XƏBƏRLƏR

PDF faylını alÇapE-poçt

 

Rayonların elektrik təsərrüfatının yaxşılaşdırılması işləri davam etdirilmişdir

Şərur rayon Yeni Havuş və Xətai kəndlərində və Şahbuz rayonunda Türkeş kəndində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar Elektrik Şəbəkəsi tərəfindən görülən işlər tamamlanmışdır. Habelə hazırda Badamlı mineral zavodun elektrikləşməsi işləri aparılır.

Naxçıvan MR Dövlət Energetika Xidməti tərəfindən muxtar respublika elektrik sahəsinə investisiya qoyuluşları ötən dövrdə də davam etdirilmişdir. Şərur rayon Yeni Havuş və Xətai kəndlərində aparılan abadlıq və yenidənqurma işləri zamanı 6 ədəd yeni ağaç dayaqlar basdırılmış, elektrik təçhizatının yaxşılaşdırılması üçün 400 kVA gücündə yeni transformator məntəqəsi qurulmuş, 1200 metr uzunluğunda özünüdaşıyan izolyasiyalı hava xətti çəkilmiş, xətlərdə qırıq izolyatorlar yenisi ilə əvəz edilmişdir. Yenidənqurma işləri ilə əlaqədar həmin yaşayış məntəqələrində 3 transformator yarımstansiyasında əsaslı təmir işləri aparılmış, 15 hava elektrik dirəyi münasib əraziyə köçürülmüşdür.

Həmçinin Şahbuz rayonunda Türkeş kəndində yenidənqurma işləri zamanı 100 metr məftil çəkilmiş, yeni dayaqlar, dəmir beton dayaq və traverslər quraşdırılmış, 100 ədəd 100 kVa gücündə transformator yenisi ilə əvəz olunmuşdur. Həyata keçirilən quruculuq işləri zamanı 59 metr yeraltı kabel xətti çəkilmiş və 6811 metrlik müxtəlif təyinatlı özünü daşıyan elektrik verilişi xəttləri çəkilmişdir. Bununla yanaşı rayonun Badamlı kəndi ərazisində muxtar respublikanın və bütövlükdə Kiçik Qafqaz regionunun brend mineral suyu Badamlı üçün tikilən zavodun elektrikləşməsi işləri sürətlə aparılır. Badamlı hava xəttinin yüksək keyfiyyətlə icra edilməsi üçün xarici ölkələrdən müasir qurğular satın alınmışdır. Hazırda elektrik xətlərinin çəkilməsi işləri Yüksək Gərginlikli EŞ tərəfindən icra olunur.

Mətbuat xidməti


Normal 0 21 false false false TR X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Normal Tablo"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin-top:0cm; mso-para-margin-right:0cm; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0cm; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-fareast-language:EN-US;}

 


Muxtar respublikada istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunur

Nəşr edilib 19.10.2019 09:07 |

20 oktyabr Energetiklər Günüdür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.
Azərbaycanda elektroenergetikanın inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlanmış, enerji sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər görülmüşdür. Müstəqillik illərində də ölkəmizdə ulu öndərin rəhbərliyi ilə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi, 2017-ci ildə həmin ərazidə 2 meqavat, 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik stansiyalarının qurulması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir”.

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün geniş imkanlar açır. Hazırkı dövrdə ümumi enerji istehsalının 70 faizə qədəri alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu sahədə görülən işlərin davamı olaraq bu il avqustun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə müqavilə imzalanmışdır. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır. Gələcəkdə Naxçıvanın enerji təhlükəsizliyinə töhfə verəcək Tivi və Qazançı Su Elektrik stansiyalarının, Culfa və Ordubad rayonları ərazisində yeni Külək Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. Bu da muxtar respublikanın etibarlı enerji ilə təminatına öz töhfəsini verəcəkdir.
Son illər Şərur, Ordubad, Kəngərli, Şahbuz, Babək və Naxçıvan şəhər elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, elektrik yarımstansiyaları yenidən qurulmuşdur. Bundan əlavə, yaşayış məntəqələrində yeni elektrik xətlərinin çəkilməsi, transformatorların yenilənməsi fasiləsiz elektrik təminatında mühüm rol oynamışdır.

Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulmuş, istifadə olunmuş enerji haqqının sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Naxçıvan və Şərur şəhərlərində, Babək qəsəbəsində mənzillərə ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə reallaşdırılan tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Muxtar respublikanın energetika işçiləri bundan sonra da əhalinin keyfiyyətli elektrik enerjisi ilə təminatı üçün səylərini əsirgəməyəcəklər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti


Energetika işçiləri payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işləri müzakirə ediblər

 

21.09.2019 12:52

Bu münasibətlə sentyabrın 21-də keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məruzəilə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Energetika Xidmətinədə bir sıra tapşırıqlar verilib.

kollegiya

Bu məqsədlə mövsüm ərəfəsində avadanlıqların normal istismarının təşkili məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün lazımi avadanlıq və material ehtiyatının yaradılması, istismar və təmir zamanı briqadaların mühafizə vasitələri ilə komplektləşdirilməsinə nəzarətin gücləndirilməsi, işçilərin qış mövsümünə uyğun geyimlərlə təchiz edilməsi, elektrik enerjisinin istehsalı, nəqli və paylanması zamanı mövcud infrastrukturun yenilənməsinin davam etdirilməsi təmin olunmalıdır. Həmçinin elektrik qurğularında baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün qəza-bərpa briqadalarının yaradılması, elektrik qurğularında mövcud qusurların aşkar edilməsi məqsədi ilə elektrik xətlərinə və transformator yarımstansiyalarına növbədənkənar baxışların keçirilməsinin təşkili, elektrik enerjisi itkisinin minimum həddə saxlanması üçün görülən tədbirlərin davam etdirilməsi, ifrat gərginlikdən mühafizə qurğularının sazlığının yoxlanması və lazım gələrsə yenilənməsinin təşkili, artıq yüklənmiş güc transformatorlarının daha güclüləri ilə əvəz edilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bundan əlavə, qış aylarında mövsümlə əlaqədar işləməyən, ehtiyacı olmayan qurğuları qidalandıran transformator yarımstansiyalarının dövrədən açılmasının, o cümlədən onlarda rele mühafizəsi və avtomatika qurğularında növbədənkənar yoxlama və sınaq işlərinin aparılmasının, sistemdə reaktiv gücün kompensasiya edilməsi məqsədilə tələb olunan sahələrdə və gücdə statik kondensator batareyalarının quraşdırlması işlərinin təşkili, elektrik stansiyalarında və şəbəkələrdə yağla işləyən avadanlıqlarda yağın miqdarı və keyfiyyətinə diqqətin artırılması və energetika xidmətində avadanlıqların qış rejiminə keçirilməsinə nəzarət təmin edilməlidir.

Xidmət rəisi diqqətə çatdırıb ki, elektrik enerjisi tələbatçılarının etibarlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi mövcud elektrik qurğularının daimi işlək və saz vəziyyətdə olmasından asılıdır. Bu məqsədləNaxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava  elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi işləri davam etdirilibvə qarşıdakı aylarda da bu işlər davam etdirləcəkdir.

Vurğulanıb ki,  muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq  qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhəri, Babək qəsəbəsi və Şərur şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların say 24437 ədəd olub. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı isə cari ilavqustun 31-dək olan tarixə 93 min 675 ədəd təşkil edib.

