzrə işlərin (3.1-ci və 3.2-ci prioritetlər daxil olmaqla) bir-birindən ayrı müxtəlif layihələrə bölünməsi, habelə hər bir elementin ayrıca təhlili və iqtisadi əsaslandırılması nəzərdən keçiriləcəkdir. Eyni zamanda, bu layihələrin hər biri üzrə investisiya tələbi araşdırılacaq və mənfəət-zərər təhlili aparılacaqdır. Müvafiq göstəriciləri daha yüksək olan layihələr prioritetləşdiriləcəkdir.

 

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin nəticəsi olaraq, Azərbaycan Respublikasında elektrik verilişi xətlərindəki texniki və kommersiya itkiləri azaldılmaqla, 2020-ci ildə real ÜDM-in 24 milyon manat birbaşa və 1 milyon manat dolayı olmaqla, cəmi 25 milyon manat artımı proqnozlaşdırılır. Bu priorietin yeni iş yerlərinin yaradılmasına birbaşa təsiri yoxdur.

Əsas icra göstəriciləri:

●        Bakıda    texniki   itki   səviyyəsinin   8,5    faizdən29    7    faizədək   azaldılması (Avropanın müqayisəli göstəricilərinə yaxınlaşmaq);

●        regionlarda texniki itki səviyyəsinin 8 faizədək azaldılması.

Tələb edilən investisiya

Yuxarıda göstərilmiş gözlənilən nəticələrin əldə edilməsi məqsədilə bilavasitə elektrik verilişi və paylama xətlərinin çəkilməsi və ya modernləşdirilməsi üçün təqribən 400 milyon manat investisiya tələb olunacağı gözlənilir. Bu prioritetin 3.2.9- cu tədbirində göstərilmiş təhlilin nəticələrinə əsasən, bu prioritet çərçivəsində ayrılmış investisiyaların bir hissəsi 3.1-ci prioritetə yönəldilə bilər.

“Azərişıq” ASC və “Azərenerji” ASC tərəfindən elektrik enerjisi itkilərinin azalmasında əlavə nəticələrin əldə edilməsinə kömək edəcək digər müstəqil investisiya proqramı da hazırlanmışdır. Bu proqramın texniki və iqtisadi qiymətləndirilməsi ayrıca aparılacaqdır.

Gözlənilən risklər

Tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyələşmə problemləri əsas risk yaradan amildir.

7.3.3.  Prioritet 3.3. İstehlakda səmərəliliyin yüksəldilməsi üçün optimal mexanizmlərdən istifadə

Əsaslandırma

Elektrik enerjisi qiymətlərinin aşağı olması məsuliyyətli istehlakın və səmərəliliyin stimullaşdırılmasını ləngidən amillərdən biri kimi çıxış edir. Elektrik enerjisi istehlakında səmərəliliyin yüksəldilməsi məqsədilə tariflərin tənzimlənməsi məsələləri nəzərdən keçirilə bilər. Ümumiyyətlə, tarif tənzimlənməsi həyata keçirilərkən yalnız gəlirin əldə edilməsi ilə bağlı xərclər deyil, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, dövlət büdcəsinə daxilolmaların səviyyəsinin artırılması, subsidiya və dotasiyaların mərhələlərlə aradan qaldırılması, əhalinin alıcılıq qabiliyyəti, tələb- təklif səviyyəsi, malın (işin, xidmətin) ölkədaxili istehsal şərtləri, dünya bazar qiymətləri və s. bu kimi amillər nəzərə alınmaqla, optimal qiymətlərin tətbiqi zəruridir.

Azərbaycan Respublikasında elektrik enerjisi istehlakına təsir edən son istehlakçı qiymətlərinin aşağı olması, bəzi sənaye sahələri üçün güzəştlərin tətbiq edilməsi, günün vaxtına əsasən tarif diferensiasiyasının və həcmə əsaslanan tariflərin olmaması, o cümlədən binalarda, nəqliyyatda və məişət avadanlıqlarında enerji səmərəliliyi sertifikatlarının tətbiq edilməməsi kimi çatışmazlıqların aradan

 

29 Mənbə: “Azərenerji” ASC

 

qaldırılması ilə bağlı aşağıda qeyd olunanların nəzərə alınması elektrik enerjisindən daha səmərəli istifadəyə şərait yarada bilər:

  1. 1. Son istehlakçı qiymətləri. Azərbaycan Respublikasında ev təsərrüfatlarının elektrik enerjisi istehlakı 2010-cu ildə 5755 milyon kVt-saat olduğu halda, 2014-cü ildə 7292 milyon kVt-saatadək (2015-ci ildə 7938 milyon kVt-saatadək) artmışdır ki, bu da həmin dövr ərzində illik 6 faiz artım deməkdir. Halbuki, ev təsərrüfatlarının ümumi sayı cüzi artmışdır (diaqram 15). Azərbaycan Respublikasında əhalinin elektrik enerjisi istehlakı həcmi həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir.

Diaqram 15. Əhalinin elektrik enerjisi istehlakı səviyyəsi

 

Şurası

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Dünya Bankı, Dünya Enerji

 

Azərbaycan Respublikası ilə müqayisə oluna bilən ölkələrə nisbətdə son

 

istehlakçı qiymətlərinin aşağı olması istehlakın artım səbəblərindən biridir. Xüsusən də, manatın məzənnəsinin devalvasiyasından sonra bu qiymət kəskin surətdə aşağı düşmüşdür.

  1. 2. Xərcləri əks etdirməyən qiymətqoyma mexanizmləri. Azərbaycan Respublikasında elektrik enerjisinin qiymətlərinin istehsal, nəqletmə və paylanma xərclərini əks etdirməməsi dövlət tərəfindən subsidiyalaşdırmaya ehtiyac yaradır (Qrafik 2).

 

Qrafik 2. Dünya bazarında təbii qazın qiymətində baş verən dəyişikliyin Azərbaycanda topdansatış qiymətlərinə təsiri

Mənbə: “Azərenerji” ASC

Azərbaycan Respublikasında elektrik enerjisinin verilişindən və paylanmasından əldə edilən gəlir faktiki istehsal xərclərini əks etdirmir. Rusiya və Türkiyə ilə müqayisədə, elektrik enerjisinin satışını həyata keçirən şirkətlərdə enerji satışı üzrə yığım istehsal xərclərinə nisbətən çox aşağıdır. Yığılan vəsaitin həcmi elektrik enerjisi infrastrukturunun modernləşdirilməsinə kifayət etmədiyi üçün maliyyələşmə uzunmüddətli perspektivdə davamlı olmaya bilər.

  1. 3. Bəzi sənaye sahələri üçün güzəştlərin tətbiq edilməsi. Azərbaycan Respublikasında onunla müqayisə edilə bilən ölkələrə nisbətdə elektrik enerjisinin qiymətləri ev təsərrüfatlarında (əhali qrupu) olduğu kimi bir sıra sənaye müəssisələrində (polad və alüminium istehsalı) də aşağıdır. Belə ki, Azərbaycan Respublikasında sənaye müəssisələrinin elektrik enerjisinə görə ödədiyi qiymət Türkiyədəki qiymətdən 73 faiz, Rusiyadakı qiymətdən isə təqribən 50 faiz aşağıdır (Azərbaycan Respublikası üçün elektrik enerjisi üzrə 2016-cı il 1 dekabr tarixinədək qüvvədə olan qiymətlər əsas götürülmüşdür).30 Digər tərəfdən, bir sıra strateji əhəmiyyətli sənaye sahələri üçün güzəştlərin tətbiq edilməsi yolu ilə (məsələn, təchizat-təhlükəsizlik riski olan, xüsusilə iri işəgötürən müəssisələrin olduğu sənaye sahələri) enerjinin aşağı qiymətləri hesabına Azərbaycan Respublikasının rəqabətqabiliyyətliliyini təmin etmək böyük əhəmiyyətə malikdir.
  2. 4. Tarifin günün vaxtına görə diferensiasiya edilməməsi. Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. Azərbaycan Respublikasında qiymətlərin gün ərzində diferensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir (Qrafik 3). Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də

 

30 Mənbə: Enerdata və “Azərenerji” ASC

 

qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır.

Qrafik 3. Gecə-gündüz tariflərinin gündəlik yük göstəricilərinə təsiri

  1. 1. 17 iyun 2015-ci il tarixinə pik saatlarda yüklənmə göstəricisi

Mənbə: “Azərenerji” ASC

Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunmuşdur. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, “pik yüklənmə” saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur.

5. İnfrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan tarifin olmaması. Azərbaycan Respublikasında qiymətlərin günün vaxtına görə diferensiasiya edilməməsi ilə yanaşı, infrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərdən istifadə olunmaması bəzi istifadəçilər üçün elektrik enerjisi təminatının dolayı yolla subsidiyalaşmasına yol açır. İnfrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərdən infrastruktur xərcləri ilə istehlak qiymətləri arasında uyğunsuzluğun aradan qaldırılması üçün istifadə edilir.

Görüləcək tədbirlər

Tədbir 3.3.1. İstehlakçılarla istehsalçıların maraqlarının uzlaşdırılması üçün optimal qiymətlərin müəyyənləşdirilməsinin nəzərdən keçirilməsi

Aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, habelə aşağıdakı tədbirləri nəzərə alaraq, istehlakçılar və istehsalçılar üçün əlverişli  qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər:

 

Tədbir 3.3.2. Elektrik enerjisindən istifadə modellərinin müzakirə olunması

Aidiyyəti orqanlar elektrik enerjisindən istifadə modellərini və tələbini müəyyənləşdirmək üçün mühüm sənaye tərəfdaşlarının təmsilçiləri ilə müzakirələr aparacaqlar. Bundan əlavə, digər dövlət qurumları ilə müzakirələr əsasında yüksək elektrik qiymətlərindən əziyyət çəkən strateji vacib istehlakçı kateqoriyalarını müəyyən edib, həmin sahələrin qorunması üçün stimullaşdırma tədbirlərini nəzərdə tutacaqlar (məsələn, buraya yüksək elektrik sərfiyyatına malik strateji sənaye sahələri üzrə əlavə güzəştlər aiddir).

Tədbir 3.3.3. İstehlakçıların sərfiyyat proqnozlarının nəzərdən keçirilməsi

Aidiyyəti orqanlar tarif dəyişikliklərinə uyğun olaraq elektrik sərfiyyatında baş verən dəyişiklikləri təhlil edərək, daxili tələbatın artımını daha dəqiq müəyyənləşdirmək üçün gələcək sərfiyyat proqnozlarını yenidən nəzərdən keçirəcəklər. Qiymətqoyma mexanizmlərindəki dəyişikliklər daxili tələbatda istehlak həcminin azalmasına səbəb olarsa, yaranmış ehtiyat həcmi hesabına elektrik enerjisinin ixracı imkanları nəzərdən keçiriləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin icrası nəticəsində Azərbaycan Respublikasında istehlakın səmərəliliyinin yüksələrək, 2020-ci ildə real ÜDM-i 125 milyon manat birbaşa və 45 milyon manat dolayı olmaqla, cəmi 170 milyon manat artıracağı proqnozlaşdırılır. Bu prioritetin həyata keçirilməsinin məşğulluğa birbaşa təsiri yoxdur.

Əsas icra göstəricisi:

●           elektrik enerjisi istehlakında səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qazın TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

Tələb edilən investisiya

Bu prioritetin həyata keçirilməsi üçün heç bir investisiya tələb olunmur.

 

Gözlənilən risklər

●           son istehlakçı tariflərinin artırılması nəticəsində istehlakçıların ödənişdən yayınma hallarının artması;

●           elektrik enerjisi istehlakında səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qazın ixrac qiymətinin kəskin azalması.

7.3.4.         Prioritet     3.4.     Effektiv     tənzimləmə     və     hərrac mexanizmlərinin yaradılması

Əsaslandırma

Mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi bir sıra ölkələrdə elektrik enerjisi sektorunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri hesab olunur. Bu baxımdan, elektrik enerjisi sektorunda istehsaldan pərakəndə satışa qədər dəyər zəncirinin bütün həlqələrinin dövlətə məxsus olduğunu və bu sahə üzrə fəaliyyətin dövlət tərəfindən tənzimləndiyini nəzərə aldıqda, enerji sektorunun özəlləşdirilməsi və bu sahəyə əlavə investisiyaların cəlb edilməsi istiqamətində bir sıra zəruri addımların atılması ölkəyə böyük fayda gətirə bilər.