Vurğulanıb ki, son illər muxtar respublikada işlədicilərin etibarlı və fasiləsiz enerji ilə təchiz edilməsində avadanlıqların yenilənməsi və yeni enerji istehsalı mənbələrinin istifadəyə verilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib ki, bunlar muxtar respublika rəhbərinin enerji sektorunun inkişafına göstərdiyi daimi diqqət və qayğının nəticəsində mümkün olub. Bunu yaxşı başa düşən energetiklər bundan sonra da öz fəaliyyətlərini muxtar respublika rəhbərliyinin tələbləri və tapşırıqları əsasında quraraq əhalinin etibarlı enerji ilə təchiz edilməsinə çalışacaqdır.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.


Çin hökuməti tərəfindən muxtar respublikaya mobil elektrik stansiyaları veriləcək


28.08.2019 09:32

http://serqqapisi.az/images/2019/08/28/20190826-aSa-9.jpg

Avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında müqavilə imzalanmışdır.
Müqaviləni Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadi-ticari məsələlər üzrə məsləhətçisi Vanq Çunqanq imzalamışlar.
Müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasına dəyəri 4 milyon 969 min manat olan 2 dəst 200 kilovat gücündə dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil Günəş elektrik stansiyası, 410 dəst Günəş suqızdırıcısı və 6 dəst 10 kilovatlıq Külək-Günəş hibrid elektrik stansiya qurğusu təmənnasız veriləcəkdir. Layihənin təchizatçısı Çinin “Hebei Maşın İdxal və İxrac şirkəti”dir. Avadanlıqlar 110 gün müddətində muxtar respublikaya çatdırılacaq, şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq və yerli mütəxəssislərə təlim keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası

Dövət Energetika Xidmətinin mətbuat xidməti



 

Naxçıvan Duz Muzeyini ziyarət

 

24 avqust tarixində Dövlət Eneregetika Xidmətinin kollektivi Naxçıvan Duz Muzeyini ziyarət etmişdir.

 

Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. Ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.

Naxçıvan duzla bağlı inam və adətlərlə zəngindir. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş olunan bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” duza verilən böyük dəyərin ifadəsidir.

Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən, muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daş duzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Bununla bağlı duzdan hazırlanmış loqotip Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirir.

Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.

Xidmətin kollektivi sonda xatirə şəkli çəkdirmişdir.

 

 


 

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası tikiləcək


09.08.2019 16:53 |

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrində istifadə əsas yer tutur. Bu sahədə görülən işlərin davamı olaraq Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş elektrik stansiyası tikiləcəkdir.
Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Günəş Elektrik Stansiyasının inşası ilə bağlı müqavilə imzalanmışdır.
Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, Dövlət Enenrgetika Xidmətinin rəisi Namiq Paşayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov aidiyyəti üzrə məlumat vermişlər. Qeyd olunmuşdur ki, ümumi gücü 3 meqavat olacaq Günəş elektrik stansiyası üçün Kəngərli rayonunun Qabıllı kəndində kənd təsərrüfatına yararlı olmayan ərazi seçilmişdir. Stansiya İsveçrənin “Pure Energy Development” SARL şirkəti tərəfindən qurulacaq və şirkətin istehsalı olan ən müasir günəş panellərindən istifadə olunacaqdır.
İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami yenidən Naxçıvanda olmaqdan, eləcə də Günəş elektrik stansiyasının qurulmasında muxtar respublika ilə əməkdaşlıqdan böyük məmnunluq duyduqlarını bildirmişdir. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılacağını və ən son texnologiyalardan istifadə olunacağını diqqətə çatdıran Mişel Kalerami təmsil etdiyi şirkətin kollektivi adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov elektrik enerjisinə olan tələbatın ilbəil artdığını bildirərək demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, yeni Günəş və su elektrik stansiyaları inşa olunur. Son illər Babək rayonunda 22 meqavat, Kəngərli rayonunda 2 meqavat gücündə Günəş elektrik stansiyaları tikilmişdir. Hazırda Araz çayı üzərində su elektrik stansiyasının inşası davam etdirilir. Bütün bunlar enerji təminatını yaxşılaşdırmaqla yanaşı, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırır və bu sahənin daha da müasirləşdirilməsinə imkan verir. 3 meqavatlıq Günəş elektrik stansiyası da Dövlət Energetika Xidmətinin gəlirləri hesabına inşa olunacaqdır. Bütün bunlar muxtar respublikanın inkişafının göstəricisidir.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 3 meqavatlıq yeni Günəş elektrik stansiyasının qurulması barədə müqavilə imzalanmış, xatirə şəkli çəkdirilmişdir.

XƏBƏRLƏR


Cari ilin ötən dövrünün yekunları müzakirə olunub

09.07.2019 09:02

Cari ilin birinci yarısının yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev çıxış edib. O bildirib ki, 2019-cu ilin ilk yarısı ərzində muxtar respublikanın elektroenergetika sisteminin inkişafını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası təmin olunub. Belə ki, bu dövrdə muxtar respublikanın elektrik şəbəkələrinə 214 milyon 720 min 701 kilovat-saat elektrik enerjisi daxil olub. 
Diqqətə çatdırılıb ki, 2019-cu ilin altı ayı ərzində İran İslam Respublikasına 25 milyon 449 min kilovat-saat elektrik enerjisi verilib, bu ölkədən 16 milyon 470 min kilovat-saat elektrik enerjisi alınıb. Ümumilikdə, 2019-cu ilin altı ayında Naxçıvandakı elektrik stansiyalarında 198 milyon 250 min 701 kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu enerjinin 63,4 faizi su elektrik stansiyalarında, 27,3 faizi istilik elektrik stansiyalarında, 9,3 faizi Günəş Elektrik Stansiyasında istehsal olunub. 
Vurğulanıb ki, Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istismara verilərək Günəş Elektrik Stansiyasının layihə gücü 24 meqavata çatdırılıb, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilməkdədir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə yeni layihələrin həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qruplarının yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi qarşıya mühüm vəzifələr qoyulub.

Sonra məruzə ətrafında çıxışlar­ dinlənilib.

 


 

 

Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verildi

Yaradılıb 07.06.2019

Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir.

İyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir. 
Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında səylərini əsirgəməyəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ötən əsrin 90-cı illərində muxtar respublikada elektrik enerjisinə olan tələbat idxal hesabına ödənilirdi. Lakin ötən dövrdə ölkəmizdə energetikanın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni su və günəş elektrik stansiyaları, modul elektrik stansiyası istifadəyə verilmiş, qaz-turbin elektrik stansiyası yenidən qurulmuşdur. İstehsal olunmuş elektrik enerjisinin istehlakçılara keyfiyyətli çatdırılması da diqqətdə saxlanılmış, yeni yarımstansiyalar tikilmişdir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik enerjisinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada müasir elektrik avadanlıqlarından istifadə olunur. Həmin avadanlıqların uzunömürlü olması elektrik enerjisinin keyfiyyətli verilməsindən asılıdır. Bu da yarımstansiyaların müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Həyata keçirilən bu işlər bir tərəfdən əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin edirsə, digər tərəfdən isə enerji itkisinin qarşısını alır. Muxtar respublikada energetika sahəsində görülən işlər, qurulan müasir yarımstansiyalar daxili imkanlar - ödənilmiş enerji haqqları hesabına həyata keçirilir. Ona görə də elektrik enerjisi haqqları bundan sonra da tam yığılmalı, enerjidən qənaətlə istifadə olunmalıdır. Bu gün istifadəyə verilən yarımstansiya Babək rayonunun elektrik istifadəçilərinin 20 faizinə xidmət göstərəcəkdir. Yarımstansiya üzrə tələbat yay aylarında 1,8, qış aylarında isə 1,2 meqavatdır. Quraşdırılan müasir avadanlıqlar imkan verəcəkdir ki, yarımstansiya uzun illər istehlakçılara keyfiyyətli xidmət göstərsin. Bu isə energetika sahəsində qazanılan nailiyyətdir. Qarşıda duran əsas vəzifə də əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən, qurulanları qorumaqdan və onlardan səmərəli istifadə etməkdən ibarətdir.
Ali Məclisin Sədri inzibati binanın tikilməsində və yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür etmiş, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır. 
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Bildirilmişdir ki, 35/10 kilovoltluq yarımstansiyanın idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar və bufet birinci mərtəbədə, iş otaqları və iclas zalı isə ikinci mərtəbədə yerləşir.
Yenidənqurma işləri aparılarkən yarımstansiyanı qidalandıran 35 kilovoltluq və yarımstansiyadan qidalanan 10 kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilmiş, bu məqsədlə 1,2 kilometr uzunluğunda 35 kilovoltluq, 1,8 kilometr uzunluğunda 10 kilovoltluq yeni xətlər çəkilmişdir. 8 meqavoltamper gücündəki yarımstansiyada hər biri 4 meqavoltamper gücündə 2 ədəd 35/10 kilovoltluq güc transformatorları, rele mühafizəsi və avtomatik qurğular ilə təchiz edilmiş kommutasiya aparatları quraşdırılmışdır. Həmçinin avadanlıqların normal iş prosesinə məsafədən nəzarətin həyata keçirilməsi üçün yarımstansiya optik kabellər və lazımi nəzarət qurğuları ilə təchiz edilmişdir.
Həyətdə də abadlıq işləri aparılmış, 2 anbar binası tikilmiş, yaşıllıq salınmışdır. 
Məlumat verilmişdir ki, muxtar respublikada yüksək gərginlikli elektrik xətlərinə xidmət göstərmək üçün Dövlət Energetika Xidmətinə yeni “Mercedes-benz” markalı xidməti avtomobil alınmışdır. 
Ali Məclisin Sədri istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisindən qənaətlə istifadə olunması və maarifləndirmə işlərinin görülməsi barədə tapşırıqlar vermişdir.

 

 


 

 


Ali təhsil ocağında görüş

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin hamiliyinə verilmiş Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələ­bələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, müvafiq sərəncamın icrası nəticəsində hami təşkilat və universitet arasında əlaqələr genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, dayanıqlı əmək bazarının yaradılmasına xidmət edib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev vurğulayıb ki, yeni layihələrin (startapların) hazırlanması, hami təşkilatlar tərəfindən dəyərləndirilməsi, təqdimatların keçirilməsi günün tələbidir. Bununla bağlı sərəncamın icrasını təmin etmək məqsədilə xidmətdə ekspert qrupu yaradılıb.
Diqqətə çatdırılıb ki, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması məqsədilə ötən dövrdə xidmətin rəsmi saytı yenilənib və saytda “Startap layihələri” bölməsi yaradılıb.
Xidmətin aparıcı məsləhətçisi Yunis Seyidov vurğulayıb ki, müasir dövrdə bütün elm sahələrində olduğu kimi, elektroenergetika sahəsində də innovasiyalar, yeni təşəbbüslər və ideyalar irəli sürülür. Elektroenergetika sahəsində, əsasən, enerjinin istehsalı, nəqli və məişətdə istifadəsində startaplar mühüm əhəmiyyət kəsb edir.
Sonda tələbələrin sualları cavablandırılıb, təklifləri dinlənilib.


 

Dövlət Energetika Xidmətinin kollektivi Dövlət Bayrağı Muzeyində

 

Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr. eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir.

30 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin kollektivi Dövlət Bayrağı Muzeyini ziyarət etmişdir. Dövlət Bayrağı Muzeyi zəngin ekspozisiyaya malikdir.

Azərbaycan Respublikasının dövlət atributları və tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib.




 

Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanları artırılır

Nəşr edilib 13.03.2019 09:18

 

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpaolunan enerji növlərinin inkişafına möhkəm zəmin yaradır. Bu məqsədlə yeni texnoloji avadanlıqlar əsasında elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda Naxçıvanın ümumi enerji istehsalının 70 faizdən çoxunu alternativ və bərpaolunan enerji təşkil edir. Muxtar respublikada bu sahədə qazanılmış uğurları bərpaolunan enerji mənbələrindən geniş istifadə edən Avropa İttifaqı ölkələrindən Avstriya, İsveç, Danimarka kimi ölkələrlə müqayisə etmək mümkündür.
Məlum olduğu kimi, blokada şəraitində saxlanılan Naxçıvan Muxtar Respublikasında müstəqilliyin ilk illərində böyük enerji böhranı yaşanmış, qonşu ölkələrdən idxal edilən elektrik enerjisi hesabına bu problemin qismən aradan qaldırılmasına nail olunsa da, enerji əhaliyə uzun illər fasiləli şəkildə verilirdi. Müstəqillik illərindən, təxminən, 15 il sonra – 2005-2006-cı illərdə enerji təhlükəsizliyinin təmini və daxili tələbatın etibarlı mənbələr hesabına ödənilməsi üçün müxtəlif dövlət proqramları qəbul olunub, onların həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 2 may tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2005-2006-cı illərdə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən turbinlər qaz yanacağı ilə iş rejiminə keçirilib, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası çox qısa müddətdə – cəmi 8 ay ərzində tikilib quraşdırılıb, 2005-ci ildə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyasının tikintisi başa çatdırılıb, 2010-cu ildə Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası istismara verilib. Sonrakı illərdə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq 2014-cü ildə 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları tikilib istismara verilib.
Hazırda muxtar respublikada mövcud olan 8 elektrik stansiyasından 5-i su, 2-si istilik və Günəş Elektrik stansiyalarıdır. Həmin elektrik stansiyalarının 7-si müstəqillik dövründə tikilib istifadəyə verilib. Muxtar respublikanın enerji ilə təminatında əsas layihə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri isə hazırda davam etdirilir.
Son illərdə muxtar respublikanın enerji ilə təminatında su resursları ilə yanaşı, günəş enerjisi ilə qidalanan stansiyaların tikintisi də geniş vüsət alıb. Görülən işlər yaxın gələcəkdə muxtar respublikanın ümumi enerji istehsalının alternativ və bərpaolunan enerji hesabına ödənilməsinə xidmət edir.
Qeyd edək ki, muxtar respublikada 20 meqavatlıq ilk Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında ölkə Prezidentinin iştirakı
ilə istifadəyə verilib. 2017-ci ilin sentyabr ayında 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının açılışı olub. Bu il fevral ayının 22-də isə Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Stansiyada dünya standartlarına cavab verən son model müasir panellər quraşdırılıb. Şüşətipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. İl ərzində 3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək stansiyada tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə aparılıb. Həmin stansiyanın ətrafında günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılıb, 2 günəş paneli quraşdırılıb. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınan badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir. Günəş panelləri ilə çalışan yeni sub­artezian quyusu muxtar respublikada kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi baxımından ən son yenilikdir.
Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat-saata çatdırılıb.
Muxtar respublikada elektroenergetika sahəsində müasir infrastruktur yaradılması vacib amildir. Buna görə də yeni elektrik stansiyalarının tikintisi zamanı ən son texnoloji avadanlıqlar quraşdırılır, layihə işləri Qərb ölkələrinin bu sahə üzrə ixtisaslaşmış enerji firmaları tərəfindən həyata keçirilir.
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə reallaşdırılan tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti

 

 


 

 

 

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

22.02.2019 17:40

Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir.
Fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikanın elektroenergetika sektoru davamlı inkişaf mərhələsindədir. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə də mühüm əhəmiyyətə malikdir. Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından minnətdarlıq etmişdir.

İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami çıxış edərək demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunur. Bu işdə qarşılıqlı əməkdaşlıqdan “Pure Energy Development” SARL Şirkətinin kollektivi böyük məmnunluq duyur. Naxçıvan Muxtar Respublikasının qəlbimdə dərin yeri vardır. Gələcəkdə də muxtar respublika ilə əməkdaşlığı davam etdirəcəyik. Günəş elektrik stansiyasının qurulmasında göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə minnətdarlıq edirik”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir.

Qeyd olunmuşdur ki, muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada yeni texnologiyaların tətbiqi və bu sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas götürülür. Ona görə də yeni texnologiyalar tətbiq olunmaqla yanaşı, həm də onları idarə edəcək mütəxəssislər hazırlanmalıdır. Bu gün muxtar respublikada üçüncü Günəş Elektrik Stansiyası istifadəyə verilir. 20 meqavatlıq birinci Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının 2017-ci ilin sentyabr ayında açılışı olmuşdur. Bu gün isə 2 meqavatlıq Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilir.
Ali Məclisin Sədri bu münasibətlə istifadəçiləri və kollektivi təbrik edərək demişdir: Qurulan yeni Günəş Elektrik Stansiyası səmərəli istismar olunmalıdır. Stansiyada dünyada qəbul olunmuş son model müasir panellər quraşdırılıb. Şüşə tipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. Eyni zamanda bu panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7 hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik Stansiyası muxtar respublikamızın inkişafına, dayanıqlı elektrik enerjisi təminatına və yeni mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri Günəş Elektrik Stansiyasının qurulmasında əməyi olanlara, xüsusilə “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yeni Günəş Elektrik Stansiyası kənd təsərrüfatı üçün yararsız ərazidə qurulub. 2 meqavat gücündəki Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilmişdir. İl ərzində 3 milyon kilovatsaat elektrik enerjisi istehsal ediləcək stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılmış, 7452 “şüşə-şüşə” tipli günəş panelləri, hər birinin gücü 50 kilovatt olan 41 invertor, içərisində kommutasiya aparatları və digər elektrik avadanlıqları qoyulmuş 2 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılmış və idarəetmə binası tikilmişdir.
Stansiyada yeraltı aşağı və yüksək gərginlikli xətlər, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilmişdir. İdarəetmə binası 35 kilovoltluq kommutasiya avadanlıqları ilə təmin edilmişdir. Yaxınlıqda yerləşən 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasına qoşulmaq ücün 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti çəkilmiş, ərazi çəpərlənmiş, siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunmuşdur. Quraşdırılan yeni meteoroloji stansiya ərazidə hava şəraitinə, yağıntının və rütbətin miqdarına nəzarət etməyə imkan verir. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat saata çatdırılmışdır.

 

Günəş panelləri ilə işləyən subartezian quyusu qazılmışdır

Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılmışdır.
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov subartezian quyusuna baxmışdır.
Məlumat verilmişdir ki, 60 metr dərinliyi olan subartezian quyusunun günlük su verimi 8,5 tondur. Su nasosunun elektrik təminatı quraşdırılan 2 günəş paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınmış badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Günəş Elektrik Stansiyasının və subartezian quyusunun istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması, subartezian quyularının elektrik təminatında günəş panellərindən istifadə imkanlarının araşdırılması və tətbiqi barədə tapşırıqlar vermişdir.

 


Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

16.01.2019 09:55

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını giriş sözü ilə xidmətin rəisi Namiq Paşayev açıb.
Bildirilib ki, ötən il ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 457 milyon 905 min 325 kilovat-saat elektrik enerjisi daxil olub. Bunun 31 milyon 964 min kilovat-saatı İran İslam Respublikasından alınıb, qalanı isə muxtar respublikanın elektrik stansiyaları tərəfindən ödənilib. Bəhs olunan dövrdə İran İslam Respublikasına 31 milyon 992 min kilovat-saat elektrik enerjisi verilib.
Qeyd edilib ki, 2018-ci ildə xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, ötən il muxtar respublikanın şəhər, rayon və kəndlərində 32 ədəd 10/04 kilovoltluq yeni transformator yarım­stansiyası quraşdırılıb, 41,2 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib. 76,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik xətlərində təmir işləri aparılıb. Təmir işləri zamanı 38,9 kilometr uzunluğunda müxtəlif en kəsikli SİP markalı izolə edilmiş məftillərdən istifadə olunub. Həmçinin bəhs edilən dövrdə Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 107 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Vurğulanıb ki, ötən il Naxçıvan şəhəri və Babək qəsəbəsində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların quraşdırılması işləri uğurla aparılıb, bu tip sayğacların sayı, ümumilikdə, 22 min 891-ə çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi


Payız-qış mövsümündə əhali fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək

26.11.2018 09:05

Müasir iqtisadi və mədəni həyatda elektrik enerjisi tətbiq olunmayan yer tapmaq çətindir. Məhz elektriklə işləyən cihaz, maşın və avadanlıqlar hər yerdə rahatlıq yaradır, evlərimiz isti, yollarımız çıraqban olur. Elektrik enerjisinin kəsilməsi nəticəsində törənən problemlər isə həmişə ciddi zərərlər verdiyindən bunların vaxtında həlli aid qurumlar qarşısında qoyulan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsi işlərini davam etdirir.

Energetiklər bu payız-qış mövsümünə də ciddi hazırlaşıblar. Soyuq keçən aylarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmini üçün elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Bundan başqa, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması işləri də görülüb. Müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi də həyata keçirilib. Bu məqsədlə Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb və ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə tutulur. Bundan əlavə, görülən işlər çərçivəsində Naxçıvan şəhərində 6 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib, müxtəlif gücdə 9 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb. 3,3 kilometr uzunluqlu 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib.

Bu istiqamətdəki tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilib. Ümumilikdə, Dövlət Energetika Xidməti tərəfindən 2018-ci ilin on ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 25 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 32,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib. 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib. 2018-ci ilin on ayı ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 92 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Hazırda Naxçıvan şəhəri və Babək qəsəbəsində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 22 min 580-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Ötən dövrdə qurum tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını davam etdirib. Xidmət tərəfindən xarici ölkələrin firma və şirkətləri ilə bağlanmış müqavilələr əsasında ağac dirəklər, qoruyucusu olan ayırıcılar, müxtəlif en kəsikli AER markalı özünüdaşıyan kabellər və XLPE markalı yüksəkgərginlikli və alçaqgərginlikli kabellər alınaraq muxtar respublikaya gətirilib.
Dövlət Energetika Xidmətinin müvafiq strukturları tərəfindən elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər ardıcıl şəkildə həyata keçirilib. 2018-ci ilin on ayı ­ərzində, ümumilikdə, işlədicilərə dəyəri 27734,2 min manat təşkil edən 331816 min kilovat-saat elektrik enerjisi verilib


Enerji təhlükəsizliyi iqtisadi inkişafın əsas meyarıdır

20.10.2018 09:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.
Azərbaycanda elektroenergetikanın inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlanılmış, enerji sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər görülmüşdür. Müstəqillik illərində də ölkəmizdə ulu öndərin rəhbərliyi ilə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. 
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavatdır.