Görüləcək tədbirlər

Tədbir 3.4.1. Elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi

Azərbaycan Respublikasında elektroenergetika sektorunda istehsalın, nəqletmənin, paylanmanın və alqı-satqının hüquqi əsaslarını, habelə istehsalçı, təchizatçı və istehlakçıların hüquq və vəzifələrini müəyyən edən, sahənin operativ və davamlı inkişafına şərait yaradan mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmanı nəzərdə tutan sahə üzrə əsas qanunlar beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, yenidən işlənəcək və əlaqəli sənədlər təkmilləşdiriləcəkdir. Bu zaman paylayıcı elektrik şəbəkələrinin üzərinə düşən əlavə xərclərin (sayğacların ödənişsiz quraşdırılması və s.) maliyyə mənbələri dəqiqləşdiriləcəkdir.

Tədbir 3.4.2. Topdansatış bazarının yaradılması

Elektrik enerjisi üzrə topdansatış bazarı yaradılmaqla, bu sahəyə daha böyük həcmdə investisiyaların cəlb edilməsi təmin olunacaqdır.

Tədbir 3.4.3. Özəlləşdirmənin həyata keçirilməsi məqsədilə istehsal aktivlərinin prioritetləşdirilməsi

Seçilmiş özəlləşdirmə paketi üçün istehsal aktivləri prioritetləşdiriləcəkdir. Xərcləri əks etdirən qiymətlərin müəyyənləşdirilməsi məqsədilə, ilk öncə, seçilmiş qurğular üzrə cəlb edilmiş ekspertlərlə birgə əsaslandırılmış təhlil apararaq, səmərəliliyin yüksəldilməsi potensialını simulyasiya edəcəkdir. Həmçinin, özəlləşdirmə zamanı potensial aktivlərin strateji vacibliyi (məsələn, ölkənin elektrik enerjisi ilə təhlükəsiz təminatı məqsədilə istehsal gücü 2400 MVt olan “Azərbaycan” İES-in dövlət mülkiyyətində saxlanılması vacibliyi) nəzərdən keçiriləcəkdir.

Tədbir 3.4.4. Dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin hazırlanması

Elektrik enerjisi istehsalı sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün dövlət-özəl tərəfdaşlığı razılaşmaları əsasında yeni mexanizmlər hazırlanacaqdır. İlk əvvəl “Tik-idarə et-təhvil ver” modeli əsasında, sonra isə stimullaşdırıcı tarif və

 

hərraclar şəklində yeni mexanizmlərdən istifadə ediləcəkdir (xüsusən də bərpa olunan enerji sahələrinin maliyyələşdirilməsində).

Gözlənilən nəticə və nəticə indikatorları

Təkmilləşdirilmiş yeni qanunvericilik bazasının yaradılması, sektor üzrə liberallaşdırılmanın həyata keçirilməsi və sektor üzrə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin hazırlanması elektrik enerjisi sektorunun inkişafı üçün mühüm amillərdir. Prioritetin icrasının ÜDM-ə və məşğulluğa birbaşa təsiri gözlənilmir.

Tələb edilən investisiya

Bu prioritetə nail olmaq üçün heç bir investisiya qoyuluşu tələb olunmur.

Gözlənilən risklər

Son   istehlakçı   tariflərinin   artırılması    istehlakçıların   ödənişdən   yayınma hallarının çoxalmasına və ümumilikdə yığım səviyyəsinin azalmasına səbəb ola bilər.

 

QAZ TƏCHİZATI

Azərbaycan Respublikası təbii qaz hasil edən əsas ölkələrdən biridir. Bu sərvət iqtisadi inkişaf (ixrac şəklində), biznes fəaliyyəti və əhalinin istifadəsi üçün mühüm mənbədir. Qarşıya qoyulmuş prioritetləri həyata keçirməklə, əhalinin fasiləsiz və təhlükəsiz təbii qaz təchizatı ilə yanaşı, bol ehtiyat həcminin saxlanılması təmin ediləcəkdir.

7.4.      Strateji   hədəf   4.   Səmərəli   və    effektiv   qazpaylama infrastrukturunun yaradılması

Azərbaycan Respublikası təbii qaz hasil edən ölkədir. Bu təbii sərvət iqtisadi inkişaf, məşğulluğun təmin edilməsi və ev təsərrüfatlarında istifadə olunması baxımından yüksək əhəmiyyət daşıyır. Təbii qaz üzrə sahib olduğu üstünlük əsasında qurulan prioritetləri həyata keçirməklə, həm bu sərvətin uzunmüddətliliyi, həm də kommersiya, sənaye və ev təsərrüfatlarına qaz təminatının davamlılığı təmin ediləcəkdir.

7.4.1.  Prioritet 4.1. Təbii qazın paylanması ilə bağlı bütün növ itkilərin minimuma endirilməsi

Əsaslandırma

Azərbaycan Respublikasında mövcud qaz təchizatı sisteminin xeyli hissəsi keçmiş Sovet İttifaqında mövcud olan standartlar əsasında 1960–1980-ci illərdə qurulmuş şəbəkədən ibarət olduğu üçün illik təbii qaz itkilərinin həcmi böyükdür. Əhalinin və sənayenin təbii qaz tələbatının dinamik surətdə artması, son dövrlərdə qazlaşmanın sürətlənməsi, mövcud şəbəkənin gücünün isə artan tələbata uyğun olmaması təbii qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük çətinliklərin yaranmasına, kommunikasiyaların sıradan çıxmasına, nəticə etibarilə, təbii qaz itkilərinin xeyli artmasına səbəb olmuşdur. 2015-ci ildə təbii qazın paylanması zamanı ümumi itkinin həcmi 1,07 milyard kubmetr olmuşdur. İtki səviyyəsi, beş il öncəki göstərici ilə müqayisədə azalmasına baxmayaraq, 2015-ci ildə “Azəriqaz” İB tərəfindən satın alınan təbii qaz həcminin 18,6 faizini təşkil etmişdir (diaqram 16). Həmçinin, 2016-cı ilin yanvar–sentyabr aylarının yekunları üzrə itki səviyyəsi 12,7 faiz olmuşdur.

 

Diaqram 16. Ölkədaxili qazpaylayıcı şəbəkədə qazın qəbulu və itkisi

Mənbə: “Azəriqaz” İB

Ümumən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə magistral və paylayıcı şəbəkədə təbii qaz itkisi 2010-cu ildə 16,7%, 2015-ci ildə 8,1%, 2016-cı ilin yanvar–sentyabr ayları ərzində isə 5,5 faiz olmuşdur (diaqram 17).

Diaqram 17. Ölkədaxili magistral və paylayıcı qaz şəbəkəsində təbii  qazın qəbulu və itkisi

Mənbə: «Azəriqaz» İB

 

Ümumiyyətlə, respublikada təbii qaz üzrə itkilərin böyük əksəriyyəti Bakı şəhərində baş verir. Belə ki, 2016-cı ilin yanvar–avqust aylarında ölkənin ümumi təbii qaz istehlakının 49,7 faizi, eləcə də qaz təchizatı zamanı baş vermiş itkilərin 68,4 faizi Bakının payına düşmüşdür (cədvəl 4).

Cədvəl 4. Texniki itkilərin baş verdiyi əsas regionlar (2016-cı ilin yanvar– avqust ayları üzrə, faizlə)

Mənbə: “Azəriqaz” İB

Azərbaycan Respublikasında təbii qaz itkiləri texniki və kommersiya itkiləri olmaqla, iki qrupa bölünür.

Ölkədə təbii qaz itkiləri texniki problemlərlə, əsasən də infrastrukturun köhnə olması ilə bağlıdır. Bakı və Abşeron regionunda təbii qaz təchizatı 40 ildən artıq müddətdə istismar olunan qaz boruları vasitəsilə həyata keçirilir ki, bu da 2015-ci ildə bu regionda sızıntı ilə müşayiət olunan 1,1 milyard m3-dən artıq qaz itkisinə səbəb olmuşdur. Xüsusilə Bakı regionunda texniki itkilərin azaldılması məqsədilə köhnə və mürəkkəb infrastrukturun modernləşdirilməsinə, təzyiq səviyyələrinin səmərəsizliyinin aradan qaldırılmasına əsaslı investisiya qoyuluşu cəlb ediləcəkdir. Eyni zamanda, şəbəkənin köhnəlməsi və texniki vəziyyəti təhlükəsizlik tələblərinin pozulmasına, ekoloji mühitə mənfi təsirlərə səbəb olur. Şəbəkənin sadəcə genişləndirilməsi ilə gələcəkdə təbii qaz tələbatını təmin etmək qeyri-mümkündür. Bununla əlaqədar olaraq, ölkədaxili təbii qazpaylayıcı şəbəkənin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması və müasirləşdirilməsi proqramının həyata keçirilməsi ölkə daxilində dinamik artan təbii qaz tələbatını təmin etməyə, istehlakçılara fasiləsiz və etibarlı şəkildə təbii qazın verilməsinə, itkilərin texniki normalar səviyyəsinə çatdırılmasına, xidmətin keyfiyyətinin artırılmasına, istismar xərclərinin, həmçinin ətraf mühitə mənfi təsirlərin azaldılmasına zəmin yaradacaqdır.

Ötən illərlə müqayisədə respublikada təbii qaz satışı üzrə yığım faizləri artmışdır. Belə ki, 2009-cu ildə satılan təbii qazın dəyəri üzrə yığım faizi xeyli aşağı olsa da, növbəti illərdə bu sahədəki boşluq əhəmiyyətli dərəcədə aradan qaldırılmışdır (diaqram 18). İstehlakçılar üzrə ötən illərdən yaranmış debitor borcların toplanması və “smart” tipli qaz sayğaclarından istifadə nəticəsində istehlak olunacaq təbii qaz həcmlərinə görə öncədən ödəmə hesabına 2015-ci ildə yığımın səviyyəsi satışın dəyərini üstələmişdir.

 

Diaqram 18. 2009-2015-ci illər üzrə yığım dərəcələrinin tendensiyası

(milyon manatla)

 

  1. 1. Həm satış, həm də yığım üzrə göstəricilərə ƏDV daxildir.
    1. 2. 2 dəfə 436 milyon manat məbləğində öhdəliklər silinmişdir.

Mənbə: “Azəriqaz” İB

2010-cu illə müqayisədə 2016-cı ilin sonuna qeydiyyatdan keçirilməsi proqnozlaşdırılan istehlakçıların sayının 57 faiz artması hesabına, ümumilikdə, təbii qaz satışının həcmində də artım müşahidə olunmuşdur (diaqram 19). Buna baxmayaraq, sayğaclaşma ilə bağlı problemlər hələ də mövcuddur. Qaz sayğaclarının mühafizəsi və kommersiya itkilərinin azaldılması üçün əlavə mexanizmlərin (qazdan qanunsuz istifadəyə görə yeni cərimələrin tətbiqi və s.)  tətbiqi zəruridir.

 

Diaqram 19. Qaz sayğaclarına dəyən zərər üzrə çəkilən xərclər

Mənbə: “Azəriqaz” İB, SOCAR-ın “2014-cü il üzrə illik hesabat”ı

Görüləcək tədbirlər

Tədbir 4.1.1. Mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsi və inkişaf planının hazırlanması

SOCAR-ın “Azəriqaz” İB sızıntı və ya itkilərin ən yüksək olduğu regionların müəyyən edilməsi üçün, ilk öncə, mövcud şəbəkənin, o cümlədən qazpaylama xətlərinin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək və bu qiymətləndirmənin nəticələrinə əsasən, modernləşdirmə xərci və itkilərin səviyyəsi kimi iki meyar üzrə regionları qruplaşdıraraq matris yaradacaq və müəssisə üzrə inkişaf planını hazırlayacaqdır. Daha sonra, qazpaylama infrastrukturu olmayan ərazilərdə qazpaylama şəbəkəsinin yaradılması və ya modernləşdirilməsi üçün baş plan hazırlayacaqdır. Bu zaman, Bakı şəhərinin və regionların matrisin yüksək itki və ya aşağı xərc qrupunda prioritetləşdirilməsi vacib hesab olunur. Eyni zamanda, texniki itkilərin qarşısının alınması üçün Bakı regionuna əsaslı investisiya qoyuluşları, habelə yığım səviyyələrinin yüksəldilməsi məqsədilə təbii qazdan qanunsuz istifadəyə görə cərimələrin müəyyən edilməsi nəzərdən keçiriləcəkdir.

Bundan başqa, ölkənin qazpaylayıcı sisteminə nəql olunan təbii qazın keyfiyyət göstəricilərinin beynəlxalq standartların tələblərinə tam uyğunlaşdırılması, qazpaylayıcı sistemin texniki vəziyyətinə mənfi təsirlərin azaldılması və istehlakçı məmnuniyyətinin artırılması üçün şəbəkəyə ötürülən təbii qazın təmizlənməsi üzrə müvafiq tədbirlər həyata keçirilməlidir.