2000-ci ildən başlayaraq muxtar respublikanın elektrik şəbəkələrinin dayanıqlığının yüksəldilməsi, əhalinin etibarlı və keyfiyyətli elektrik enerjisi təchizatı üçün yeni yüksəkgərginlikli transformator yarımstansiyalarının tikilməsi, mövcud yarımstansiyaların yenidən qurulması işləri həyata keçirilir. Culfa rayonunda 50 meqavoltamper güclü 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyası, Babək rayonunda Araz Su Elektrik Stansiyasında 50 meqavoltamper güclü 132/110/10 kilovoltluq “Araz” yarımstansiyası, Şərur rayonu ərazisində 80 meqavoltamper güclü 154/110/35 kilovoltluq “Arpaçay” transformator yarımstansiyası tikilib istismara verilmişdir. Bundan əlavə, müxtəlif güclü yeni 110 kilovoltluq “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Sement zavodu” transformator yarımstansiyaları tikilmiş, 110 kilovoltluq “Naxçıvan”, “Şərur”, “Ordubad”, “Koroğlu”, “Xalçaçılıq”, “Qıvraq” yarımstansiyaları ən müasir avadanlıqlar qoyularaq yeni ərazidə quraşdırılmış, beləliklə, xidmətin balansında olan 110 kilovolt və yuxarıgərginlikli transformator yarımstansiyalarının hamısının müasir şəkildə yenidən qurulması təmin edilmişdir. 35 kilovoltluq “Xətai”, “Sənaye qovşağı”, “Xanlıqlar”, “Kərimbəyli”, “Nehrəm”, “Şahbuz” yarımstansiyaları da müasir avadanlıqlarla təchiz olunmuşdur. Son illər ərzində Şərur, Ordubad, Kəngərli, Şahbuz və Naxçıvan şəhər elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilmişdir. Hazırda Babək Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi aparılır.

Bu gün muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmışdır. Enerji təhlükəsizliyinin təmin olunmasında, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə energetika sektorunda davamlı inkişafı təmin etmiş, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində müasir infrastruktur yaradılmışdır. Hazırda muxtar respublikada günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 70 faizindən çoxunu təşkil edir.
Muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi və layihələndirilməsi işləri davam etdirilir. 36 meqavatlıq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir. Gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyası və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması, Naxçıvan Günəş Elektrik Stansiyasının genişləndirilərək gücünün 30 meqavata qədər artırılması üçün layihə işləri hazırlanır. Culfa rayonunda gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki iqtisadi əsaslandırılması üçün də ölçü qurğuları quraşdırılmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər barədə demişdir: “Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb... Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır”. 
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır. 
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulmuş, istifadə olunmuş enerji haqqının sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Naxçıvan şəhərində və Babək qəsəbəsində mənzillərə ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. İndiyədək 22 min 277 belə sayğac quraşdırılmışdır. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin kollektivi yaşayış məntəqələrinin, istehsal və xidmət sahələrinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatını daim diqqət mərkəzində saxlayır. Energetika xidməti işçiləri bundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti


Dövlət Energetika Xidmətinin kollektivi Bəhruz Kəngərli muzeyində

01.10.2018 09:33

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin kollektivi Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyində ənənəvi olaraq baş tutan şənbə gəzintisində muzey ziyarətində olmuşlar. Muzeyin bələdçiləri muzeydə sərgilənən eksponantlar haqqında kollektivə məlumat vermiş, görkəmli sənət ustası, rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Energetiklər dahi rəssamın əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Bəhruz Kəngərli muzeyi rəssamın orijinal əsərlərinin sərgiləndiyi bir məkandır. Burada rəssamın Qaçqınlar və başqa mövzulu bədii sənəd nümunələri sərgilənir. Bəhruz Kəngərli Naxçıvan torpağının yetışdirdiyi istedadlı fırça ustasıdır.

 

Qeyd olundu ki, görkəmli rəssamın yaradıcılığının əsas hissəsi mənzərə janrında ərsəyə gətirdiyi nümunələrdən ibarətdir. Rəssamın öz elinə torpağına bağlılığı onun bir rəssam kimi yetişməsinə təsirsiz ötuşməmişdir.

Rəssam "Qaçqınlar" mövzusunda öz fırçası ilə daşnakların torətdikləri qırğınları, deportasiyaları realist sənətkar kimi çox dəqiq əks etdirərək millətimizin uzləşdiyi faciələri gələcək nəsillərə çatdıra bilmişdi. Rəssam qısa ancaq mənalı ömründə sanballı sənəd nümunələri ilə erməni millətçilərinin vandalizmini dünyaya çatdırmışdır. Bu silsilədən olan "Qaçqın qız", "Yurdsuz alilə", "Ayaqyalın qaçqın oğlan" və s. əsərlər təkcə sənətkarlıq nümunəsi kimi deyil, dərin ictimai və siyasi ideya daşıyan tarixi sənəd kimi də dəyərlidir.

Sonra Energetiklər muzey gəzintisinin ardından Heydər Əliyev sarayında “Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı”nda iştirak etmişdir. Həmin sərgi-satışda bir-birindən gözəl rəsm və əl işlərinin sərgiləndiyi stendlərə baxılmış, Xidmətin rəhbər şəxsləri və kollektivi müxtəlif hədiyyəlik əşyalar satın almışdır.

Sərgi-satışda Naxçıvan Muxtar Respublikasının mədəniyyəti, tarixi zənginlikləri və milli dəyərləri ilə bağlı hazırlanmış müxtəlif sənət nümunələri sərgilənirdi. Sərgidə qədim adət ənənələri özündə əks etdirən əşyalar satışa çıxarılmış, o cümlədən Mömünə Xatun Türbəsi və başqa tarixi abidələrin kiçik maketləri hazırlanmışdır. Hazırlanan nümunələr vətəndaşlar tərəfindən maraqla qarşılanmışdır.

 

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti

_________________________________________________________________________________________________________________________________________________

2018-08-14  09:38:55

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını xidmətin rəisi Namiq Paşayev açaraq məruzə ilə çıxış edib. 
Bildirilib ki, 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Energetika Xidmətinə müvafiq tədbirlər görülməsi məqsədilə bir sıra tapşırıqlar verilib. Bu tapşırıqların icrasını həyata keçirmək üçün xidmətin bütün struktur bölmələri lazımi göstərişlərlə təlimatlandırılıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin yeddi ayında elektrik stansiyalarında 248 milyon 423 min 589 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb. Bu enerjinin 110 milyon 967 min 900 kilovat-saatı və ya 44,7 faizi su, 20 milyon 946 min kilovat-saatı və ya 8,4 faizi günəş, 116 milyon 509 min 689 kilovat-saatı və ya 46,9 faizi isə istilik elektrik stansiyalarında istehsal edilib. Alternativ və bərpaolunan enerji mənbələrində 131 milyon 913 min 900 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,1 faizini təşkil edir.
Vurğulanıb ki, 2018-ci ilin yeddi ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun əsaslı və cari təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarımstansiyalarının qoyulması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib. Bundan əlavə, Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb, ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə ­tutulub.
Xidmət rəsi bildirib ki, xidmətin istismar sahəsinə daxil olan elektrik qurğularında istər nəzərdə tutulan əsaslı təmir işlərinin aparılması, istərsə də baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədilə xarici ölkələrin firma və şirkətləri ilə bağlanmış müqavilələr əsasında ağac dirəklər, qoruyucusu olan ayırıcılar, müxtəlif en kəsikli AER markalı kabellər və XLPE markalı yüksəkgərginlikli və alçaqgərginlikli kabellər, kabel başlıqları, müxtəlif güclü 10/0,4 kilovoltluq güc transformatorları, müxtəlif en kəsikli alüminium məftillər alınaraq muxtar respublikamıza gətirilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

Xəbərlər şöbəsi

_________________________________________________________________________________________________________________________________________________________________________

2018-08-09  09:04:26

Naxçıvan şəhərinin elektrik enerjisi ilə təminatı yüksək səviyyədədir

Muxtar respublikamızda aparılan qətiyyətli və ardıcıl siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, energetika sahəsində də böyük nailiyyətlər əldə edilib, şəhər və rayonlarda müasir enerji infrastrukturu yaradılıb. Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatı məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, köhnəlmiş enerji bloklarının yenidən qurulması və stansiyaların istismar rejimlərinin yaxşılaşdırılması bu istiqamətdə atılan mühüm addımlardır. Sevindirici haldır ki, bu gün muxtar respublikanın mərkəzindən ucqar dağ kəndinədək bütün ərazilərdə sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunublar.
Paytaxt Naxçıvan şəhəri günü-gündən inkişaf edir, qurulan emal və istehsal müəssisələrinin sayı ilbəil daha da artır, məskunlaşma çoxalır. Bütün bunlar, təbii ki, öz növbəsində, elektrik enerjisinə tələbatı da yüksəldir. Təqdirəlayiq haldır ki, aidiyyəti təşkilatların səyi ilə bu sahədə ciddi problemlər yaşanmır, baş verən kiçik nöqsanlar da vaxtında öz həllini tapır. Ötən illərdə olduğu kimi, cari ilin 6 ayında da Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün məqsədyönlü işlər görülüb. Şəbəkədən aldığımız məlumata görə, bəhs olunan dövrdə yarımstansiyalara baxış keçirilib, aşkar olunan nöqsan və qəza halları vaxtında aradan qaldırılıb, əsaslı təmir işləri aparılıb. Elektrik enerjisi itkilərini azaltmaq məqsədilə Naxçıvan Dövlət Universitetinin ərazisində yerləşən 35/0,4 kilovoltluq 400 kilovat gücündə 1, Tumbul kəndində 10/0,4 kilovoltluq 630 kilovat gücündə 1, Qaraxanbəyli kəndi ərazisində 10/0,4 kilovoltluq 160 kilovat gücündə 1, “Cahan İnşaat” MMC-yə məxsus 320 kilovat gücündə 1, “Dizayn” MMC-yə məxsus 630 kilovat gücündə 2, 1000 kilovat gücündə 1 ədəd transformator şəbəkədən açılaraq ehtiyatda saxlanılıb.

Şəbəkə üzrə əhalinin elektrik enerjisi təchizatının keyfiyyətini yaxşılaşdırmaq üçün 84 ədəd elektrik hava xətti dirəkləri quraşdırılıb, 2,6 kilometr uzunluğunda yeni elektrik hava xətti çəkilib, 5,2 kilometrə qədər yararsız AS markalı naqillər yenilənib. Həmçinin qəzalı vəziyyətdə olan 56 elektrik hava xətti dirəyinə beton altlıqlar vurulub, əsaslı təmir işləri aparılıb. Gücü 100 kilovat olan 2 yarımstansiya əsaslı təmir olunaraq şəbəkənin balansına daxil edilib, 2 “Selskoy” tipli komplekt transformator paylayıcı stansiyası müasirləri ilə əvəz olunub. Bundan başqa, şəhərin ayrı-ayrı ərazilərində sakinlərin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün müasir tələblərə cavab verən yeni yarım­stansiyalar quraşdırılıb, müxtəlif uzunluqda elektrik hava xətləri yeraltı kabellərlə əvəzlənib.
Məlumatda o da bildirilir ki, Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri cari ilin 6 ayında da uğurla həyata keçirilib. Bu dövr ərzində 541 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 21 min 864-ə çatdırılıb. Muxtar respublika paytaxtında elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilib, əhali arasında maarifləndirici tədbirlər aparılıb. Ümumilikdə, hesabat dövründə Naxçıvan şəhəri üzrə 50 milyon 244 min kilovat-saat elektrik enerjisi sərf olunub, bunun müqabilində 4 milyon 196 min manat vəsait toplanıb ki, bu da verilmiş enerjinin dəyərinin 100 faizini təşkil edir.
Qeyd edək ki, son illərdə muxtar respublikada yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, yarımstansiyaların, elektrik verilişi şəbəkələrinin davamlı fəaliyyəti təmin olunub. Bu sahədə görülən işlərin nəticəsidir ki, elektrik enerjisinə tələbat daxili istehsal hesabına tam ödənilir, eyni zamanda ixrac olunur. Əldə edilən uğurlar muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin bəhrəsidir.

Nail Əsgərov

__________________________________________________________________________________________________________________________________________________________________________

2018-08-04  09:05:17

Naxçıvanın gecələri də gündüzləri kimi işıqlıdır

“Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir

Şərur rayonundakı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları haqqında yazı hazırlayarkən qeyri-ixtiyari olaraq neçə illər əvvəl yaşadığımız qaranlıq gecələrimizi xatırladım. Və əslində, o günlər heç unudulası da deyil. Çünki normal həyat tərzinin təmin edilməsində elektrik enerjisinin oynadığı rolu bu gün hər kəs yaxşı bilir. Elə o illərdə yaranmış bir ifadə də yadıma düşür: Allah heç kimi işıqla imtahana çəkməsin.

Bu gün qürur duyuruq ki, o imtahandan çıxa bildik. Yurd yerinin sabahına, onun insanlarının taleyinə cavabdehlik hissi bu problemin həllində başlıca amil oldu. Daha dəqiq desək, nəinki həmin problem aradan qaldırıldı, həmçinin muxtar respublika enerji idxal olunan bir diyardan enerji ixrac edən bir məmləkətə çevrildi. Həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Bu stansiyalar qədim diyarımızın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Sovet hakimiyyəti illərində cəmi 1 su elektrik stansiyası olan muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində onların sayı xeyli artıb. Faktlara nəzər salaq. Əvvəlcədən mövcud olan 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası, 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasının işə salınması, turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücünün artırılaraq 60 meqavata çatdırılması, sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə elektrik stansiyasının, Ordubadda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının fəaliyyətə başlaması muxtar respublikada enerji təhlükəsizliyini tam təmin edir. Belə tədbirlərin nəticəsidir ki, diyarımız artıq enerji ixrac edir. Bu stansiyalar içərisində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da rolu var.