Tədbir 4.1.2. Qazpaylama xətlərinin tikintisi üçün tenderlərin elan edilməsi

Maliyyələşmə mənbəyi müəyyən edildikdən sonra SOCAR-ın “Azəriqaz” İB qazpaylama xətlərinin çəkilməsi üçün təchizatçının seçilməsinə və tikinti işlərinin gedişatının izlənilməsinə imkan verən meyarları əhatə edən tenderlər elan  edəcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsi SOCAR ilə birgə bəzi regionlarda

 

qazpaylama    fəaliyyətinin   özəlləşdirilməsi    məqsədilə    xarici    investorların    cəlb edilməsini mümkün maliyyələşdirmə variantlarından biri kimi nəzərdən keçirəcəkdir.

Tədbir 4.1.3. Tikinti fəaliyyəti ilə bağlı əsas icra göstəricilərinin (ƏİG) müəyyənləşdirilməsi

SOCAR-ın “Azəriqaz” İB tikinti fəaliyyəti ilə bağlı ƏİG-lərə riayətetməni şərt kimi baş plana əlavə edəcəkdir. Bundan əlavə, SOCAR-ın “Azəriqaz” İB tikinti işlərinin müəyyən edilmiş hədəflərə uyğun şəkildə gedişatına davamlı nəzarət edəcəkdir.

Tədbir 4.1.4. Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi

Yığım səviyyəsinin artırılması məqsədilə təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiq edilməsi üçün Azərbaycan Respublikası ilə müqayisə oluna bilən ölkələr üzrə beynəlxalq təcrübə araşdırılmaqla, qanunvericilikdə müvafiq düzəlişlərin edilməsi nəzərdən keçiriləcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası ölkənin təbii qaz təchizatı sektorunun uzunmüddətli uğurunu təmin etmək və təbii qazdan daha çox dəyər əldə etmək məqsədilə zəruri tədbirlər görərək maliyyə vəsaitləri cəlb edəcəkdir.

Tədbir 4.1.5. Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi

Ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, bu sahədə beynəlxalq təcrübə və problemlərin həlli yolları, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan yaşayış məntəqələrinin alternativ enerji təminatı ilə bağlı araşdırmalar aparılacaq və konkret təkliflər hazırlanacaqdır.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin tərkib hissəsi kimi, Azərbaycan Respublikasında təbii qazın paylanmasında itkilərin azaldılması nəticəsində 2020-ci ildə real ÜDM-in 85 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, cəmi 90 milyon manat artacağı və 340 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

●             bütün regionlar üzrə təbii qazın paylanması zamanı baş verən texniki itki səviyyəsinin 8 faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa, bunun eyni səviyyədə qalacağı ehtimal edilir );

●             təbii qaz təchizatı sisteminin beynəlxalq standartların tələblərinə uyğun olaraq modernləşdirilərək təkmilləşdirilməsi;

●             istehlakçıların təbii qaza dinamik artan tələbatının etibarlı şəkildə təmin edilməsi;

●             təbii qaz istehlakının proqnozlaşdırılmasının asanlaşdırılması və şəbəkədə ehtimal olunan itkinin qısa zamanda aşkarlanması;

●             təbii qaz təchizatı sahəsində mövcud olan ciddi texniki problemlərin aradan qaldırılması;

●             istehlakda səmərəliliyin artımı hesabına qənaət edilmiş təbii qazın (təbii qaz emalı zavodlarından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

 

Tələb edilən investisiya

Bu prioritetin tərkib hissəsi kimi, köhnə boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 515 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. SOCAR-ın “Azəriqaz” İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanmışdır. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcəkdir.

Gözlənilən risklər

●             tikinti-quraşdırma      işləri     üçün     tələb      olunacaq     investisiyalar     üzrə maliyyələşdirmə problemləri;

●             tədbirlərin icrası zamanı yarana biləcək texniki çətinliklər;

●             istehlakda səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qazın ixrac qiymətinin kəskin azalması.

 

SU TƏCHİZATI VƏ TULLANTI SULARI

Yerüstü su ehtiyatlarının 70 faizdən çox hissəsinin transsərhəd su axınlarının hesabına formalaşdığını nəzərə alaraq, Azərbaycan Respublikasının daxili su hövzələrində qeyri-bərabər paylanmış məhdud su ehtiyatlarının səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi qarşıda duran başlıca vəzifələrdəndir.31

Ölkədə su ehtiyatlarının və ondan istifadənin uçotunun təkmilləşdirilməsi və bu qiymətli təbii sərvətin məsuliyyətli şəkildə idarə edilməsi, istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmin edilməsi, ümumilikdə su təsərrüfatının idarə olunmasında effektivliyin yüksəldilməsi istiqamətində təkmil normativ hüquqi baza yaratmaqla zəruri tədbirlər görüləcəkdir.

Görüləcək işlərin nəticəsi olaraq, Azərbaycan Respublikasında içməli və tullantı su infrastrukturunun genişləndirilməsi, habelə təchizatın və istehlakın səmərəliliyinin yüksəldilməsi yolu ilə effektiv su təchizatı sistemi yaradılacaqdır.

7.5.        Strateji     hədəf    5.     Yüksəksəviyyəli    su    idarəetmə strukturunun yaradılması

7.5.1.    Prioritet 5.1. İçməli və tullantı su infrastrukturunun tətbiqinin genişləndirilməsi

Əsaslandırma

2011–2014-cü illər ərzində dövlət tərəfindən su və kanalizasiya xidmətləri təsərrüfatının modernləşdirilməsinə və idarə edilməsinə böyük həcmdə investisiya qoyulmuşdur. Belə ki, qeyd olunan dövr ərzində bu sahəyə 2,7 milyard manatdan çox vəsait ayrılmışdır32 (diaqram 20). Yalnız 2013-cü ildə su və kanalizasiya şəbəkəsinə dövlət vəsaiti hesabına qoyulmuş investisiyaların məbləği onun cəmi kapital qoyuluşu xərclərinin 9,8 faizini təşkil etmişdir.33

Yalnız 2013-cü ildə su və kanalizasiya şəbəkəsinə dövlət vəsaiti hesabına qoyulmuş investisiyaların məbləği bu sahəyə yönəldilmiş daxili vəsaitlərin 99,8 faizini təşkil etmişdir.34

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

31 Mənbə: “Azərsu” ASC

32 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 33 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 34 Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diaqram 20. 2011-2014-cü illər ərzində su infrastrukturuna qoyulmuş investisiyaların həcmi (milyon manatla)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Azərbaycan Respublikasında səmərəli və effektiv su və kanalizasiya sisteminin yaradılması istiqamətində səylərin davam etdirilməsi zəruridir.

Su sektoru bir neçə mərhələdən və çoxsaylı maraqlı tərəflərdən ibarət olan mürəkkəb bir ekosistemdir. Əhali və qeyri-əhali istehlakçılarının su ilə təchiz edilməsi üçün su, ilk növbədə, mənbələrdən qəbul edilməklə anbarlarda saxlanılmalı, daha sonra boru kəmərlərindən və digər zəruri avadanlıqlardan ibarət infrastruktur vasitəsilə son istehlakçılara çatdırılmalıdır. Nəhayət, tullantı suyunun qəbul edilməsi və təmizlənməsi bu ekosistemi tamamlayır, eləcə də çirkab suları təmizlənərək təhlükəsiz şəkildə sistemin özünə qaytarılır.

Bu baxımdan, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suyun istifadəsində qənaətli texnologiyaların tətbiqi, su itkilərinin azaldılması, istifadə edilən suyun qiyməti və digər məsələlər ölkənin dayanıqlı su təminatı baxımından böyük əhəmiyyət kəsb edir.

Son dövrlər su və kanalizasiya sektoruna qoyulmuş dövlət investisiyaları hesabına Azərbaycan Respublikasında sayğaclı və qeydiyyatdan keçmiş istehlakçıların sayı artmışdır. Belə ki, 2015-ci ildə sayğaclaşma səviyyəsi 61 faizə çatmışdır (diaqram 21). Kommersiya və sənaye istehlakçı qrupları arasında sayğaclaşma səviyyəsi 80 faiz təşkil edir. Azərbaycan Respublikasında 2 milyondan artıq ev təsərrüfatından (01.10.2016-cı il tarixinə “Azərsu” ASC-nin xidmət etdiyi abonentlərin sayı 1 milyon 350 min olmuşdur) cəmi 792 mininin su sayğacları üzrə qeydiyyatdan keçdiyini, habelə mövcud qanunvericilikdə qeyri-əhali qrupu üzrə sayğaclaşmanın sifarişçi hesabına olduğunu nəzərə aldıqda qeyd etmək olar ki, bu sahənin təkmilləşdirilməsinə ehtiyac vardır.

 

Diaqram 21. Sudan səmərəli istifadə imkanlarının mövcudluğu

Mənbə: “Azərsu” ASC

Kanalizasiya xidmətləri sahəsində müəyyən təkmilləşdirmələr aparılmasına baxmayaraq, bu xidmətlər hələ də optimal səviyyəyə çatdırılmamışdır. 2015-ci ildə Azərbaycan Respublikasında əhali qrupu üzrə 314 milyon kubmetr su satıldığı halda, toplanmış tullantı suyunun miqdarı cəmi 144 milyon kubmetr olmuşdur ki, bu da buraxılan suyun 46 faizini təşkil edir (diaqram 22). Qalan 54 faiz isə kommersiya itkiləri və tullantı suyunun qəbul edilməsi sisteminin olmaması ilə bağlıdır.35

Bu baxımdan, kanalizasiya sularının toplanma səviyyəsi təkmilləşdirilə bilər. Belə ki, müvafiq göstərici Rusiyada 74 faiz, Türkiyədə 73 faiz, Bolqarıstanda 73 faiz, Ukraynada 65 faizdir.36

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

35 Mənbə: “Azərsu” ASC

36 Mənbə: Global Water Intelligence

 

Diaqram 22. Tullantı sularının toplanma səviyyəsi

Mənbə: “Azərsu” ASC, Global Water Intelligence

 

Görüləcək tədbirlər

Tədbir 5.1.1. İnfrastrukturun olmadığı ərazilər üzrə qiymətləndirmə aparılması

Azərsu” ASC içməli və ya tullantı su infrastrukturunun olmadığı ərazilər üzrə, səmərəlilik nəzərə alınmaqla qiymətləndirmə apararaq, infrastruktur üzrə baş plan hazırlayacaqdır. Eyni zamanda, ev təsərrüfatları üçün içməli və tullantı su infrastrukturunun təkmilləşdirilməsi, ən aşağı xərc səviyyəsinin və ən böyük tələbatın olduğu regionları prioritetləşdirməklə, infrastruktura tələb olunan mümkün investisiya xərclərinin dəqiqləşdirilməsi məqsədilə, ekspertləri cəlb etməklə müqayisəli araşdırmalar aparacaq və bu xərclərə əməl olunmasını idarəetmə üzrə ƏİG-yə əlavə edəcəkdir.

Tədbir 5.1.2. Sayğaclaşma səviyyəsinin yüksəldilməsi və qeyri-əhali qrupu üzrə tam başa çatdırılması

“Azərsu” ASC monitorinqlər təşkil edərək, su istehlakçıları arasında sayğaclardan istifadə səviyyəsini yüksəldəcəkdir (xüsusilə qeyri-əhali qrupu üzrə sayğacın sifarişçi hesabına quraşdırıldığını nəzərə alaraq, bu qrup istehlakçılar üzrə sayğaclaşma tam başa çatdırılacaqdır). Bu zaman sayğacı olmayan su istehlakçılarının aşkarlanması, sayğacdan istifadə səviyyəsinin yüksəldilməsi üçün müəyyənləşdirilmiş konkret hədəflərin idarəetmə üzrə ƏİG-yə daxil edilməsi, eləcə

 

də su sayğaclarının quraşdırılması üçün tələb olunan zaman müddətinə və su sayğacından istifadə hədlərinə nail olmaq üçün tələb edilən işçi qüvvəsinə dair qərar verilməsi keçirilən monitorinqlərin əsas məqsədi olacaqdır.

Tədbir 5.1.3. İnfrastruktura investisiya qoyuluşları üzrə tenderlərin elan edilməsi

“Azərsu” ASC təchizatçının seçilməsinə və tikinti işlərinin gedişatının izlənilməsinə imkan verən meyarları əhatə edən tenderlər elan edəcək, infrastruktura investisiyaların qoyulması üçün maliyyələşmə mənbələrini müəyyənləşdirdikdən sonra infrastrukturun təkmilləşdirilməsinə başlayacaq və işlərin gedişatını baş plana uyğun olaraq davamlı izləyəcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin tərkib hissəsi kimi, içməli və tullantı su infrastrukturunun yaradılması nəticəsində 2020-ci ildə real ÜDM-in 25 milyon manat birbaşa və 15 milyon manat dolayı olmaqla, cəmi 40 milyon manat artacağı proqnozlaşdırılır. Bu prioritetin məşğulluq səviyyəsinə birbaşa təsiri gözlənilmir.

Əsas icra göstəriciləri:

●                          kommersiya itkiləri səviyyəsinin 20 faizdən ən azı 14 faizədək azaldılması (“Azərsu” ASC-nin 670 milyon m3 illik su təchizatından);

●                          tullantı sularının toplanması səviyyəsinin 46 faizdən 65 faizədək artırılması (“Azərsu” ASC-nin ev təsərrüfatları üçün 314 milyon m3 illik su təchizatından);

●                          sayğacı olmayan qeydiyyatlı istifadəçilərin payının 26 faizdən 5 faizədək azaldılması (ev təsərrüfatlarının cəmi sayı 2 milyon 20 min olmaqla).

Tələb edilən investisiya

Bu prioritetin tərkib hissəsi kimi, yeni su boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 135 milyon manat investisiya qoyuluşu tələb olunur (investisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir).

“Azərsu” ASC yuxarıda göstərilənlərdən əlavə, nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlamışdır. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcəkdir.

Gözlənilən risklər

Tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyə vəsaitinin çatışmazlığı risk yaradan əsas amildir.

 

7.6.   Strateji hədəf 6. Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi

7.6.1.     Prioritet 6.1. İtkilərin minimuma endirilməsi, sudan istifadə tariflərinin optimallaşdırılması və tələb olunan infrastruktur üçün investisiyalar cəlb etməklə su istehlakında səmərəliliyin yüksəldilməsi

Əsaslandırma

Elektrik enerjisi və təbii qaz istehlakında olduğu kimi, Azərbaycan Respublikasında bütün istehlakçı qrupları üzrə, o cümlədən ev təsərrüfatları və sənaye sahələri üçün su istehlakının səmərəliliyi yüksəldilməlidir. Bunun üçün optimal istehlakçı qiymətinin tətbiqi və ünvanlı investisiyaların qoyulması nəzərdən keçiriləcəkdir.

Azərbaycan Respublikasında su xidməti üzrə qiymətlər istehlakçı qruplarına və regionlara görə fərqlidir (cədvəl 5). Paytaxt Bakıda və bir neçə inzibati ərazi vahidində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu) istehlakçılar digər regionlarla müqayisədə suyun sərfiyyatına görə hər kubmetr üçün 5 qəpik artıq ödəniş edirlər. Lakin ölkə üzrə tullantı sularının axıdılması xidmətləri üzrə çəkilən xərclər istehlaka əsaslanmadığından, bu xidmət üçün sabit qiymət müəyyənləşdirilmişdir.

Cədvəl 5. İstehlakçı qrupları və regionlar nəzərə alınmaqla diferensiasiyanın mövcudluğu

  1. 1. Bakı regionu dedikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu nəzərdə tutulur.
  2. 2. 2016-cı il 13 may tarixindən tətbiq olunan yeni tarifə əsasən
  3. 3. Sudan xammal kimi istifadə edən istehlakçılar (məsələn, pivə istehsalçıları) m3 üzrə 12.0 manat ödəniş edir.

Mənbə: Azərbaycan Respublikası Tarif (qiymət) Şurası

 

Xüsusən də, ölkədə manatın ABŞ dollarına nisbətdə devalvasiyasını nəzərə aldıqda qeyd etmək olar ki, içməli və tullantı su qiymətləri Azərbaycan Respublikası ilə müqayisə edilə bilən ölkələrə nisbətən aşağıdır (cədvəl 6).

Cədvəl 6. İçməli və tullantı su tariflərinin digər ölkələrlə müqayisəsi

  1. 1. Türkiyə üçün İstanbul, Rusiya üçün Moskva, Almaniya üçün Berlin şəhərləri üzrə tariflər nəzərə alınmışdır.
  2. 2. Azərbaycan üçün Bakı şəhəri üzrə tariflər nəzərə alınmışdır (2014–2016-cı illər üzrə manatın ABŞ dollarına nisbətdə orta mübadilə məzənnəsi 0,67 manat götürülmüşdür).
  3. 3. Qeyd edilən ölkələrin yerli valyutaları ilə ABŞ dolları arasındakı məzənnə dəyişikliyi nəzərə alınmışdır.

Mənbə: Global Water Inteligence, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası

İstehlakçıların fasiləsiz və keyfiyyətli su ilə təchiz edilməsi üçün mövcud infrastrukturun modernləşdirilməsi suyun nəqli zamanı baş verən itkilərin qarşısının alınmasına imkan yaradır. Belə ki, 2011-ci illə müqayisədə 2015-ci ildə istehlakçıların içməli su ilə təchiz edilməsi üçün mənbədən götürülən suyun son istehlakçıya çatdırılması zamanı baş vermiş itkilərin səviyyəsi azalaraq 52 faiz37 təşkil etsə də, bu göstəricinin daha da yaxşılaşdırılmasına zərurət vardır.

Ev təsərrüfatlarına suyun paylanması zamanı yaranmış itkilər təxminən 30-32 faiz təşkil edir ki, bu da bir sıra ölkələrin müvafiq göstəricisi ilə müqayisədə (Türkiyə - 12 faiz, Polşa - 10 faiz, Yunanıstan - 8 faiz, Almaniya - 4 faiz) yüksəkdir. Yerdə qalan digər itkilər isə kommersiya itkiləri hesab edilməklə, təxminən 20 faiz həddində olmuşdur.38

Görüləcək tədbirlər

Tədbir 6.1.1. Şəbəkənin hərtərəfli qiymətləndirilməsi aparılmaqla,  itkilərin minimum səviyyəyə çatdırılması

“Azərsu” ASC itkilərin səbəblərini və bu itkilərin ən çox baş verdiyi sahələri müəyyən etmək üçün, zərurət yaranacağı halda ekspertlər cəlb etməklə, mövcud

37 Mənbə: “Azərsu” ASC

38 Mənbə: “Azərsu” ASC, Global Water Intelligence

 

şəbəkənin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək və bu qiymətləndirmənin nəticələrinə əsasən zəruri tədbirlər görəcəkdir. Həmçinin, Cəmiyyət müqayisəli araşdırmalar apararaq, itkilərin azaldılması istiqamətində görüləcək zəruri tədbirlər üzrə tələb olunan vaxt qrafikini, o cümlədən infrastrukturun yenidən qurulmasının mümkün xərclərini müəyyən etməklə, maliyyələşmə mənbəyini əks etdirən baş plan hazırlayacaq və bu xərclərə əməl olunmasını idarəetmə üzrə ƏİG-yə əlavə edəcəkdir.

Tədbir 6.1.2. Su ehtiyatlarından səmərəli istifadə məqsədilə tədbirlər görülməsi

Ölkədə su ehtiyatlarının və onlardan istifadənin uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadənin təyinatının müəyyənləşdirilməsi, bu sektor üzrə vahid tarif siyasətinin həyata keçirilməsi, su ehtiyatlarından səmərəli istifadə və ümumilikdə su təsərrüfatının idarə olunmasında effektivliyin yüksəldilməsi məqsədilə ölkənin su təsərrüfatı balansının tərtibi, suyun mənbədən götürülməsindən tutmuş son istehlaka qədər olan bütün mərhələlər üzrə sudan istifadə haqqının sərfəli tənzimlənməsi istiqamətində tədbirlər görüləcəkdir.

Tədbir 6.1.3. Su və kanalizasiya xidmətləri üzrə optimal tarif səviyyəsinin nəzərdən keçirilməsi

Müvafiq dövlət qurumu istehlak həcmlərindəki dəyişikliklərin tariflərə mümkün təsirlərini təhlil edərək, habelə GINI indeksi və ya istehlak gücü nəzərə alınmaqla, qiymətlərin cəmiyyət üçün optimal səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə müqayisəli araşdırmalar apararaq, su və kanalizasiya xidmətləri üzrə mövcud qiymətlərin araşdırmalar nəticəsində müəyyən edilmiş optimal tarif səviyyəsinə uyğunlaşdırılması məsələsinə baxacaqdır. Həmçinin, istehlakçı kateqoriyaları üzrə minimal tariflərin tətbiq edildiyi istehlak həcmi səviyyələrinin müəyyənləşdirilməsini  və bu səviyyələri aşan izafi istehlak üçün daha yüksək tariflərin (dövlət tərəfindən müəyyənləşdirilmiş həddə qədər) tətbiqini nəzərdə tutan ikisəviyyəli tarif sistemi nəzərdən keçiriləcəkdir. Bu sistem minimum qiymətqoymanı təmin etməklə və sərfiyyata əsaslanmaqla, qiymətlərin tədricən artımını nəzərdə tutacaqdır.

Tədbir 6.1.4. Su və kanalizasiya xidmətlərindən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramların hazırlanması

Sosial proqramların əhatə edəcəyi aztəminatlı əhali və strateji əhəmiyyətli digər istehlakçı qruplarının müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə işlərin əlaqələndirilməsi istiqamətində tədbirlər görüləcəkdir. Müvafiq dövlət qurumu bu sosial proqramlara uyğun olaraq müəyyənləşdirilmiş istehlakçı kateqoriyaları üçün güzəştlər tətbiq etməklə, tarif siyasətini həyata keçirəcəkdir. Qeyd olunan meyarlar əsasında müəyyənləşdirilmiş tariflərin tətbiqindən sonra uzunmüddətli perspektivdə fasiləsiz və keyfiyyətli su təchizatını təmin etmək məqsədilə “Azərsu” ASC suyun istehlak səviyyəsindəki dəyişiklikləri nəzərə almaqla, gələcəkdə sudan istifadə üzrə proqnoz göstəricilərini müəyyənləşdirəcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin tərkib hissəsi kimi, su istehlakında səmərəlilik yüksəldilərək, 2020-ci ildə real ÜDM-in 12 milyon manat birbaşa və 8 milyon manat dolayı olmaqla, cəmi 20 milyon manat artacağı proqnozlaşdırılır. Bu sahədə məşğulluğa birbaşa təsir gözlənilmir.

 

Əsas icra göstəricisi:

“Azərsu” ASC-nin paylanmada olan itkilərinin 31 faizdən39 25 faizədək (müəyyən edilmiş bu hədəf təxminən 211 milyon m3 olsa da, bençmark hesab edilən 10 faizlə müqayisədə hələ də yüksəkdir40) endirilməsi.

Tələb edilən investisiya

Bu prioritetin tərkib hissəsi olaraq, su infrastrukturunun modernləşdirilməsinə 845 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Gözlənilən risklər

Son   istehlakçı   tariflərinin   artırılması    istehlakçıların   ödənişdən   yayınma hallarının artmasına və ümumilikdə yığım səviyyəsinin azalmasına səbəb ola bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

39 Mənbə: “Azərsu” ASC

40 Mənbə: “Azərsu” ASC

 

İSTİLİK TƏCHİZATI

Azərbaycan Respublikasında şəhər və rayonların sürətli inkişafı, infrastruktur şəbəkələrinin genişlənməsi, yeni yaşayış, təhsil, səhiyyə obyektlərinin, ictimai və digər sosial binaların tikintisi və istifadəyə verilməsi ilə əlaqədar onların infrastruktur tələbatının ən vacib elementlərindən olan enerjidaşıyıcılarla, o cümlədən istilik təchizatı xidmətləri ilə lazımi səviyyədə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan müəyyən edilən strateji hədəflərin həyata keçirilməsi ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sistemi yaratmaqla, istehlakçıların istilik enerjisinə olan tələbatının fasiləsiz və keyfiyyətli təminatını təşkil etməyə, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatını azaltmaqla, enerji resurslarından səmərəli istifadə olunmasına, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsinə imkan verəcəkdir.

7.7.     Strateji  hədəf  7.   Dayanıqlı  və   etibarlı   istilik   təchizatı infrastrukturunun yaradılması

7.7.1.   Prioritet 7.1. Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi

Əsaslandırma

2005-ci ildən başlayaraq, Azərbaycan Respublikasında istilik təchizatı sahəsinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Belə ki, istilik təchizatı sistemlərinin bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində görülmüş işlər istilik təchizatının inkişaf dinamikasında nəzərəçarpacaq dəyişikliklərin baş verməsinə, istiliklə təmin edilən yaşayış binalarının, təhsil, səhiyyə və digər obyektlərin sayının ildən-ilə artmasına səbəb olmuşdur.