Şərur rayonunda tikintisinə 2011-ci ildə başlanmış 150 milyon kubmetr su tutumlu Arpaçay Su Anbarının suyundan istifadə etməklə 20,5 meqavat güclü derivasiyatipli “Arpaçay-1” Su Elektrik Stansiyasının tikintisi dövründə 1100 metr uzunluqlu 3,9 metr diametri olan tunel qazılıb, betonlaşdırılıb, suqəbuledici qurğuda qapılar qoyulub, stansiya üçün bina tikilib, suötürmə kanalından turbinlərə suyu ötürmək üçün yüksək­təzyiqli metal borudan istifadə olunub. Stansiyada Avstriyanın “Andritz” firmasından alınmış iki ədəd 7,75 meqavat güclü və bir ədəd 5 meqavat güclü turbinlər, Fransanın “Leroy-Somer” firmasından alınmış müvafiq güclü generatorlar quraşdırılıb, burada istehsal olunan elektrik enerjisini elektrik şəbəkələrinə ötürmək üçün 30 meqavoltamper gücündə transformator yarımstansiyası tikilib, 10 kilometr uzunluqlu 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. İl ərzində 60 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulan stansiyada tikinti-quraşdırma, sınaq-sazlama işləri 2013-cü ilin sonlarında tamamilə başa çatdırılıb. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi, nəzarət-mühafizə sistemləri yaradılıb. Bu da stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir. Binada 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılıb. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılıb. Stansiya 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Stansiyanın açılışında dövlət başçısı deyib: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz Vayxır, Biləv Su Elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda Naxçıvanın ixrac potensialı da artsın”.
O da vurğulanmalıdır ki, Naxçıvanda Günəş Elektrik Stansiyasının işə salınması ilə bu rəqəm 239,4-ə çatdırılıb. 
Qeyd edək ki, 2017-ci il ərzində “Arpaçay-1” Su Elektrik Stansiyasında 49 milyon 183 min kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da muxtar respublika ərazisində mövcud su elektrik stansiyalarında istehsal olunan enerjinin 29 faizini təşkil edir.
Həmin gün “Arpaçay-2” Su Elektrik Stansiyası da istifadəyə verilib. Bu işlər ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” imzaladığı Sərəncam əsasında aparılıb. Sərəncama əsasən “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb. Arpaçay Su Anbarının aşağı gölü üzərində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik Stansiyası cəmi 1 il ərzində tikilib başa çatdırılıb. 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə işə salınan stansiyada Avropa Birliyi ölkələrində istehsal olunmuş turbinlər, generatorlar, avtomatika, rele mühafizəsi və idarəetmə qurğuları qoyulmuş bu stansiya il ərzində 3,5 milyon kilovat-saata qədər elektrik enerjisi istehsal etmək gücünə malikdir. Stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən, paylayıcı funksiyanı yerinə yetirən stansiya əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əl­verişli imkanlar yaradıb.
2017-ci il ərzində “Arpaçay-2” Su Elektrik Stansiyasında 2 milyon 468 min kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu da muxtar respublika ərazisində mövcud su elektrik stansiyalarında istehsal olunan enerjinin 1,43 faizini təşkil edir.

Onu da qeyd edək ki, hər iki stansiyanın su anbarlarından götürülən sudan min hektarlarla əkin sahələri suvarılır. Həmçinin bu obyektlərin istifadəyə verilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsirini göstərib, 20 nəfər özünə daimi iş yeri tapıb.

Bəli, bu gün Naxçıvanın gecələri də gündüzləri kimi işıqlıdır. “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir.

 

__________________________________________________________________________________________________________________________________________________________________________

 

2018-08-03  09:04:26

Enerji təhlükəsizliyinə diqqət artırılır

İstifadə etdiyimiz maddi nemətlər arasında ərzaq və enerji öz əhəmiyyətinə görə həmişə seçilir. Xüsusən isti yay günlərində elektrik enerjisinə olan tələbatın artması ilə onun istehsalı və istifadəsinə olan diqqət də artır. 
Elektrik enerjisi günün 24 saatı ərzində ehtiyac duyulan tələbatlardandır. Davamlı və keyfiyyətli elektrik enerjisi təkcə qaranlıqda qalmamaq üçün zəruri deyildir. Elektrik enerjisi kəsilsə, qışda evimiz isti, yayda sərin olmayacaq, yollarda, xüsusən şəhərdaxili yollarda hərəkət dayanacaq, məktəbdə dərslər, xəstəxanalarda müayinə və müalicə yarımçıq qalacaq, əkinlər susuzluqdan yanacaq, evdəki, marketdəki ərzaq xarab olacaq, radio, televiziya yayımları dayanacaq, qəzetlər çap olunmayacaq, internet kəsiləcək. Çörək zavodlarının, iqtisadiyyatımızın əsas gəlir gətirən müəssisələrinin də işinin dayanmasını buraya əlavə etsək, daimi elektrik təminatının həyati əhəmiyyətini bir daha görərik. 
Bu baxımdan bol olduqda bəzən laqeyd yanaşdığımız, qıt olduqda isə əsl problemlər yaradan enerji sarıdan təhlükəsizliyə nail olmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, hər bir vətəndaşın, enerji istehlak edən hər bir şəxsin maariflənməsinə ehtiyac vardır. Xüsusən enerjidən düzgün istifadə, ona qənaət üçün yeni texnologiyalardan yararlanmaq, evdə və işdə onların tətbiqi min bir zəhmətlə başa gələn qiymətli enerji resurslarımızdan səmərəli istifadəyə imkan yaradır. Ona görə də enerji təhlükəsizliyinin təmin olunması baxımından elektrik enerjisinin istehsalı, onun itkisiz nəql olunması, satışının və haqqının toplanması və ona qənaət olunması məsələləri həmişə kompleks şəkildə diqqətdə saxlanılır.

Enerjidən asılı olmağın yaratdığı çətinliklər Naxçıvanda, demək olar ki, hər kəsə tanışdır. Çox da uzaq olmayan keçmişə bir anlıq nəzər salsaq, cəmisi bir elektrik stansiyasının ümidinə qalmış Naxçıvanda blokada şəraitinin ən çətin dövrlərini görərik. O dövrdə enerji qıtlığının iqtisadiyyatı iflic vəziyyətə salması sosial-mədəni həyata da ciddi təsirini göstərir, insanların həyat səviyyəsi aşağı düşürdü.

Artıq həmin vaxtlardan keçən müddət ərzində muxtar respublikada enerji təhlükəsizliyi sarıdan görülən irimiqyaslı işlər öz bəhrəsini verib. Enerji təsərrüfatında müasir infra­struktur yaradılıb, enerjinin hasil olunmasından istehlakınadək yeni texnologiyaların tətbiqinə nail olunub, ən əhəmiyyətlisi isə insanların enerjidən istifadəyə münasibəti dəyişilib. İndi artıq hər sahədə olduğu kimi, enerjidən istifadədə də insanlar bunu milli sərvətimizin bir hissəsi kimi qəbul edir, enerjiyə qənaət etməklə bərabər, ona israfçılıqla yanaşanları da qınayırlar. Çünki Azərbaycan karbo­hidrogen enerji resursları ilə zəngin olsa da, bunlar, ümumilikdə, bizim iqtisadi təhlükəsizliyimizdə mühüm rol oynayır və ona qənaət hər bir vətəndaşın borcudur. 
Hazırda Naxçıvanda enerji təhlükəsizliyi daha çox alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunub. Muxtar respublikanın daxili imkanları hesabına istifadəyə verilən və əksəriyyəti də hidroelektrik stansiyaları və regionda ən böyük Günəş Elektrik Stansiyası olan güc mənbələri əhalinin məişət ehtiyaclarının və eləcə də sənaye və kənd təsərrüfatının tələbatını tam şəkildə ödəməyə imkan yaradıb. 87 meqavat gücündə Naxçıvan ­Modul Elektrik Stansiyası, 22 meqavat gücündəki Naxçıvan Günəş Elektrik Stansiyası, 4,5 meqavatlıq Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyası, 22 meqavatlıq Biləv, 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4 meqavatlıq “Arpaçay-2” Su Elektrik stansiyaları ilə yanaşı, tikinti işləri davam etdirilən, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyası və texniki-iqtisadi cəhətdən əsaslandırılması aparılan 14 meqavat layihə güclü Tivi və 3,5 meqavat layihə güclü Qazançı Su Elektrik stansiyaları, habelə Culfa rayonu ərazisində tikintisinin texniki-iqtisadi əsaslandırılması aparılan külək elektrik stansiyası muxtar respublikanın enerji potensialının gələcəkdə daha da artması üçün görülən işlərdəndir. 
Hazırda Naxçıvanın çox böyük elektrik enerjisi potensialı vardır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsinə daxil olan elektrik stansiyalarının ümumi qoyuluş gücü toplamda 239,4 meqavat təşkil edir. Ayrıca, 2018-ci ilin altı ayında bu elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu enerjinin də 44,93 faizi su elektrik stansiyalarının, 8,84 faizi isə Naxçıvan Günəş Elektrik Stansiyasının payına düşüb. Şübhəsiz, tikintisi davam etdirilən və layihələndirilən stansiyaların işə düşməsi ilə gələcəkdə bu güc daha da artacaq. Bunun reallığa çevrilməsi üçün isə muxtar respublikada hər cür təbii, texniki, maliyyə və insan resursları vardır. Naxçıvan Dövlət Universitetində Energetika mühəndisliyi ixtisasının açılması, köhnəlmiş infrastrukturun sürətlə yenilənməsi, uçot sisteminin təkmilləşdirilməsi, enerji istifadəçilərinin smart sayğaclarla təchiz olunması və istifadə olunmuş enerjinin dəyərinin tam ödənilməsi muxtar respublikanın enerji idxalçısından enerji ixracatçısı mövqeyinə gəlib çatmasında əsas amillərdəndir. Müasir Naxçıvan iqtisadiyyatının bu nailiyyəti isə bacarıqlı idarəetmə və görülən işə doğma münasibətlə əldə olunub.