Hazırda istilik təsərrüfatlarında 531 qazanxana istismar edilməklə, 3568 yaşayış binası, 276 məktəb, 154 uşaq bağçası, 151 səhiyyə obyekti və 603 digər sosial obyekt istiliklə təmin edilir ki, bu da 2004–2005-ci illərlə müqayisədə istilik mənbələrinin sayının 365 ədəd və ya 3,2 dəfə, istiliklə təmin olunan yaşayış binalarının sayının 2580 ədəd və ya 3,6 dəfə, məktəblərin sayının 130 ədəd və ya 1,9 dəfə, uşaq bağçalarının sayının 70 ədəd və ya 1,8 dəfə, səhiyyə obyektlərinin sayının 90 ədəd və ya 2,4 dəfə, digər obyektlərin sayının isə 512 ədəd və ya 6,6  dəfə artırılmasına imkan vermişdir (cədvəl 7).

 

Cədvəl 7. Mərkəzləşdirilmiş istilik təchizatı sisteminin inkişaf dinamikası

Göstəricilər

Mövsüm

Qazanxanala r

Yaşayı

ş    binaları

Məktəblə r

Uşaq

bağçalar ı

Səhiyyə

obyektlər i

Digər obyektlər

İstiliklə təmin edilən

istehlakçıların sayı, ədədlə

2004-2005-

ci il mövsümü

166

988

146

84

61

91

2005-2006-

cı il mövsümü

202

1519

176

111

70

112

2006-2007-

ci il mövsümü

234

1750

218

124

97

131

2007-2008-

ci il mövsümü

312

1933

277

123

127

203

2008-2009-

cu il mövsümü

310

2072

242

141

126

225

2009-2010-

cu il mövsümü

329

2187

244

153

133

265

2010-2011-

ci il mövsümü

352

2305

262

164

142

270

2011-2012-

ci il mövsümü

362

2561

266

158

131

310

2012-2013-

cü il mövsümü

436

2819

268

145

135

363

2013-2014-

cü il mövsümü

508

3142

275

156

147

421

2014-2015-

ci il mövsümü

525

3450

286

160

157

553

2015-2016-

cı il mövsümü

531

3568

276

154

151

603

2004-2005-ci il mövsümünə nisbətən fərq

3,2 dəfə

3,6

dəfə

1,9 dəfə

1,8 dəfə

2,4 dəfə

6,6 dəfə

Mənbə: “Azəristiliktəchizat” ASC

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin ildən-ilə gücləndirilməsi Azərbaycan Respublikasında müasir standartlara cavab verən kommunal xidmət kompleksinin yaradılmasını, o cümlədən istehlakçıların istilik təchizatı xidmətləri ilə keyfiyyətli təminatı üçün infrastruktur şəbəkələrinin yenidən qurulması işlərinin davam etdirilməsini şərtləndirir.

Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin əhatə dairəsinin genişləndirilməsi isitmə məqsədləri üçün birbaşa istifadə edilən təbii qaz və elektrik enerjisindən daha səmərəli və təyinatı üzrə istifadə olunmasına, mazut, dizel yanacağı, odun və digər yanacaq vasitələrindən istifadəni minimuma endirməklə, ətraf mühiti və ekoloji təmizliyi qorumağa imkan verəcəkdir.

 

Görüləcək tədbirlər

Tədbir 7.1.1. İstilik mənbələrinin yaradılması, bərpası və yenidən qurulması

Azərbaycan Respublikasında mövcud rayon istilik qazanxanalarından təmin edilən mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin səmərəsizliyi, xüsusən də inkişaf etmiş ölkələrin bu istiqamətdəki təcrübəsi nəzərə alınaraq, hazırda fəaliyyət göstərən rayon istilik qazanxanalarının tədricən ləğv edilməsi, əvəzində isə yeni texnologiyalara (bərpa olunan enerji texnologiyaları, istilik nasosları və s.) əsaslanan, müasir tipli məhəlli istilik sistemlərinin tətbiqi istilik təchizatı strategiyasında dəyişiklikləri zəruri edir. Bununla belə, rayon istilik qazanxanalarının eyni vaxtda məhəlli sistemlərin xeyrinə ləğv edilməsi praktiki və iqtisadi baxımdan əlverişli hesab olunmur. Bu məqsədlə mərhələlərlə aşağıdakı işlərin yerinə yetirilməsi planlaşdırılır:

−  mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin əsas hissəsi olan rayon istilik qazanxanalarının mövcud texniki vəziyyətinin qiymətləndirilməsi, iqtisadi effektivlik, perspektiv inkişaf, təhlükəsizlik və ekoloji baxımdan istismarının davam etdirilməsinin məqsədəuyğunluğu üzrə tədbirlərin hazırlanması, nəticələrdən asılı olaraq onların bərpa edilməsi, məhəlli istilik mənbələri yaratmaqla, əhatə dairəsinin məhdudlaşdırılması və ya ləğv edilməsi üzrə müvafiq işlərin həyata keçirilməsi;

−  rayon istilik qazanxanalarında istehsal edilən istilik enerjisinin paylanması funksiyasını yerinə yetirən istilik məntəqələrinin, tədricən yenidən qurulmaqla, məhəlli qazanxanalara çevrilməsi üzrə layihələrin iqtisadi təhlilinin aparılması və bunun əsasında icra mexanizmlərinə dair tədbirlərin hazırlanaraq həyata keçirilməsi;

−  istilik təchizatı təmin edilməyən ərazi, məhəllə və binalarda istilik təchizatı üçün variantların müəyyənləşdirilməsi, müvafiq olaraq yeni sistemlərin qurulması.

Tədbir 7.1.2. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi

İsitmə məqsədləri üçün alternativ və bərpa olunan enerjidən istifadənin, əsasən də günəş, külək, geotermal və biokütlə enerji potensialının qiymətləndirilməsi və ondan istifadənin kütləviliyinin təmin edilməsi məqsədilə aşağıdakı istiqamətdə işlər görülməsi planlaşdırılır:

−  Azərbaycan Respublikasında regionlar üzrə isitmə məqsədilə alternativ və bərpa olunan enerjidən istifadə potensialının qiymətləndirilməsi üzrə monitorinqin aparılması və tətbiqinin üstünlüklərinin araşdırılması;

−  alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün ilkin qurğuların quraşdırılmasının kapitaltutumlu olması ilə əlaqədar onların yeni yaşayış və qeyri- yaşayış tikililərində istifadəsinin əlverişliliyi nəzərə alınaraq, tətbiqinin stimullaşdırılması;

−  respublikanın qaz şəbəkəsinə qoşulması texniki-iqtisadi baxımdan səmərəsiz olan və ya yaxın gələcəkdə təbii qaz təchizatı şəbəkəsinə qoşulması planlaşdırılmayan ərazilərdə, xüsusilə də iri istehlakçılar olan inzibati binalarda və obyektlərdə (məktəblər, poliklinika-xəstəxanalar, yerli bələdiyyə binaları və s.) istilik təchizatı üçün bərpa olunan enerji mənbələrindən istifadə potensialının qiymətləndirilməsi.

Tədbir 7.1.3. Enerji səmərəliliyinin və enerjiyə qənaətin yaxşılaşdırılması

Bu məqsədlə aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur:

−  Azərbaycan Respublikasında yaşayış və qeyri-yaşayış sahələrinin istilik enerjisi ilə təminatı üçün enerji daşıyıcılarından səmərəli istifadə edilməsi üzrə

 

monitorinq aparılması və qeyri-effektiv istifadənin qarşısını ala biləcək tədbirlərin işlənib hazırlanması;

−  istilik enerjisinin istehsalında yanacaqdan (təbii qazdan) istifadənin səmərəliliyinin artırılması;

−  istilik təchizatı sistemində enerjiyə qənaət və enerji səmərəliliyinin artırılmasına imkan verən texnologiyaların tətbiqinin genişləndirilməsini stimullaşdıran tədbirlərin həyata keçirilməsi;

−  istilik təchizatı sistemində, yaşayış və qeyri-yaşayış sahələrində istilik itkisinin azaldılmasına imkan verən tədbirlərin həyata keçirilməsi;

−  istilik sayğaclarının tətbiq edilməsi imkanlarının təhlili və müvafiq təkliflərin irəli sürülməsi.

Tədbir 7.1.4. İstilik enerjisindən istifadə zamanı ətraf mühitin qorunması üçün tədbirlər görülməsi

Bu məqsədlə aşağıdakı işlər nəzərdə tutulur:

−  istilik təchizatı sistemlərində avadanlıqların ekoloji tələblərə və müvafiq standartlara uyğunluğunun öyrənilməsi üzrə monitorinqin aparılması, ətraf mühit üçün ziyanlı olan texnologiyaların istismardan çıxarılması və yenilənməsi üzrə tədbirlərin qiymətləndirilməsi;

−  isitmə məqsədləri üçün ətraf mühitə ziyan vurmamaqla, təbii ehtiyatlardan səmərəsiz istifadə olunmasının qarşısının alınmasına yönəldilən tədbirlərin işlənib hazırlanması təmin ediləcəkdir.

Tədbir 7.1.5. İstilik təchizatı üçün enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi

İstilik təchizatı infrastrukturunun inkişaf etdirilməsi üçün investisiyaların əsas istiqamətləri üzrə səmərəliliyin artırılması və ətraf mühitin qorunmasının təmin edilməsi baxımından istilik təchizatı üzrə ölkədə istifadə olunan enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi tədqiqat və layihə-axtarış işlərinin aparılması, istilik təchizatının əhatəliliyinin təmin edilməsi, istilik təchizatı üçün enerji mənbələrindən istifadənin strukturunun optimallaşdırılması mühümdür. Bu məqsədlə:

- respublikanın inzibati ərazi bölgüsü, iqlim və relyefi nəzərə alınmaqla, istilik tələbatının qiymətləndirilməsi;

- istilik tələbatına müvafiq olaraq istilik təchizatının təmin edilməsində istifadə olunan istilik mənbələrinin növlərinin və kəmiyyətinin cari vəziyyətinin qiymətləndirilməsi;

-  ölkə üzrə regional, iqlim və relyef xüsusiyyətləri, enerji mənbələrinin mövcudluğu və ənənəvi enerji mənbələri ilə təminat səviyyəsi nəzərə alınmaqla, istilik təchizatı üçün prioritet enerji mənbələrinin müəyyənləşdirilməsi;

-  istilik təchizatı üçün seçilmiş prioritet enerji mənbələrindən istifadənin stimullaşdırılması və səmərəliliyinin artırılması üzrə elmi tədqiqatların aparılması, təklif və tövsiyələrin, normaların və qaydaların hazırlanması;

-  seçilmiş istilik mənbələri üzrə texniki-ekoloji və digər normalar nəzərə alınmaqla, layihə-axtarış işlərinin aparılması və ilkin mümkün layihə təkliflərinin hazırlanması nəzərdə tutulur.

Gözlənilən nəticə və nəticə indikatorları

Bu prioritetin icrası nəticəsində 2017-2020-ci illərdə Bakı şəhərində və respublikanın regionlarında mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin bərpası və

 

yenidən qurulması ilə bağlı ümumilikdə 2915 layihə icra ediləcəkdir. Həmin layihələrin 2545-i yaşayış binalarında və sosial obyektlərdə aşağı paylama və məhəllədaxili istilik sistemlərinin yenidən qurulmasına, 55-i istilik enerjisinin paylanması funksiyasını yerinə yetirən istilik məntəqələrinin tədricən yenidən qurulmaqla, məhəlli qazanxanalara çevrilməsinə, 84-ü mövcud qazanxanaların modernləşdirilməsinə, 55-i yeni istilik mənbəyinin yaradılmasına, 176-sı qazanxanaların qazlaşdırılmasına aiddir. Eyni zamanda, bu prioriteti həyata keçirməklə, 2020-ci ildə real ÜDM-in 12 milyon manat məbləğində artması və 950 yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

●                      səmərəlilik nəzərə alınmaqla, istilik enerjisi istehsalının həcmi 2015-ci illə müqayisədə 427 min Qkal artaraq, 1767 min Qkal təşkil edəcəkdir;

●                      istilik təchizatının əhatə dairəsi genişlənməklə, 2017-2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayı 50,4 faiz artaraq 5689 binaya çatdırılacaqdır ki, bu da istiliklə təmin edilməsi nəzərdə tutulan binaların ümumilikdə 87 faizini təşkil edəcəkdir. Qeyd edilən dövrdə əlavə olaraq 550-ə yaxın yaşayış binasında texniki cəhətdən nasaz olan istilik təchizatı sistemi əsaslı şəkildə təmir edilməklə, istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

Tələb edilən investisiya

Bu prioritet üzrə qeyd edilən layihələrin icrası üçün 190 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq aparılacaq və kommunal xidmətlər sektorunda fəaliyyət göstərən şirkətlərin büdcə və əməliyyat proseslərinin tərkib hissəsi kimi həyata keçiriləcəkdir.

 

Gözlənilən risklər

Tikinti-quraşdırma işləri üçün tələb olunacaq investisiyalar üzrə maliyyə çatışmazlığı risk yaradan əsas amildir.

 

7.7.2. Prioritet 7.2. Normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional tədbirlərin görülməsi və istilik tariflərinin optimallaşdırılması

Əsaslandırma

Respublikada əhalinin artımı, iqtisadi inkişaf səviyyəsi və bununla əlaqədar olaraq yaşayış və qeyri-yaşayış fondunun genişlənməsi nəzərə alınmaqla, istilik tələbatının ödənilməsi üçün yeni bazar iqtisadiyyatı münasibətləri şəraitində istilik təchizatı sisteminin inkişaf etdirilməsi zərurəti yaranır.

Perspektiv inkişaf bu sahəyə investisiya yatırımlarına və özəl sektorun cəlb edilməsinə istiqamətlənmiş kommersiyayönümlü inkişafa imkan verən institusional dəyişikliklərin aktuallığını artırmaqla, normativ hüquqi bazanın təkmilləşdirilməsini və müxtəlif tənzimləmə variantlarının işlənib hazırlanmasını tələb edir.

 

Görüləcək tədbirlər

Tədbir 7.2.1. İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

İstilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının təşkili prinsiplərinin müəyyən edilməsi və tənzimlənməsi, həmçinin istehlakçı və istehsalçı münasibətlərinin hüquqi müstəvidə formalaşdırılması məqsədilə istilik enerjisindən istifadə qaydaları, habelə istilik təchizatı sistemlərinin tikintisi və istismarı haqqında normalar və standartlar hazırlanacaqdır.

Tədbir 7.2.2. İstilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi

Bazar iqtisadiyyatı və kommersiyalaşdırma prinsiplərinə əsaslanan istilik bazarının formalaşdırılması və sağlam rəqabətin inkişaf etdirilməsi, özəl və kommersiyayönümlü istilik təchizatı sistemlərinin yaradılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi dəyərləndiriləcəkdir.

İstilik təchizatı sistemlərinə investisiyaların cəlb edilməsi məqsədilə onların aktivlərinin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı təhlillər aparılması istiqamətində perspektiv müəssisələr müəyyən edilərək təkliflər hazırlanacaqdır.

Tədbir 7.2.3. İstilik təchizatı üzrə tariflərin təkmilləşdirilməsinin nəzərdən keçirilməsi

-          İstilik elektrik mərkəzləri və mərkəzləşdirilmiş istilik mənbələri üzrə iqtisadi əsaslandırılmış tariflərin hesablanması üçün metodologiyanın hazırlanması;

-       digər mənbələrdən, eləcə də alternativ və bərpa olunan enerji mənbələrindən istehlakçılara verilən istilik enerjisinin maya dəyərinin hesablanması üçün ümumi hesablama metodologiyasının hazırlanması;

-       əhali istehlakçı qrupu üzrə istilik tarifinin yaşayış sahəsinə görə deyil, mənzilin ümumi sahəsinə (faktiki isidilən sahəyə) görə müəyyən edilməsinin nəzərdən keçirilməsi;

-                                yaxın perspektivdə dövlət istilik təchizatı müəssisələrinin özünümaliyyələşdirmə prinsiplərinə keçidini təmin etmək üçün həmin müəssisələrin fəaliyyətində səmərəlilik faktoru nəzərə alınmaqla, tarif mexanizminin formalaşdırılması.

Gözlənilən nəticə və nəticə indikatorları

İstilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının təşkili prinsiplərinin müəyyən edilməsi və tənzimlənməsi, istilik təchizatı sistemlərinin tikintisində və istismarında texniki və ekoloji tələblərə əməl olunması, tarif sisteminin optimallaşdırılması etibarlı və dayanıqlı istilik təchizatı infrastrukturunun təmin edilməsində əsas amillərdəndir. Eyni zamanda, sahəyə investisiya qoyuluşu üçün əlverişli mühit yaradılması, bazar iqtisadiyyatı və kommersiya prinsiplərinin təşəkkül tapması sistemin səmərəliyinin artırılmasında əhəmiyyət kəsb edir.

Tələb edilən investisiya

Bu prioritetin icrası üçün investisiya tələb olunmur.

Gözlənilən risklər

Bu prioritetin icrası zamanı ciddi risklər gözlənilmir.

 

7.7.3. Prioritet 7.3. Mərkəzləşdirilmiş istilik təchizatı sistemində mövcud problemlərin qiymətləndirilməsi və aradan qaldırılması, sistemin səmərəliliyinin təmin edilməsi

Əsaslandırma

İstilik təchizatı sisteminin uzunmüddətli istifadəsi nəticəsində qazanxana və istilik şəbəkəsi avadanlıqlarının əksər hissəsi köhnələrək istismara yararsız vəziyyətə düşdüyünə, bəziləri isə istehsal-texniki parametrlərinin müasir tələblərə cavab vermədiyinə görə, mövcud şəbəkə iqtisadi cəhətdən səmərəsiz hesab olunur. Xərcləri əks etdirməyən tariflərin mövcudluğu və yığım səviyyəsinin aşağı olması nəticəsində istilik təsərrüfatları böyük ziyanla işləmiş, istilik enerjisinin istifadəsində xeyli itkilər olmuşdur.

Bununla yanaşı, ötən illər ərzində ölkədə istilik təchizatı sistemlərinin bərpası və inkişafı üzrə kompleks tədbirlər planı hazırlanmış, bu istiqamətdə əhəmiyyətli işlər görülmüş, yaşayış və sosial obyektlərdə istilik sistemlərinin yenidən qurulması işlərinə başlanılmışdır və hazırda bu işlər davam etdirilməkdədir.

Lakin hələ də bu sahə üzrə bir sıra problemlərin mövcudluğu istilik sistemlərinin səmərəliliyinə birbaşa mənfi təsir edir.

Görüləcək tədbirlər

Tədbir 7.3.1. İstilik təchizatı sistemində səmərəliliyin təmin edilməsi

“Azəristiliktəhizat” ASC səmərəli fəaliyyətin qurulması və qazanxanalarda xalis yanacaq səmərəliliyi səviyyəsinin yüksəldilməsi, habelə istilik enerjisinin istehsalı və ötürülməsi zamanı baş verən itkilərin səbəblərinin və bu itkilərin ən çox baş verdiyi sahələrin müəyyən edilməsi üçün mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək və bu qiymətləndirmənin nəticələrinə əsasən zəruri tədbirlər görəcəkdir. Həmçinin, Cəmiyyət müqayisəli araşdırmalar aparmaqla görüləcək zəruri tədbirlər üzrə tələb olunan vaxt qrafikini, habelə infrastrukturun yenidən qurulmasının mümkün xərclərini müəyyən etməklə, maliyyələşmə mənbəyini əks etdirən baş plan hazırlayacaq və xərclərə əməl olunmasını idarəetmə üzrə ƏİG-yə əlavə edəcəkdir.

Tədbir 7.3.2. İstilik xidməti üzrə büdcə təşkilatları üçün nəzərdə tutulan limitlərin optimallaşdırılması

İstilik haqlarının ödənişi məqsədilə büdcə təşkilatları üçün onların tələbatlarına uyğun limitlərin dəqiq müəyyən olunması və icra edilməsi məsələləri nəzərdən keçiriləcəkdir.

Tədbir 7.3.3. İsti su xidməti tariflərinin liberallaşdırılması

Respublika ərazisində isti su xidmətinin əhatə dairəsinin kiçik olduğunu, eləcə də Azərbaycan Respublikası kimi mülayim iqlim şəraitinə malik ölkələrdə (Türkiyə, Gürcüstan və s.) isti su xidmətinin mərkəzləşmiş qaydada verilməsinin məqbul hesab olunmadığını nəzərə alaraq, isti su sahəsində bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması məqsədilə isti su xidmətinin liberallaşdırılması istiqamətində tədbirlər görüləcəkdir.

 

Tədbir 7.3.4. İstilik enerjisinin istehsalına sərf olunan təbii qazın qiymətinin nəzərdən keçirilməsi

Mövcud qanunvericilikdə magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla, istehsal məqsədləri üçün təbii qaz istehlak edən (aylıq istehlak həcmi 10 milyon m3- dən az olmamaq şərtilə) müəssisələrə təbii qaz satışı üzrə müəyyən güzəştlərin tətbiq edildiyini nəzərə alaraq, orta aylıq sərfiyyatı 14,5 milyon m3-dən41 artıq olan "Azəristiliktəchizat" ASC-nin də bu güzəştdən yararlanmaq imkanları nəzərdən keçiriləcəkdir.

Gözlənilən nəticə və nəticə indikatorları

İstilik təchizatı sistemlərində mövcud problemlərin həlli ilə bağlı müəyyən edilən prioritetlərin həyata keçirilməsi nəticəsində istilik təsərrüfatlarının gəlirlərinin, ümumilikdə, 5,1 milyon manat artması proqnozlaşdırılır.

Əsas icra göstəriciləri:

●                      istilik haqlarının ödənişi məqsədilə büdcə təşkilatları üçün müəyyən edilmiş limitlərin tələb olunan faktiki tələbata uyğunlaşdırılması ilə bağlı – 3,4 milyon manat;

●                      əhali istehlakçı qrupu üzrə istilik tarifinin yaşayış sahəsinə görə deyil, isidilən mənzillərin ümumi sahəsinə görə müəyyən edilməsi ilə bağlı – 1,7 milyon manat.

Tələb edilən investisiya

Bu prioritetin icrası üçün investisiya tələb olunmur.

Gözlənilən risklər

Bu prioritetin icrası zamanı ciddi risklər gözlənilmir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

41 Mənbə: “Azəristiliktəchizat” ASC

 

8.     MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 2020-ci ilədək təxminən 8150 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

●            dövlət büdcəsi;

●            büdcədənkənar fondlar;

●            Sahibkarlığa Kömək Milli Fondunun və digər dövlət kredit və investisiya təşkilatlarının vəsaiti;

●            yerli büdcələr;

●            mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;

●            birbaşa xarici investisiyalar;

●            ölkə bank sisteminin kreditləri;

●            qiymətli kağızlar;

●            beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, qrantları, texniki yardımı;

●            qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş prioritet hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaqdır. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.

 

9.     İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

Strateji Yol Xəritəsinin icrası:

Koordinasiya və rəhbərlik: Qərarların qəbul edilməsinin sürətləndirilməsi, hesabatlılığın aydın müəyyən edilməsi və əlavə icra qabiliyyətinin formalaşdırılması üçün müvafiq koordinasiya və rəhbərlik təmin ediləcəkdir.

●   Strateji Yol Xəritəsi üçün yüksək siyasi səviyyədə qərarların qəbul edilməsinin sürətləndirilməsi mexanizmi yaradılacaqdır. Bu mexanizm qərarları qəbul edən şəxslər üçün digər əsas iştirakçılar tərəfindən proqramın tətbiq olunmasına lazımi rəhbərliyin təmin edilməsinə imkan verəcəkdir. Tətbiqin prioritetləri və konkret hədəflər ilə bağlı qərarlar bu mexanizm vasitəsilə qəbul ediləcəkdir.

●   Əsas icraçı təşkilat tədbirin vaxtında və mahiyyəti üzrə həyata keçirilməsi üçün ona aid hər bir prioritet və tədbir üzrə məsul şəxslər təyin edəcəkdir. Həmçinin, tədbirlər planında qeyd olunan digər qurumların iştirakı ilə prioritet üzrə məsul qurumların rəhbərliyi altında işçi qruplar yaradılacaqdır. İşçi qrupların hesabat toplantıları əsas icraçı təşkilatın rəhbərliyi ilə rüblük əsasda keçiriləcəkdir. İclaslarda rüb ərzində görülmüş işlər və növbəti dövr üçün nəzərdə tutulmuş fəaliyyətlər müzakirə ediləcəkdir. İşçi qruplar illik iş proqramı əsasında fəaliyyət göstərəcəklər. İşçi qrupun gündəlik iş rejimi və tapşırıqların bölgüsü məsul şəxs tərəfindən aparılacaqdır. Bir qayda olaraq, qrupun cari görüşləri məsul şəxsin təklifi ilə əsas icraçı təşkilatda keçiriləcəkdir. Əsas icraçı təşkilat işçi qrupun maneəsiz fəaliyyətini təmin etmək üçün zəruri şərait yaradacaq, tələb olunduqda isə kənar ekspertlərin texniki dəstəyindən yararlanmaq üçün addımlar atacaqdır.