Əli CABBAROV

_________________________________________________________________________________________________________________________________________________________________________________________

2018-07-25  10:18:34

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr müzakirə olunub

Muxtar respublikanın Dövlət Energetika Xidmətində keçirilmiş kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev çıxış edərək bildirib ki, 2018-ci ilin birinci yarısında da muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılıb. Belə ki, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilib, layihə gücü 14 meqavat olacaq Tivi Su Elektrik Stansiyası və 3,5 meqavat gücündə Qazançı Su Elektrik stansiyalarının texniki-­iqtisadi əsaslandırılması və layihələri hazırlanıb. Culfa rayonu ərazisində külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün lazımi işlər aparılıb. Bundan əlavə, Ordubad Su və Naxçıvan Modul elektrik stansiyaları arasında 75 kilometr uzunluğunda bir dövrəli 110 kilovoltluq və “Araz” SES və Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında 50 kilometr uzunluğunda iki dövrəli 110 kilovoltluq elektrik xəttinin tikintisinin aparılmasının zəruriliyi diqqət mərkəzində saxlanılıb. Babək rayonu ərazisində 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyasının tam yenidən qurulması və Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının tikintisi davam etdirilib.
Qeyd olunub ki, 2018-ci ilin altı ayında Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Alternativ və bərpaolunan enerji mənbələrində 105 milyon 216 min 700 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu da bütün stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,77 faizini təşkil edir.
Bildirilib ki, 2018-ci ilin altı ayı ərzində tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.
Vurğulanıb ki, muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son altı ay ərzində 710 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 21 min 475-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Sonra məruzə ilə bağlı çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

________________________________________________________________________________________________________________________________________________________________________________________

2018-07-17  10:10:42

Günəş Elektrik Stansiyası Naxçıvanın enerji təhlükəsizliyinə mühüm töhfədir

Bərpaolunan enerji mənbələrindən istifadə bütün dünyada olduğu kimi, muxtar respublikamızda da təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsinin ən yaxşı yollarından biri hesab olunur. Bu baxımdan Günəş, külək, su və bioenerji kimi alternativ enerji mənbələrindən daha çox istifadə məsələləri iqtisadiyyatın inkişafı ilə aktuallıq qazanır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizə öz töhfəsini verir. 
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi problemi öz aktuallığını həmişə qoruyub saxlayıb. Müasir dövrdə bu, yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadə ilə öz həllini uğurla tapmaqdadır. Bu baxımdan Naxçıvanın böyük hidroenerji ehtiyatları ilə yanaşı, ekoloji cəhətdən təmizliyi və təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addım olub. Günəş Elektrik Stansiyası Naxçıvanın enerji asılılığından tamamilə azad olması və onun elektrik enerjisi idxalçısından ixracatçıya çevrilə bilməsi yolunda son illərdə muxtar respublikada həyata keçirilmiş enerjiyönümlü layihələr arasında əhəmiyyəti ilə seçilməkdədir. Digər tərəfdən, bu layihə həm də onunla əhəmiyyətlidir ki, Naxçıvan Muxtar Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq lider mövqeyə çıxmasında mühüm amillərdəndir.

2015-ci ildə Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyası ilk olaraq 20 meqavat güclə istismara verilib. Daha sonra 2017-ci ildə stansiyanın layihə gücü əlavə 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb. 2017-ci il ərzində muxtar respublikada istehsal edilmiş 431 milyon 691 min kilovat-saat elektrik enerjisinin 31 milyon 313 min kilovat-saatı Günəş Elektrik Stansiyasında istehsal edilərək enerji sisteminə ötürülüb ki, bu da ümumi istehsalın 7,25 faizini təşkil edib. Nəzərə alsaq ki, bu qədər enerji hasilatı bir zamanlar, yəni ölkəmizin müstəqilliyinə qədərki dövrdə Naxçıvanda tək elektrik enerjisi mənbəyi olmuş Araz Su Elektrik Stansiyasının verdiyi enerjinin, təxminən, yarısı qədərdir, onda Günəş Elektrik Stansiyasının strateji əhəmiyyətini bir daha görmək mümkündür. 
Hazırda Naxçıvanın çox böyük elektrik enerji potensialı vardır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsinə daxil olan səkkiz ədəd elektrik stansiyasının ümumi qoyuluş gücü, ümumilikdə, 239,4 meqavat təşkil edir. Cari ilin ilk 6 ayında Günəş Elektrik Stansiyasında 17 milyon 302 min kilovat-saat elektrik enerjisi istehsal olunub. 
Günəş Elektrik Stansiyasının əhəmiyyəti bir də onunla seçilir ki, o, Naxçıvanın enerji resurslarının bərabər paylanılmasında və şəbəkələrin həddən artıq yüklənməsinin qarşısının alınmasında çox əlverişlidir. Naxçıvanda günəşli günlərin sayının çoxluğu, burada müxtəlif məqsədlər üçün sərf edilən enerji sərfiyyatının yay fəslində daha çox olması bu baxımdan stansiyanın əhəmiyyətliliyini ortaya qoyur. Belə ki, Günəş Elektrik Stansiyası yay aylarında isti hava şəraitinə görə daha çox yüklənməyə məruz qalan digər stansiyaların işinin yüngülləşdirilməsinə kömək edir.
Naxçıvan Günəş Elektrik Stansiyası ən son texnoloji yeniliklər əsasında qurularaq fəaliyyət göstərir. 36 hektar ərazidə tikilmiş stansiyada ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb, onun fəaliyyəti tamamilə kompüterləşdirilib. Buradakı invertorlar, transformator, komutasiya aparatları və digər elektrik avadanlıqları ilə təchiz olunmuş 13 transformator yarımstansiyası quraşdırılıb. Havaların istiləşməyə başladığı günlərdən etibarən stansiyanın yay rejiminin tətbiqi buradakı bütün avadanlıqların avtomatik soyutma sisteminə keçməsini təmin edib ki, bu da təhlükəsizlik və faydalı iş əmsalının artması deməkdir. 
Naxçıvan Günəş Elektrik Stansiyası təkcə muxtar respublikamızın deyil, eləcə də ölkəmizin və yaxın regionun uğurlu layihələrindəndir. Belə layihələrlə müstəqil ölkəmizdə bir daha sübut olunub ki, sahib olduğumuz təbii sərvətlərlə biz artıq bütün sahələrdə öz sözümüzü deməyə, ölkəmizin iqtisadi gücünü artırmağa qadirik
.

Əli Cabbarov

2018-10-20  09:25:36

 

Joomla 1.5