●   Strateji Yol Xəritəsinin icra olunmasına nəzarətin aparılması, yaranan problemlərin həll olunması və ya qurumlar arasında əlaqələndirmənin düzgün təşkili məqsədilə müvafiq koordinasiya qurumu (“delivery unit”) müəyyən ediləcəkdir. Qurumun əsas işi tədbirlərin effektiv icrası məqsədilə zəruri qurumlar, proseslər və texnologiyalar arasında koordinasiyanın təşkili olacaqdır. Tədbirlər planı üzrə işçi qrupların ahəngdar işini, rüblük hesabatların ümumiləşdirilməsini və illik hesabatın hazırlanmasını koordinasiya qurumu tənzimləyəcəkdir. Bundan əlavə, həmin qurum digər qurumlar tərəfindən tələb olunan maliyyə və insan resurslarının təşkilinin təmin olunmasına və zəruri hallarda əlavə resursların təqdim edilməsinə nəzarət edəcəkdir.

Strateji uyğunlaşdırma və maliyyələşdirmə: Resurslardan səmərəsiz istifadənin və hədəflər arasında yarana biləcək ziddiyyətlərin qarşısının alınmasına imkan verən səmərəli icra prosesinə nail olunması məqsədilə Strateji Yol Xəritəsi sektorlar üzrə digər planlara və mövcud büdcələrə tam inteqrasiya olunacaqdır.

●   Aidiyyəti dövlət qurumlarının təklifləri əsasında bütün müvafiq strateji sənədlər Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq və zəruri hallarda mövcud qurumların funksiyaları hədəflərə müvafiq qaydada yenidən formalaşdırılacaqdır. Bu uyğunlaşdırma işlərinə şəffaf, ölçüləbilən tətbiq hədəfləri daxil ediləcək, bu barədə ictimaiyyətə məlumat veriləcək və prosesin izlənilməsində həmin hədəflərdən istifadə olunacaqdır.

●   İcraya rəhbərlik edilməsi, eləcə də tələb olunan resurslara və gözlənilən nəticələrə münasibətdə şəffaflığın təmin edilməsi üçün bütün prioritetlər üzrə

 

təqdim olunan tədbirlərə əsaslanan detallı icra planları işlənib hazırlanacaqdır. Təyin olunmuş aparıcı qurum icra planının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla yanaşı, planın tətbiq olunmasına bütün əsas qurumları və özəl sektoru cəlb edəcəkdir.

Maraqlı tərəflərin səfərbər edilməsi: Həm dövlət, həm də qeyri-dövlət sektorundan yerli və beynəlxalq tərəfdaşlar Strateji Yol Xəritəsinin icrası prosesinə cəlb olunacaqdır.

●   Əsas strateji tərəfdaşların müəyyən olunması və cəlb edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir. Hər bir prioritetin uğurla tətbiq olunması üçün çoxsaylı təşkilatların və maraqlı tərəflərin cəlb edilməsi tələb olunur. Hədəflərin uyğunlaşdırılması və lazımi əlaqələndirmənin təmin edilməsi məqsədilə, özəl sektor, dövlət müəssisələri və beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq maliyyə təşkilatları kimi kritik beynəlxalq tərəfdaşlarla işləmək üçün məşvərətçi şuralar və işçi komitələr yaradılacaqdır.

●   Strateji Yol Xəritəsinin geniş şəkildə dəstəklənməsi üçün vətəndaş cəmiyyəti və beyin mərkəzləri səfərbər ediləcək və cəlb olunacaqdır. Bundan əlavə, fəal kommunikasiya, şəffaflıq və cəlbolunma dövlət və özəl sektorun, eləcə də bütövlükdə cəmiyyətin və digər maraqlı tərəflərin səfərbər edilməsinə kömək edəcəkdir.

Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirilməsi

Tələb olunan alətlər, proseslər və digər vasitələrlə icranın uğurla həyata keçirilməsini təmin etmək üçün Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirilməsi aparılacaqdır. Monitorinq və qiymətləndirmə  aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritet üzrə gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır. Monitorinq və qiymətləndirmə beynəlxalq metodologiyalara uyğun tərtib edilmiş qaydalar əsasında aparılacaqdır.

İşçi qrupların illik iş proqramları koordinasiya qurumu ilə razılaşdırılaraq, əsas icraçı təşkilat tərəfindən təsdiqlənəcəkdir. İşçi qrupların rüblük iclasları koordinasiya qurumunun nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Rüb üzrə görülmüş işlərə dair hesabatı əsas icraçı təşkilat işçi qrupun rüblük iclasından ən azı 10 (on) gün əvvəl koordinasiya qurumuna təqdim edəcəkdir. Koordinasiya qurumu qeyd olunmuş hesabatın hərtərəfli təhlilini və qiymətləndirilməsini, həmçinin işçi qrupun rüblük iclasında baş tutmuş müzakirələri nəzərə alaraq, iclasın keçirilmə tarixindən 10 (on) gün müddətində rüblük monitorinqin nəticələrini və növbəti dövr üçün tövsiyələri əsas icraçı təşkilata təqdim edəcəkdir. Koordinasiya qurumu və əsas icraçı təşkilat monitorinq nəticələrinin və tövsiyələrin işçi qrupun gündəlik fəaliyyətində nəzərə alınması üçün tədbirlər görəcəkdir.

 

10.     TƏDBİRLƏR PLANI

Tədbirin adı

Əsas icraçı

Digər icraçılar

Nəticə indikatorları

İcra müddəti

Strateji hədəf 1. Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi

1.1. Müstəqil tənzimləyici orqanın və məqsədli fondun yaradılması, effektiv xidmət və yığım mexanizmlərinin, kadr təminatının formalaşdırılması

1.1.1.

Kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqanın yaradılmasının nəzərdən keçirilməsi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

●               Kommunal xidmətlər sektorunun inkişafı;

●               dövlət büdcəsinin yükünün azaldılması;

●               sektor üzrə liberallaşdırmanın həyata keçirilməsi.

2018

1.1.2.

Kommunal xidmətlər sektorunda məqsədli fondun yaradılmasının nəzərdən

keçirilməsi

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyası

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

2017

1.1.3.

Kommunal xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi

Vətəndaşlara Xidmət və Sosial

İnnovasiyalar üzrə Dövlət Agentliyi

“Azərenerji” ASC, “Azərişıq” ASC, “Azərsu” ASC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəristiliktəchizat” ASC,

“Azalternativenerji” MMC

2017-2020

1.1.4.

Kommunal xidmət haqları üzrə yığımın təkmilləşdirilməsi

İqtisadiyyat Nazirliyi

Tənzimləyici orqan

2017-2018

 

 

 

1.1.5.

Kommunal xidmətlər

sektorunda kadr potensialının təkmilləşdirilməsi

Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi

 

Təhsil Nazirliyi

 

 

2017-2020

 

1.1.6.

Kommunal xidmətlər sektorunda təkmil normativ hüquqi bazanın yaradılması

İqtisadiyyat Nazirliyi

Tənzimləyici orqan, Ədliyyə Nazirliyi

 

2017

Strateji hədəf 2. Tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi

2.1. Milli istehsal portfelinin ehtiyat həcminin artırılması

 

 

 

 

 

2.1.1.

 

 

 

 

Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması

 

 

 

 

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC

●               2020-ci ildə real ÜDM- in 130 milyon manat birbaşa və 85 milyon manat dolayı olmaqla, 215 milyon manat artması;

●               5085 yeni iş yerinin yaradılması;

●               istehsal gücünün 1000 MVt artırılması üçün əlavə investisiya qoyuluşunun həyata keçirilməsi (hazırda planlaşdırılan 900

MVt-dan əlavə olaraq);

●               investisiya qoyuluşlarının yaradılacaq yeni istehsal gücləri üzrə şaxələndirilməsi.

 

 

 

 

 

2017

 

 

 

 

2.1.2.

 

 

Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması

 

 

 

 

Energetika Nazirliyi

Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə

Dövlət Agentliyi, “Azərenerji” ASC,

 

 

 

 

2017

 

 

 

 

 

Azərbaycan

Respublikası Dövlət Neft Şirkəti

 

 

 

 

 

 

 

2.1.3.

 

 

 

 

İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi

 

 

 

 

Energetika Nazirliyi

Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,

“Azərenerji” ASC

 

 

 

 

 

2017-2018

 

 

 

 

 

2.1.4.

 

 

 

 

Əlavə istehsal güclərinin yaradılması

 

 

 

 

Energetika Nazirliyi

Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,

“Azərenerji” ASC

 

 

 

 

 

2017-2020

2.2. Milli istehsal portfelinin şaxələndirilməsi

 

2.2.1.

Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər

●               2020-ci ildə real ÜDM- in 50 milyon manat birbaşa və 20 milyon manat dolayı olmaqla,

 

2017

 

 

 

 

 

Akademiyası, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,

“Azərenerji” ASC

70 milyon manat artması;

●       270 yeni iş yerinin yaradılması;

●       enerji portfelinin şaxələndirilməsi məqsədilə 350 MVt külək, 50 MVt günəş enerjisinin və 20 MVt bioenerjinin əldə edilməsinə investisiya qoyuluşunun həyata keçirilməsi

●       qənaət edilmiş təbii qazın (təbii qaz qurğularından) Trans- Adriatik qaz kəməri və Trans-Anadolu qaz kəməri (TAP/TANAP) vasitəsilə Avropaya ixrac olunması.

 

 

 

 

 

2.2.2.

 

 

 

İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə

formasının seçilməsi

 

 

 

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi, Tənzimləyici orqan, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə

Dövlət Agentliyi

 

 

 

 

2017-2018

 

 

 

2.2.3.

 

 

Görülən tədbirlərlə bağlı ictimaiyyətin

məlumatlandırılması

 

 

 

Energetika Nazirliyi

Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Azərenerji” ASC

 

 

 

2017-2020

2.3. İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi

 

2.3.1.

İxrac imkanlarının araşdırılması

Energetika Nazirliyi

Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi,

●               2020-ci ildə real ÜDM- in 70 milyon manat birbaşa və 45 milyon

 

2017-2018

 

 

 

 

 

“Azərenerji” ASC

manat dolayı olmaqla, 115 milyon manat artması;

●               Gürcüstanın elektrik enerjisi idxalının 50 faizinin, Türkiyənin isə 20 faizinin təmin edilməsi.

 

 

 

 

 

2.3.2.

 

 

 

İxrac potensialının reallaşdırılması üçün texniki- iqtisadi əsaslandırmaların hazırlanması

 

 

 

 

Energetika Nazirliyi

Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,

“Azərenerji” ASC

 

 

 

 

2017-2018

 

 

 

 

2.3.3.

 

 

 

İxracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupun yaradılması

 

 

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə

Dövlət Agentliyi, “Azərenerji” ASC

 

 

 

 

2017

Strateji hədəf 3. Dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün

mexanizmlərin işə salınması

3.1. Elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə

 

 

3.1.1.

 

 

Elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi

 

 

“Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tarif (qiymət) Şurası

●               2020-ci ildə real ÜDM- in 70 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, 75 milyon manat artması;

●               kombinə edilmiş

 

 

2017-2020

 

 

 

 

3.1.2.

 

Elektrik stansiyalarının özəlləşdirilmə imkanlarının nəzərdən keçirilməsi

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC

dövrəyə malik, seçilmiş qaz turbin stansiyaları üçün xalis yanacaq səmərəliliyinin (istehsal edilmiş elektrik enerjisinin sərf edilən yanacağın miqdarına nisbəti) 50 faizədək artırılması;

●               1 MVt-lıq təbii qaz stansiyasının modernləşdirilməsi üçün maksimum 300 min ABŞ dolları məbləğində investisiya qoyuluşu;

●               səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

 

 

2017-2020

 

 

 

 

 

 

 

 

3.1.3.

 

 

 

 

 

 

 

 

İnvestor seçmək üçün tenderlərin elan edilməsi

 

 

 

 

 

 

 

 

Energetika Nazirliyi

 

 

 

 

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi, Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC

 

 

 

 

 

 

 

 

2017-2020

3.2. Elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi

 

 

3.2.1.

Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi

 

Energetika Nazirliyi

 

Tənzimləyici orqan, “Azərenerji” ASC, “Azərişıq” ASC

●               2020-ci ildə real ÜDM- in 24 milyon manat birbaşa və 1 milyon manat dolayı olmaqla, 25 milyon manat artması;

 

 

2017

3.2.2.

Modernləşdirmə işləri üçün baş

“Azərenerji” ASC,

Energetika

2017

 

 

 

planın hazırlanması

“Azərişıq” ASC

Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

●               elektrik enerjisinin itki səviyyəsinin Bakıda 8,5 faizdən 7 faizədək, regionlarda isə 12 faizdən 8 faizədək azaldılması.

 

 

3.2.3.

Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi

 

Energetika Nazirliyi

Tənzimləyici orqan, “Azərenerji” ASC, “Azərişıq” ASC

 

2017

 

3.2.4.

 

İtkilərin azaldılması üçün sayğacların quraşdırılması

 

“Azərişıq” ASC, “Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017-2018

 

 

3.2.5.

Elektrik enerjisinə yaranacaq tələbatın qarşılanması məqsədilə elektrik şəbəkələrində işlərin aparılması

 

“Azərişıq” ASC, “Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

 

2017-2020

 

3.2.6.

Elektrik enerjisinin ötürülmə və paylanma sisteminin təkmilləşdirilməsi

 

“Azərişıq” ASC, “Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017-2020

 

3.2.7.

Ötürücü və paylayıcı şəbəkə üzrə məlumat bankının yaradılması

 

“Azərişıq” ASC, “Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017-2020

 

3.2.8.

 

İtkilər barədə ictimaiyyətin məlumatlandırılması

 

“Azərişıq” ASC, “Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017-2020

 

3.2.9.

İtkilərin azaldılması layihələrinin prioritetləşdirilməsi

“Azərişıq” ASC, “Azərenerji” ASC

Tənzimləyici orqan, Energetika Nazirliyi,

 

2017-2020

 

 

 

 

 

İqtisadiyyat Nazirliyi

 

 

3.3. İstehlakda səmərəliliyin yüksəldilməsi üçün optimal mexanizmlərdən istifadə

 

 

3.3.1.

İstehlakçılarla istehsalçıların maraqlarının uzlaşdırılması üçün optimal qiymətlərin müəyyənləşdirilməsinin nəzərdən keçirilməsi

 

Tarif (qiymət) Şurası

 

Tənzimləyici orqan, İqtisadiyyat Nazirliyi

●               2020-ci ildə real ÜDM- in 125 milyon manat birbaşa və 45 milyon manat dolayı olmaqla, 170 milyon manat artması;

●               elektrik enerjisi istehlakında səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qazın TAP/TANAP layihələri vasitəsilə Avropaya ixracı.

 

 

2017-2020

 

3.3.2.

Elektrik enerjisindən istifadə modellərinin müzakirə olunması

 

Tarif (qiymət) Şurası

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017

 

3.3.3

İstehlakçıların sərfiyyat proqnozlarının nəzərdən keçirilməsi

 

Tarif (qiymət) Şurası

Tənzimləyici orqan, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017

3.4. Effektiv tənzimləmə və hərrac mexanizmlərinin yaradılması

 

 

3.4.1.

Elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi

 

Energetika Nazirliyi

Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,

Tənzimləyici orqan

●               təkmilləşdirilmiş yeni qanunvericilik bazasının yaradılması;

●               sektor üzrə liberallaşdırmanın həyata keçirilməsi;

●               dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin hazırlanması.

 

 

2017

 

3.4.2.

Topdansatış bazarının yaradılması

 

Tənzimləyici orqan

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

2017-2020

 

 

3.4.3.

 

Özəlləşdirmənin həyata keçirilməsi məqsədilə istehsal aktivlərinin prioritetləşdirilməsi

 

 

Tənzimləyici orqan

Əmlak Məsələləri Dövlət Komitəsi, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

 

2017-2020

 

 

 

 

3.4.4.

 

Dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin hazırlanması

 

 

Tənzimləyici orqan

Əmlak Məsələləri Dövlət Komitəsi, Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

 

 

2017-2020

Strateji hədəf 4. Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması

4.1. Təbii qazın paylanması ilə bağlı bütün növ itkilərin minimuma endirilməsi

 

 

4.1.1.

 

Mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsi və inkişaf planının hazırlanması

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

●               2020-ci ildə real ÜDM- in 85 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, 90 milyon manat artması;

●               340 yeni iş yerinin yaradılması;

●               bütün regionlar üzrə təbii qazın paylanması zamanı baş verən texniki itki səviyyəsinin 8 faizədək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8 faizdən aşağı olarsa, bunun eyni səviyyədə qalacağı ehtimal edilir);

●               təbii qaz təchizatı sisteminin beynəlxalq standartların tələblərinə uyğun olaraq

 

 

2017

 

 

4.1.2.

 

Qazpaylama xətlərinin tikintisi üçün tenderlərin elan edilməsi

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

 

 

2017-2020

 

 

4.1.3.

 

Tikinti fəaliyyəti ilə bağlı əsas icra göstəricilərinin (ƏİG) müəyyənləşdirilməsi

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

 

 

2017

 

 

4.1.4.

Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin

tətbiqinin nəzərdən keçirilməsi

 

Energetika Nazirliyi

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

 

 

2017-2018

 

4.1.5.

Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası

 

2017-2018

 

 

 

mənbələrlə təminatının həyata keçirilməsi

 

Dövlət Neft Şirkəti

modernləşdirilərək təkmilləşdirilməsi;

●               istehlakçıların təbii qaza dinamik artan tələbatının etibarlı şəkildə təmin edilməsi;

●               təbii qaz istehlakının proqnozlaşdırılmasının asanlaşdırılması və şəbəkədə ehtimal olunan itkinin qısa zamanda aşkarlanması;

●               təbii qaz təchizatı sahəsində mövcud olan texniki problemlərin aradan qaldırılması;

●               istehlakda səmərəliliyin artımı hesabına qənaət edilmiş təbii qazın (təbii qaz emalı zavodlarının) TAP/TANAP layihələri vasitəsilə Avropaya

ixracı.

 

Strateji hədəf 5. Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması

5.1. İçməli və tullantı su infrastrukturunun tətbiqinin genişləndirilməsi

5.1.1.

İnfrastrukturun olmadığı

ərazilər üzrə qiymətləndirmə

“Azərsu” ASC

İqtisadiyyat

Nazirliyi,

●               2020-ci ildə real ÜDM-

in 25 milyon manat

2017

 

 

 

aparılması

 

Tənzimləyici orqan

birbaşa və 15 milyon manat dolayı olmaqla, 40 milyon manat artması;

●               kommersiya itkiləri səviyyəsinin 20 faizdən ən azı 14 faizədək azaldılması;

●               tullantı sularının toplanması səviyyəsinin 46

faizdən 65 faizədək artırılması;

●               sayğacı olmayan qeydiyyatlı istifadəçilərin payının 26 faizdən 5 faizədək

azaldılması.

 

 

5.1.2.

Sayğaclaşma səviyyəsinin yüksəldilməsi və qeyri-əhali qrupu üzrə tam başa

çatdırılması

 

“Azərsu” ASC

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

 

2017-2018

 

 

 

 

 

5.1.3.

 

 

 

 

İnfrastruktura investisiya qoyuluşları üzrə tenderlərin elan edilməsi

 

 

 

 

 

“Azərsu” ASC

 

 

 

 

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

 

 

 

 

 

2017-2020

Strateji hədəf 6. Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi

6.1. İtkilərin minimuma endirilməsi, sudan istifadə tariflərinin optimallaşdırılması və tələb olunan infrastruktur üçün investisiyalar cəlb etməklə su istehlakında səmərəliliyin yüksəldilməsi

 

6.1.1.

Şəbəkənin hərtərəfli qiymətləndirilməsi aparılmaqla, itkilərin minimum səviyyəyə çatdırılması

 

“Azərsu” ASC

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan

●               2020-ci ildə real ÜDM- in 12 milyon manat birbaşa və 8 milyon manat dolayı olmaqla, 20 milyon manat artması;

●               “Azərsu” ASC-nin paylanmada olan itkilərinin 31 faizdən 25 faizədək endirilməsi.

 

2017-2020

 

 

6.1.2.

 

 

Su ehtiyatlarından səmərəli istifadə məqsədilə tədbirlər görülməsi

 

 

Nazirlər Kabineti

İqtisadiyyat Nazirliyi,  Tarif (qiymət) Şurası,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar

 

 

2017

 

 

 

 

 

Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC,

“Azərsu” ASC, Tənzimləyici orqan

 

 

 

6.1.3.

Su və kanalizasiya xidmətləri

üzrə optimal tarif səviyyəsinin nəzərdən keçirilməsi

Tarif (qiymət) Şurası

İqtisadiyyat

Nazirliyi, “Azərsu” ASC

 

2017-2020

 

 

6.1.4.

Su və kanalizasiya xidmətlərindən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramların hazırlanması

 

 

İqtisadiyyat Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Tarif (qiymət) Şurası, Tənzimləyici orqan

 

 

2017-2020

Strateji hədəf 7. Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması

7.1. Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı

sisteminin genişləndirilməsi

 

 

7.1.1.

 

İstilik mənbələrinin yaradılması, bərpası və yenidən qurulması

 

 

“Azəristiliktəchizat” ASC

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, MİDA,

Tənzimləyici orqan

●               2020-ci ildə real ÜDM- in 12 milyon manat artması;

●               950 yeni iş yerinin yaradılması;

●               səmərəlilik nəzərə alınmaqla, istilik enerjisi istehsalının həcminin 2015-ci illə müqayisədə 427 min Qkal artaraq, 1767 min Qkal-a çatdırılması;

●               istiliklə təmin edilən yaşayış binalarının

 

 

2017-2020

 

 

 

7.1.2.

 

 

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi

 

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa

Olunan Enerji Mənbələri üzrə

 

 

 

2017-2020

 

 

 

 

 

Dövlət Agentliyi,

“Azəristiliktəchizat” ASC

sayının 50,4 faiz artırılaraq 5689-a çatdırılması;

●               550-yə yaxın yaşayış binasında texniki cəhətdən nasaz olan istilik təchizatı sisteminin əsaslı şəkildə təmir edilməsi ilə istilik təchizatının yaxşılaşdırılması.

 

 

 

 

 

 

7.1.3.

 

 

 

 

Enerji səmərəliliyinin və enerjiyə qənaətin yaxşılaşdırılması

 

 

 

 

“Azəristiliktəchizat” ASC

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji

Mənbələri üzrə Dövlət Agentliyi

 

 

 

 

 

2017-2018

 

 

7.1.4.

İstilik enerjisindən istifadə zamanı ətraf mühitin qorunması üçün tədbirlər görülməsi

 

“Azəristiliktəchizat” ASC

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi

 

 

2017-2020

 

 

 

 

 

7.1.5.

 

 

 

 

İstilik təchizatı üçün enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi

 

 

 

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, “Azəristiliktəchizat” ASC,

Tənzimləyici orqan, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji

Mənbələri üzrə Dövlət Agentliyi

 

 

 

 

 

2017-2018

 

 

7.2. Normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional tədbirlərin görülməsi və istilik tariflərinin

optimallaşdırılması

 

 

7.2.1.

 

İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

 

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan, “Azəristiliktəchizat”

ASC

 

●               etibarlı və dayanıqlı istilik təchizatı infrastrukturunun təmin edilməsi.

 

 

2017

 

 

7.2.2.

 

İstilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi

 

Energetika Nazirliyi

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan,

“Azəristiliktəchizat” ASC

 

 

2017-2020

 

 

7.2.3.

 

İstilik təchizatı üzrə tariflərin təkmilləşdirilməsinin nəzərdən keçirilməsi

 

Tarif (qiymət) Şurası

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan, “Azəristiliktəchizat” ASC

 

 

2017-2020

7.3. Mərkəzləşdirilmiş istilik təchizatı sistemində mövcud problemlərin qiymətləndirilməsi və aradan qaldırılması, sistemin səmərəliliyinin təmin edilməsi

 

 

 

 

 

7.3.1.

 

 

 

 

İstilik təchizatı sistemində səmərəliliyin təmin edilməsi

 

 

 

 

“Azəristiliktəchizat” ASC

Energetika Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji

Mənbələri üzrə Dövlət Agentliyi

●               istilik təsərrüfatlarının gəlirlərinin, ümumilikdə, 5,1 milyon manat artırılması.

 

 

 

 

 

2017-2020

7.3.2.

İstilik xidməti üzrə büdcə

Maliyyə Nazirliyi

Energetika

2017-2020

 

 

 

təşkilatları üçün nəzərdə tutulan limitlərin

optimallaşdırılması

 

Nazirliyi,

İqtisadiyyat Nazirliyi, Tənzimləyici orqan, “Azəristiliktəchizat” ASC

 

 

 

 

7.3.3.

 

 

İsti su xidməti tariflərinin liberallaşdırılması

 

 

Nazirlər Kabineti

İqtisadiyyat Nazirliyi, Tarif (qiymət) Şurası,

“Azəristiliktəchizat” ASC

 

 

2016

 

 

 

7.3.4.

 

 

İstilik enerjisinin istehsalına sərf olunan təbii qazın qiymətinin nəzərdən keçirilməsi

 

 

 

Nazirlər Kabineti

İqtisadiyyat Nazirliyi, Tarif (qiymət) Şurası,

“Azəristiliktəchizat” ASC,

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

 

 

 

2017